Nurek su-elektrik stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası.

Nurek SES
Нерӯгоҳи барқи обии Норак ба номи Турсун Ӯлҷабоев
Xəritə
Ümumi məlumatlar
Sahəsi
  • 98 km²
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 3.000 MVt
Yerləşməsi
38°22′16″ şm. e. 69°20′53″ ş. u.HGYO
Ölkə
Nurek SES xəritədə
Nurek SES
Nurek SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir. Elektrik enerjisi elektrik xətləri ilə (gərginliyi 500 və 220 kv) Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə verilir.[3]

Yerli materiallardan olan bəndin hündürlüyü 300 metrdir və həcmi 56 milyon m²-dir.[3] Bu, Nurek SES-ni dünyanın ən hündür ikinci bəndi edir. 2013-cü ilə qədər dünyanın ən hündür bəndi olan Nurek SES-in rekordunu ÇXR-nin Tsinpin-I SES-i qırmışdır.[4] SES-in binasının uzunluğu 200 metrdir.[3]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 http://gca.satrapia.com/+alstom-wins-500-kv-substation-project-using-gis-tech-in-tajikistan+.
  2. 1 2 http://tajikwater.net/docs/091013_AsiaPlus.htm.
  3. 1 2 3 Нурек су електрик стансијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 303.
  4. "The world's highest arch dam Jinping first production unit". Economic Times Network (çin). 2 sentyabr 2013. 9 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.

Ədəbiyyat

redaktə
  • Нурекская гидроэлектростанция (rus). Moscow: Внешторгиздат. səh. 33.
  • Савченков Н. Г. Нурекская ГЭС. Таджикистан. Энергогигант на Вахше (rus). Moscow: Типография Момент. 2013. səh. 496.

Xarici keçidlər

redaktə
  NODES