Peter Maurer
Peter Maurer (20 noyabr 1956[1][2], Tun[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir.
Peter Maurer | |
---|---|
Doğum tarixi | 20 noyabr 1956[1][2] (68 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPeter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.[4]
Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir.[5] Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir.[6]
Titullar
redaktə- 2014 – Fəxri doktor, Bazel Universiteti.[7]
- 2018 – Fəxri doktor, Vaseda Universiteti.[8]
İstinadlar
redaktə- ↑ 1 2 Munzinger Personen (alm.).
- ↑ 1 2 Davos 2014 Participant List.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #136905730 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "ICRC names new president". 2011. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
- ↑ "ICRC Finances". 2015. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
- ↑ "The ICRC appeals for 2.4 billion Swiss francs for its operations in 2022". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.
- ↑ Dies Academicus 2014 at the University of Basel: Honorary Doctorate for ICRC President Peter Maurer Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine University of Basel, press release of 28 November 2014.
- ↑ Honorary Doctorate Conferred on Dr. Peter Maurer, President of the International Committee of the Red Cross Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine Waseda University, press release of 7 December 2018.