Neptun əməliyyatı

Neptun əməliyyatı və ya Normandiya döyüşü — 6 iyun 1944-cü ildə İkinci Dünya müharibəsi ərəfələrində Böyük Britaniya, ABŞ, Kanada və onların müttəfiqləri tərəfindən Almaniyaya qarşı keçirilən dəniz desant əməliyyatıdır[1].

Neptun əməliyyatı
Tarix 6 iyun 1944
Yeri
Nəticəsi Müttəfiq qələbəsi
Münaqişə tərəfləri

ABŞ Birləşmiş krallıq Kanada

Almaniya

Komandan(lar)

Dwight D. Eisenhower Omar Bradley

Gerd von Rundestedt Erwin Rommel

Tərəflərin qüvvəsi

1.332.000

338.000

İtkilər

120.000

113.059

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimal-qərb Fransasını ələ keçirmək üçün keçirilən "Overlord>> əməliyyatının bir hissəsi idi. Müttəfiqçilərin Avropaya soxulması 6 iyun 1944 ildə (D günü) 156 000 əsgərin Normandiya sahillərinə buraxılması ilə başladı və 2 əsas hissəyə bölündü. Birinci hissə hava-desant quvvələrinin: 24 000 britan, amerikan, kanada və fransız paraşutistlərinin gecəyarısından sonra keçirəcəkləri əməliyyatdan ibarət idi. İkinci hissə isə dəniz-desant əməliyyatindan ibarət idi, səhər 6:30-da başlayan əməliyyat <<Qimler>> və <<Taksbal" kod altında həm də desinfarmasiya əməliyyatı idi, bu əməliyyatın məqsədi almanları hazırkı soxulma istiqamətindən yayındırmaq idi.[2]

Dəniz pexotasının buraxılması sahilin 80 km sahəsində aparılırdı, həmin sahə 5 əsas soxulma hissəsinə bölünmüşdü: "Yuta>>,<<Omaxa>>,<<Qold>>,<<Djuno>> və <<Qılınc". Hərbi hissələrin fransız sahillərinə soxulmaları fərqli dərəcəli nailiyyətlərlə baş verirdi. Əksər səngərlərdə müttəfiqlərin nailiyyətləri kifayət qədər olsa da, desantın isə düşman sahillərinə soxulması anından ilk dəqiqələrdən üstünlüyü ələ alıb və səngərlər qurub yerləşsə də, <<Omaxa> > hissəsində vəziyyət kontroldan çıxdı. Almanların nizamlı müqavimətilə qarşılaşan amerikalılar ilk dəqiqələrdən ciddi itki verməyə başladılar və demək olar ki vəziyyəti öz xeyirlərinə çevirmək bacarığını tam itirdilər. Birinci amerikan ordusunun komandanı general Omar Bredli elə bir dərəcəyə çatmışdı ki, ordunun daha irəli gedişini ləğv etsin və geri çağırsın. Elə başlanğıcdan <Neptun> əməliyyatının nailiyyəti təhlükə altında qalmışdı. Amma, desant ordusu almanların sahildəki qoruma mövqelərini yara bildilər və özlərinə ayrı müqavimət ocaqları yaratdılar.[3]

Almanların dəniz desantlarının Normand sahili boyu yerləşməsinə ümumi müqaviməti çox zəif idi. Bundan əlavə, müttəfiq qoşunlarının havada idarəni əllə almaları, müttəfiqçilərin diversiyon müqavimət aksiyaları və xüsusi təyinatlı qrupun fəaliyyəti nəticəsində, vermaxt qoşunları hələ hücum anında çox böyük çətinlik hiss edirdilər. Nəticədə almanlar bir anlıq ələ düşmüş şansdan belə istifadə edə bilməmişdilər.

"D günü"-nün sonuna ingilis və amerikan sektorlarında 5 piyada, 3 hava-desant diviziyzları və tank briqadası buraxıldı. Onlar sahil boyu 3 km-dən 5 km-rə kimi sahəni ələ keçirməyə müvəffəq oldular, amma bütün cəbhədə vəziyyət hələ də dəyişmirdi. Səngərlər yalnız iyunun 7-də düşməndən tam azad olundu. Dəniz desantlarının Normandiya sahillərində buraxılması dəniz desant tarixində ən böyük əməliyyatlardan biridir[4], eyni anda 156 000 hərbçinin 195 700 dənizçilərin dəstəi ilə desantlanması və demək olar ki 7000 hərbi və nəqliyyat gəmilərin cəlb olunması tarixdə hələ də görülməmişdir.[5]

Əməliyyatın nəticəsi

redaktə

"D günü>> boyu müttəfiqçilər Normandiyada 156 000 insan buraxdılar. Amerikan hissələri 73 000 nəfər hesablanırdı: 23 250 dəniz desantı <<Yuta>> sahilinə, 34 250 — <<Omaxa>> sahilinə və 15 500 — hava desantı. İngilis və kanada səngərlərinə 83 115 hərbçi buraxıldı (onlardan 61 715 — britaniyalılar): 24 970 — <<Qold>> sahilinə, 21 400 — <<Djuno>> sahilinə, 28 845 — <<Sord" sahilinə buraxıldı və 7 900- hava desantına aid idi.

11 590 hava dəstəi təyyarələri cəlb olunmuşdu, hansılar ki ümumi hesabla 14 674 uçuşlar yerinə yetirmişdilər, və 127 hərbi düşmən təyyarəsini məhf etmişdilər. Hava desantının quruya buraxılmasına təkcə 6 iyun günü 2 395 təyyarə və 867 planer cəlb olunmuşdu.

Hərbi-dəniz qüvvələri 6 939 gəmi və qayıq istifadə ediblər: 1 213- hərbi, 4 126-desant, 736-köməkçi və 864- qida daşınmasına cəlb olunub. Bunları təchiz etmək üçün donanma : 195 700 dənizçi: 52 889- amerikan, 112 824- britan, 4 988- başqa koalisiya ölkələrindən hərbçi ayırmışdır.

Sonuncu diqqətlə araşdırılan sənədlərə görə, ingilis-amerikan ordusunun sahilə buraxılması anında ordu 4 414 əsgər ölü olaraq itirdi (2 499- amerikalı, 1 915- başqa ölkələrdən). Ümumi itki 10 000 insan hesablanır (6 603- amerikan, 2 700- britan, 946- kanadalı). Müttəfiqçilərin itkisinə aiddir: ölənlər, yaralananlar, itkin düşənlər və əsirlər. Ərazi hallarına görə itkinin tam dəqiq sayı hesablana bilinməyib. Məsələn, hərbçilər hansılar ki ən qabaqda desantlanırdılar ya ölü yada itkin sayılırdılar amma bir neçə gün sonra müttəfiq ordunun başqa hissələrinə çıxdılar.

Bunu da qeyd etmək lazımdır ki təkcə <Neptun> əməliyyatına hazırlıq zamanı (aprel-may 1994 il), müttəfiqçilər 12 000 insan və 2000 təyyarə itirdilər.

Vermaxt ordusunun itkilərini hesablamaq münküzsüz idi. İtki 4 000–9 000 insan hesablanırdı.

Müttəfiq ordusunun soxulma zamanı 15 000-dən 20 000 nəfər fransız sülh əhali qırılıb- əsasən bombardman zamanı.[6]

D günü kütləvi mədəniyyətdə

redaktə

İstinadlar

redaktə
  1. Frequently Asked Questions for D-Day and the Battle of Normandy (casualties). Ddaymuseum.co.uk.
  2. Hakim Joy. A History of Us: War, Peace and all that Jazz. — New York: Oxford University Press, 1995. — P. 157–161. — ISBN 0-19-509514-6.
  3. "D-Day and the Normandy Campaign". The National WWII Museum | New Orleans (ingilis). 2024-06-07. 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-17.
  4. ↑ Lormier Dominique. Les victoires françaises de la seconde guerre mondiale. — Lucien Souny, 2009. — ISBN 978–2848862149.↑ Musée du débarquement — Site majeur de la Bataille de Normandie — Arromanches
  5. D-Day June 6, 1944. www.army.mil US Army Official website
  6. Frequently Asked Questions for D-Day and the Battle of Normandy (casualties). Ddaymuseum.co.uk
  NODES
Done 1
Story 1