Padan ovalığı
Padan ovalığı ( Digər adları: Po ovalığı və ya Po düzənliyi (it. Pianura Padana və ya Val Padana) - İtaliyanının şimalında yerləşən geniş ovalığ olub onun əsas coğrafi strukturlarından biridir. Alp dağlarından başlayan çayların gətirdiyi allüvial çöküntülərin toplanması və çökdürülməsi nəticəsində yaranmışdır. Ovalıq qərbdən şərqə doğru 650 km məsafədə uzanmışdır. Ovalığın eni müxtəlif yerlərdə 70–200 km arasında dəyişir. Ovalığn ümumi sahəsi Po çayı hövzəsinə daxil olmayan Venedikt ovalığı ilə birlikdə 46000 km²[1] təşkil edir. Ovalıq şimaldan Alp dağları, qərbədn Monferatto təpəlikləri, cənubdan Appenin dağları, şərqədn isə Adriaktik dənizi ilə əhatə olunmuşdur. Ovalğın ərazisindən keçən ən böyük çay olan Po çayı Adriaktik dənizinə töküldüyü yerdə böyük delta əmələ gətirmişdir. Ovalıq İtaliyanın ən məhsuldar ərazilərindən biri olmaqla əhalinin məskunlaşmasının böyük sıxlığı ilə seçilir.
İqlimi
redaktəOvalığın iqlimi bəzi yerlərdə mülayim kontinental, əksər yerlərdə isə rütubətli subtropikdir. Qış uzun sürmür, lakin dumanlı, rütubətli və sərin olur. Lakin onun ərazisinə bəzən qəfil Sibir antiksiklonlarının daxil olması şaxtaların olmasına səbəb olur. Lakin şəhər istilik effekti daxil olan antisiklonun daha az dumanlı və soyuq olmasına səbəb olur. Əvvələr qar yağması adi hal olsa da, indi bu azalıb. Artmış qış quraqlıqları getdikcə torpağın daha az nəm almasına səbəb olmuşdur. Yaz və payız fəsilləri mülayim və xoş keçir.
İstinadlar
redaktə- ↑ http://www.treccani.it/enciclopedia/pianura-padana/ Arxivləşdirilib 2013-05-09 at the Wayback Machine Voce relativa su enciclopedia Treccani