Pərviz Müşərrəf

Pərviz Müşərrəf (11 avqust 1943[1][2], Dehli, Britaniya Hindistanı, Britaniya imperiyası5 fevral 2023[3]) — Pakistanın 10-cu prezidenti (20 iyun 2001 – 18 avqust 2008). O, həmçinin 1998-2001-ci illərdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin 10-cu sədri və 1998-2007-ci illərdə Ordunun 7-ci Qərargah rəisi vəzifələrində çalışıb.

Pərviz Müşərrəf
urdu پرویز مشرف
20 iyun 2001 – 18 avqust 2008
ƏvvəlkiMəhəmməd Rafiq Tarar
SonrakıMəhəmməd Mian Samro
12 oktyabr 1999 – 21 noyabr 2002
ƏvvəlkiNəvaz Şərif
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1943(1943-08-11)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 fevral 2023(2023-02-05)[3] (79 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi, maliyyəçi, hərbi qulluqçu
Dini islam
Hərbi xidmət
Qoşun növü Pakistan Quru Qoşunları
Döyüşlər
Rütbəsi general

Təltifləri "Pakistan" ordeni Grand Cross of the Order of Excellence Sitara-i-Imtiaz Imtiazi Sanad Tamgha-i-Basalat "Kral Əbdüləziz" ordeni "Zaid" ordeni
generalpervezmusharraf.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Pərviz Müşərrəf 1943-cü il avqust ayının 11-də Britaniya Hindistanının Dehli şəhərində dünyaya gəlib. Müşərrəfin ailəsi Pakistanın yaradılmasından sonra Hindistanı tərk etmişdi. Ancaq uşaqlığının əhəmiyyətli bir hissəsi atasının dövlət qulluğu ilə əlaqədar Ankarada keçmişdir. 1961-ci ildə Pakistan Hərbi Akademiyasına daxil olub. Daha sonra təhsilini Pakistan Milli Müdafiə Kollecində davam etdirib. Bunun ardınca İngiltərə Kral Müdafiə Elmi Kollecini bitirib.

Müşərrəfin hərbi karyerasının başlanğıcı 1964-cü ilə təsadüf edir. Bu müddət ərzində o, Böyük Britaniyada hərbi təhsilə yiyələndi. Benazir Bhutto baş nazir olarkən Müşərrəf hərbi əməliyyatlardan məsul komandir, 1998-ci ildə ordu komandiri oldu. Kəşmir problemi Pakistanın Hindistan ilə 3 dəfə müharibə etməsinə səbəb oldu.

Müşərrəf 1999-cu ildə Kəşmir məsələsinə dair Hindistan ilə yaşanan böhran zamanı keçirilən mətbuat konfransları ilə tanınan sima oldu. Ancaq Kəşmirdəki müqavimətçilərin geri çəkilməsinə dair təlimatından sonra o dövrün baş naziri Nəvaz Şərif ilə fikir ayrılığına düşdülər.

1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyəti ələ keçirdi. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışmışdı. General P. Müşərrəfin bu çevriliş beynəlxalq ictimaiyyətin etirazına səbəb olmaqla yanaşı, Pakistanın BMT-nin üzvlüyü məsələsinin təxirə salınması ilə nəticələnmişdi.

Beynəlxalq ictimaiyyət tərəfindən Müşərrəfə göstərilən təzyiqlər ABŞ-də baş verən 2001-ci il 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsiylə yumşaldı və Müşərrəf hakimiyyəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başlandı.

2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verdi.

Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan etdi. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazandı və ölkənin baş naziri oldu.

P. Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES