Outlet mərkəzlər

Outlet mərkəzlər — şoppinq məkanı

Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb.

Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur.

Azərbaycanda

redaktə

2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb.

8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür.

Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır. Bunun nəticəsində Baku Outlet Park vacib alış-veriş mərkəzlərindən birinə çevriləcək.

Mənbə

redaktə
  NODES