Oskar Aveyde (pol. Oskar Awejde; 1837[1], Mariyampole20 oktyabr 1897, Kirov) — Polşa hüquqşünası, 1863-cü il üsyanının rəhbərlərindən biri, 11 yanvar 1863-cü ildən 5 fevral 1863-cü ilə qədər Müvəqqəti Milli Hökumətin üzvü.

Oskar Aveyde
pol. Oskar Awejde
Doğum tarixi 1837[1]
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 1897(1897-10-20)
Vəfat yeri
Təhsili
Fəaliyyəti vəkil, hüquqşünas

Həyatı

redaktə

Oskar Aveyde hüquqşünas ailəsində anadan olmuşdur. 1858-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini BerlinHeydelberq universitetlərində davam etdirmi.dir. Aveyde 1863–1864-cü illərdə Polşa üsyanında fəal iştirak etmiş, Mərkəzi Milli Komitənin və Xalq Jondunun (üsyançı milli hökumət) üzvü olmuşdur. Vilnada keçirilən kütləvi basqın zamanı Aveyda həbs edilmişdir. Məhkəmə onu sürgünə məhkum etmişdir. Sürgün yeri Vyatka quberniyasının Urjum qəzasının Turek kəndi olmuşdur. Sonra Qlazova, ardınca Vyatkaya köçürülmüşdür. Sürgündə olarkən Aveyde 1863-cü il Polşa üsyanı haqqında qeydlər yazmışdır. Sürgündə olan Aveyde əhaliyə hüquqi yardım göstərməyə başlamışdır. Amnistiyadan sonra o, Vyatka quberniyasında yaşamağa davam etmiş, Vyatka, Sarapul rayon məhkəmələrində, Kazan Ədliyyə Məhkəməsində xüsusi vəkil işləmişdir. Yüksək peşəkarlıq, qüsursuz dürüstlük Aveyde danılmaz nüfuz yaratmış, o, Vyatka quberniyasının ən yaxşı hüquqşünaslarından biri olmuşdur.[2]

İstinadlar

redaktə
  1. 1 2 Swartz A. Oskar Awejde // Open Library (ing.). 2007.
  2. Энциклопедический словарь. 2009. Авейде Оскар.

Əlavə ədəbiyyat

redaktə
  • Авейде О. Показания и записки о Польском восстании 1863 года. М.; Wroclaw: Изд-во Акад. наук СССР. 1961. карточка каталога РНБ
  NODES