Nisa (Türkmənistan)


Nisa (həmçinin Parthaunisa ), Türkmənistanın Aşqabad vilayətinin 18 km cənub-qərbində yerləşən Bagır kəndi yaxınlığında salınmış qədim bir şəhərdir. Nisa Parfiya mərkəzi administrasiyasının ilk mərkəzi kimi qəbul edilir.[3] Şəhərin əsasının I Arşak (e.ə. 250-ci illərdə hakimiyyətdə olmuşdur) tərəfindən qoyulduğu qəbul edilir. Nisadakı qalanın tikilmə məqsədi dəqiq olaraq məlum olmasa da, onun nekropol kimi istifadə edildiyi təxmin edilir.[4]

Nisa
Ölkə
Tip Mədəni 
Kriteriya (ii)[d][1], (iii)[d][1]
Keçid 1242
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Nisa xəritədə
Nisa
Nisa

Nisa ərazisində aparılmış olan arxeoloji qazıntılar zamanı mühüm tikililər, türbələr və məbədlər, çox sayda yazılı sənədlər və talan edilmiş xəzinə aşkar edilmişdir. Bir çox Hellenistik sənət əsərləri ilə yanaşı, fars süjetləri (İran ədəbiyyatının və mədəniyyətinin müxtəlif mövzuları) və ya klassik mifoloji səhnələrlə bəzədilmiş çox sayda fil sümüyündən hazırlanmış ritonlar və sikkələr aşkar edilmişdir.

Nisanın adı daha sonralar Parfiya hökmdarı olan I Mitridat (e.ə. 171 - e.ə. 138) tərəfindən Mitradatkirt ("Mitridat qalası") olaraq dəyişdirilmişdir. Nisa e.ə. I əsrin birinci rübündə baş vermiş olan güclü bir zəlzələ nəticəsində tamamilə dağılmışdır. Nisa qalası 2007-ci ildə UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmişdir.[5]

İstinadlar

redaktə
  1. 1 2 3 4 http://whc.unesco.org/en/list/1242.
  2. 1 2 GeoNames (ing.). 2005.
  3. "Arxivlənmiş surət". 4 avqust 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2017.
  4. "Arxivlənmiş surət". 30 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2017.
  5. "Arxivlənmiş surət". 5 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2017.
  NODES