Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər.

Haqqında

redaktə

Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.[1]

Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.

Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.

Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.

Yürüş günləri

redaktə

Bu ekoloji gün ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinə cəlb etmək, nadir təbiət landşaftlarını qorumaq məqsədi daşıyır.

Bu aksiya ilk dəfə 1990-cı ildə ABŞ-nin Milli Parklar və Təbiəti Mühafizə Assosiasiyasının təşəbbüsü ilə reallaşıb. 22 aprel – Beynəlxalq Yer Günü BMT tərəfindən rəsmiləşəndən sonra "Parklara yürüş günləri" aksiyası daha da genişlənib və bu günlər eyni həftə içində qeyd olunur. Bu il "Parklara yürüş günləri" 19–24 aprel tarixini əhatə edəcək.[2]

Sirr deyil ki, böyük şəhərlərdə yaşayan insanların heç də hamısı arzuolunmaz səs-küydən bezəndə tez-tez uzaq məsafələrdəki dağlıq və meşəlik ərazilərdə dincələ bilmir. Bu da, təbii olaraq, psixoloji yorğunluq və əsəbiliklə müşayiət olunur.

Belə məqamlarda parklarda, sadəcə, piyada gəzmək işimizə yaraya bilər. Tibb mütəxəssislərinin fikrincə, gündə 30 dəqiqə piyada gəzmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmağa, qan təzyiqini normada saxlamağa kömək edir və stresi azaldır. İngilis həkimlərinin qənaətinə görə, təbiətdə (parkda) gəzmək kinoteatra getməklə müqayisə olunmayacaq qədər bərpaedici təsir göstərir.

Sağlamlığa faydası

redaktə

Piyada gəzmək bütün orqanizmə müsbət təsir edir. Piyada gəzintinin insan orqanizminə aşağıdakı faydaları var:[3]

  • Həyat üçün vacib orqan və sistemləri möhkəmləndirir, ürək-damar sistemi xəstəlikləri ehtimalını azaldır, sümüklər daha möhkəm olur, qan təzyiqi normallaşır, əzələlərin işi və yuxu da yaxşılaşır.
  • Müntəzəm olaraq artıq çəki azalır, ürək döyüntüsünün artması nəticəsində qan dövranı artır, əzələlərin oksigenlə təminatı daha da intensiv olur, gəzinti zamanı adi vaxta nisbətən kalori 5 dəfə artıq yanır.
  • Gənclik dövrü uzanır. Aparılan tədqiqatlara əsasən, bir saat gəzinti zamanı insan iki saat əlavə ömür qazanır.
  • Əhval-ruhiyyə yaxşılaşır. Hər gün gəzintiyə çıxan insanlarda özünə qiymət vermə artır, qorxu və həyəcan azalır, eyni zamanda enerji axını hiss edirlər.
  • Beyinin fəaliyyətinin effektivliyi artır.

Yuxarıda sadalananlardan əlavə, gəzinti üçün maliyyə imkanı lazım olur. Gəzinti üçün idman zalına getmək lazım deyil. Amma vacib olan odur ki, səy göstərmək və hər gün gəzintiyə çıxmaq lazımdır ki, effekti hiss edəsən.

Gəzinti ilə məşğul olmaq üçün qaydalara əməl etmək lazımdır. Sadəcə addımlayaraq müəyyən ərazidə gəzmək kifayət etmir. Bəzi məsləhətlərə əməl edərək maksimum effekt əldə etmək olar:

  • Gəzintiyə isinmə hərəkətləri ilə başlamaq lazımdır. Bəzi tapşırıqlarla əzələləri növbəti gərginlik üçün hazır etmək lazımdır.
  • Gəzinti zamanı verilən tempi saxlamaq lazımdır.
  • Tapşırığı hissə-hiss bitirmək lazımdır. Asta gəzintiyə keçərək sonradan tapşırığı bitirmək vacibdir.

Sağlamlığı optimal səviyyədə saxlamaq üçün gəzintiyə hər gün vaxt ayırmaq lazımdır. Fiziki cəhətdən hazırlıqsız olan insanlar ən yaxşı halda orta templə gündə 30–60 dəqiqə gəzintiyə vaxt ayıra bilərlər.

Baxmayaraq ki, gəzinti çox faydalıdır, bəzi hallarda isə ziyan da vura bilər. Mütəxəssislər piyada gəzintinin əks-təsirlərini aşağıdakı kimi sıralayıblar:

  • Bu yaxınlarda keçirilən cərrahi əməliyyat. Həddən artıq fiziki aktivlik tikişlərin sökülməsinə səbəb ola bilər. Eyni zamanda ağrıların artma ehtimalı da var.
  • roniki xəstəliklərin (hipertoniya və infeksiya) kəskinləşməsi.
  • Əzələ-skelet aparatının işinin pozulması. Bu hallarda kifayət qədər ehtiyatlı davranmaq lazımdır. Əks halda problem şiddətlənə bilər.

İstinad

redaktə
  NODES
Idea 1
idea 1
Note 1