Nikolay Kondratyev

Nikolay Kondratyev (4 (16) mart 1892[1] və ya 16 mart 189217 sentyabr 1938[2], Kommunarka poliqonu[d][2]) — rus iqtisadçı, SSRİ-də Yeni İqtisadi Siyasətin tərəfdarı. Stalinin Böyük Təmizlik siyasətinin zirvəsinə çatdığı dövrdə həbs olunmuş və 50 il sonra adı təmizə çıxmışdır.

Nikolay Kondratyev
rus. Николай Дмитриевич Кондратьев
Ümumrusiya Müəssislər Məclisinin üzvü[d]
1917 – 1918
direktor[d] ()
1920 – 1930
Şəxsi məlumatlar
Doğum tarixi 4 (16) mart 1892[1] və ya 16 mart 1892(1892-03-16)
Vəfat tarixi 17 sentyabr 1938(1938-09-17)[2] (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d] (–1914)[2]
Fəaliyyəti iqtisadçı, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi iqtisadiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kapitalist Qərb iqtisadi sistemlərinin uzunmüddətli (50–60 il) iqtisadi böyümələrini depressiya dövrlərinin əvəz etdiyini özündə əks etdirən nəzəriyyə ilə tanınır. Bu iqtisadi tsikllar hal hazırda Kondratyev dalğaları olaraq tanınır.[3]

Həyatı

redaktə

Nikolay Kondratyev 4 mart 1892-ci ildə Moskvanın şimalında, Kostroma vilayətində kəndli ailəsində dünyaya gəlmişdir.[4][5] Mixail Buqan Taranovski tərəfindən edilən inqilabdan əvvəl Sankt-Peterburq Dövlət Universitetində xüsusi təhsil aldı. Sosialist-İnqilabçı bir partiyanın üzvü olan[3] Nikolay Kondratyev ilk peşəkar tədqiqatlarını aqrar iqtisadiyyat, statistika və qida tələbi problemləri ilə bağlı aparmışdı. 5 oktyabr 1917-ci ildə 25 yaşında olarkən Aleksandr Kerenski hökümətinin Tədarük Naziri olaraq işlədi. Buna baxmayaraq, bu vəzifəsi çox davam etmədi.[6]

Oktyabr inqilabından sonra özünü elmi tədqiqatlara həsr etdi. I Pyotrun Aqrar Akademiyasında tədris işçisi kimi işlədi və 1920-ci ilin oktyabrında Moskvada Konyuktura İnstitutunu qurdu. İnstitutun ilk idarəçisi kimi bir neçə elm xadimindən təşkil olunmuş institutu inkişaf etdirərək oranı 1921-ci ildə 51 tədqiqatçısı olan əhəmiyyətli və böyük bir quruma çevirdi.[7]

1923-cü ildə həmkarlarının ümumi düşüncələrini izləyərək Qayçı böhranı haqqındakı mübahisəyə müdaxilə etdi. 1923–1925-ci illərdə Sovetlərin 5 illik aqrar inkişaf planı ilə bağlı tədqiqatlar apardı. 1924-cü ildə Böyük konyukturalar nəzəriyyəsinin müvəqqəti açıqlaması olan ilk kitabını nəşr etdirdikdən sonra İngiltərə, Almaniya, KanadaABŞ-yə səfər etdi. RSFSR-na geri dönənə kimi çoxlu instituta baş çəkdi.

1920-ci illərdə tətbiq olunan Yeni İqtisadi Siyasətin tərəfdarı olduğu üçün aqrar sahənin qabaqcıl olmasını və istehlak mallarının sənaye istehsalını strateji seçimlər kimi ağır sənayenin inkişaf etdirilməsi seçiminə qarşı müdafiə etdi. Nikolay Kondratyevin iqtisadi siyasətə ciddi təsiri 1925-ci ilə qədər davam etdi. Bu təsir 1926-cı ildə azaldı və 1927-ci ildə başa çatdı. Bu müddət ərzində Kommunist Partiyasının rəhbərliyi dəyişdiyi üçün Yeni İqtisadi Siyasətdən imtina edildi.

1928-ci ildə Nikolay Kondratyev Konyuktura İnstitutunun rəhbərliyindən kənarlaşdırıldı və 1930-cu ilin iyul ayında var olduğu iddia edilən qeyri-qanunu Kəndlilərin İşçi Partiyasının üzvü olmaqla günahlandırılaraq həbs olundu. 1930-cu ilin avqustunda İosif Stalin Baş nazir Vyaçeslav Molotova məktub yazaraq Nikolay Kondratyevi edam etməsini istədi.

Qolçomaq professoru adı ilə mühakimə olunan Nikolay Kondratyev 8 il müddətinə həbs cəzası aldı. 1932-ci ilin fevral ayından etibarən cəzasını Moskva yaxınlığındakı Suzdalda çəkdi. Pis şərait səbəbindən sağlamlığını itirsə də, Kondratyev tədqiqatlarına davam etdi. Bir məktubunda həyat yoldaşına yazdığına görə beş yeni kitab yazmağa qərar vermişdi. Həqiqətən də bu bölümlərin bir hissəsi tamamlandı və rusca dərc olundu.

Nikolay Kondratyev son məktubunu 31 avqust 1938-ci ildə qızı Yelena Kondratyevaya göndərdi. Qısa müddət sonra, 17 sentyabr 1938-ci ildə İosif Stalin tərəfindən həyata keçirilən Böyük Təmizlik siyasəti dövründə ikinci dəfə mühakimə olundu və xarici aləmlə əlaqə qurması qadağan olunan şərtlərlə daha 10 il uzadıldı. Buna baxmayaraq, hökmün elan olunduğu gün güllələnərək öldürüldü. Nikolay Kondratyev öldürüldüyü vaxtda 46 yaşında idi. Ölümündən təqribən 50 il sonra 16 iyul 1987-ci ildə adı təmizə çıxarıldı və etibarı bərpa olundu.[7]

Seçilmiş əsərləri

redaktə
  • 1922 — The World Economy and its Conjunctures During and After the War
  • 1923 — Some Controversial Questions Concerning the World Economy and Crisis (Answer to Our Critiques)
  • 1924 — On the Notion of Economic Statics, Dynamics and Fluctuations
  • 1925 — The Major Economic Cycles
  • 1926 — About the Question of the Major Cycles of the Conjecture
  • 1926 — Problems of Forecasting
  • 1928 — The Major Cycles of the Conjecture
  • 1928 — Dynamics of Industrial and Agricultural Prices (Contribution to the Theory of Relative Dynamics and Conjecture)
  • 1934 — Main Problems of Economic Statics and Dynamics

Ədəbiyyat

redaktə
  • Vincent Barnett, "Which Was the "Real" Kondratiev: 1925 or 1928?" Journal of the History of Economic Thought, Volume 24, Issue 4 December 2002 , pages 475–478
  • V.L. Barnett, W. Samuels, N. Makashava, editors. 1998. Collected Works of Nikolai Kondratiev,London, Pickering and Catto, 1500 pp. ISBN 1-85196-260-3
  • V.L. Barnett. 1998. Kondratiev and the Dynamics of Economic Development: Long Cycles and Industrial Growth in Historical Context, London, Macmillan, 251 pp. ISBN 0-333-65550-8
  • Judy L. Klein, "The Rise of "Non-October" Econometrics: Kondratiev and Slutsky at the Moscow Conjuncture Institute," History of Political Economics, V31.1 (1999), pp. 137–168.
  • Francisco Louca, "Nikolai Kondratiev and the Early Consensus and Dissensions about History and Statistics," History of Political Economics, V31.1 (1999): pp. 169–206.
  • Korotayev, Andrey V., & Tsirel, Sergey V.(2010). A Spectral Analysis of World GDP Dynamics: Kondratiev Waves, Kuznets Swings, Juglar and Kitchin Cycles in Global Economic Development, and the 2008–2009 Economic Crisis. Structure and Dynamics. Vol.4. #1. P.3–57.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 Deutsche Nationalbibliothek Record #118777793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 5 6 Kolotilova N. N., Oleskin A. V. Unravelling the Mysteries of the Existence of Phototrophic Microorganisms. Elena Nikolaevna Kondratieva, a Full Member of the Russian Academy of Sciences (1925–1995), Постигая тайны существования фототрофных микроорганизмов. Академик РАН Елена Николаевна Кондратьева (1925–1995) (ing.). // Историко-биологические исследования 2018. Vol. 10, Iss. 2. P. 28–45. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2018-11955
  3. 1 2 Vincent Barnett, Nikolai Dmitriyevich Kondratiev Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, Encyclopedia of Russian History, 2004, at Encyclopedia.com
  4. Zimmerman, Carle (1968). Sorokin, the World's Greatest Sociologist: His Life and Ideas on Social Time and Change Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine. University of Saskatchewan Bookstore. p. 19.
  5. Grinin, L. E., Devezas, T., and Korotayev A. V. Introduction. Kondratieff's Mystery. In Kondratieff Waves. Dimensions and Prospects at the Dawn of the 21st Century Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine ed. by Grinin, L. E., Devezas, T., and Korotayev A. V. Volgograd: Uchitel. Pp. 5–22
  6. Francisco Louçã, The Rehabilitation of Kondratiev and of Kondratiev Studies: Nikolai Kondratiev and the Early Consensus and Dissensions about History and Statistics, History of Political Economy, Spring 1999, 31(1): 169–205; Duke University Press, doi:10.1215/00182702-31-1-169
  7. 1 2 Erik Buyst, Kondratiev, Nikolai (1892–1938), Encyclopedia of Modern Europe: Europe Since 1914: Encyclopedia of the Age of War and Reconstruction, Gale Publishing, via Highbeam, January 1, 2006.
  NODES
Idea 1
idea 1