Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir.

Nitsa
Nice
Niça
Bayraq Gerb
Bayraq Gerb
43°42′07″ şm. e. 7°16′06″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 0 m[3], 520 m[3], 15 m[4]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 348.085 nəf. (1 yanvar 2021)[5]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +33 493
Poçt indeksi 06000[6], 06200[6], 06100[6], 06300[6]
Nəqliyyat kodu 6
Digər
nice.fr
Xəritəni göstər/gizlə
Nitsa xəritədə
Nitsa
Nitsa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

redaktə

Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur). Şəhər küləklərdən təpəliklərlə qorunur; qərbdən Esserel massivi, şimal-qərbdən merkantur silsiləsi ilə Fevralın ortalarında Fransanın digər şəhərlərində soyuqlar olduqda burada futbolka ilə açıq havada nahar etmək olar.

Şəhərin əsasını b. e. ə. 350-ci ildə yunanlar qoyub və qələbə İlahəsi Nikinin şərəfinə Nikeya adlandırıblar.

Fransa kralları və Müqəddəs Roma İmperiyasının imperatorları Nitsanı nə qədər ələ keçirməyə səy göstərsələr də, şəhər əsrlər boyu işğala qarşı layiqli müqavimət göstərib. XIII və XIV əsrlərdə Nitsanı Provans hökmdarları bir neçə dəfə istila edirlər. 1388-ci ildə şəhər Savoy qraflığının tərkibinə daxil olur. 1860-cı ildə isə Nitsa Turin müqaviləsinə əsasən Fransanın tərkibinə qatılır.

Bu gün Nitsa nə qədər müasirləşsə də, o özündə orta əsrlərin şəhər ruhunu qoruyub saxlaya bilib. Bir - birinə yaxın ev damları, dar küçələr, kiçik restoran və kafelər görünüşü ilə başqa şəhərlərdən fərqlənir.

XVII-XVIII əsrlərə aid kilsə və saraylar italyan barokkosu stilindədir. Şəhərin dəniz kənarındakı hissəsində XIX – XX əsrlərə aid iri eklektik binaları görmək mümkündür. Nitsanın əsas diqqətəlayiq məkanlarından biri və onun simvolu İngilis sahilidir (“Promenade des Anglais”) – buxtaya açılan geniş bulvar. Sahil 1882-ci ildə ingilis icmasının hesabına tikilib. Sahildəki ən tanınmış bina – Neqresko otelidir. O 1912-ci ildə tikilib və özündə möhtəşəm neoklassisizm nümunəsi əsk etdirir.

Massena meydanı – Nitsanın mərkəz meydanı napoleon marşalı Andre Massenin şərəfinə adlandırılıb. Bir vaxtlar buradan meydanı iki hissəyə ayıran Pailon çayı axırdı.

1979-cu ildə Massen meydanını genişləndirmək məqsədilə kazinonu sökürlər, çayı tamam bağlayırlar. Hal-hazırda meydanın əsas bəzəyi böyük fontandır.

Şəhərin saraylarında 18 muzey yerləşir ki, bunların da hər biri ayrı-ayrılıqda memarlıq şedevrləridir. Onların arasında XVII əsrdə tikilmiş Laskari sarayı və Matis kimi müasir rəssamlarının qiymətsiz kolleksiyalarına malik olan Müasir İncəsənət muzeyini göstərmək olar.

Nitsada keçirilən məşhur "Karnaval", cazz festivalı kimi çoxsaylı festivallar onu dünyanın qabaqcıl kurortlarından birinə çevirmişdir.

Çiçək paradı

redaktə

Nəqliyyatı

redaktə

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri Nitsa şəhəri hesab olunub. Siyahıya sakinlərinin orta hesabla ildə cəmi 22 saatını tıxacda keçirən, evdən işə və geriyə ayda cəmi 40 dəqiqə sərf edən, əməkhaqlarının cəmi 1,25 faiz hissəsini nəqliyyata xərcləyən Fransanın Nitsa şəhəri başçılıq edir.

İstinadlar

redaktə
  NODES
os 3