Plastiklik (fizika)

Fizikadamaterialşünaslıqda, plastiklik və ya plastik deformasiya materialın tətbiq olunmuş qüvvənin təsirindən daimi deformasiyaya uğrayaraq formasını dönməz olaraq dəyişə bilməsini ifadə edir. [1][2] Məsələn, bərk bir metal hissə əyildikdə və ya çəkiclə döyüldükdə, bu hissə plastiklik göstərərək formasını daimi olaraq dəyişir. Texnikada, materialın elastiklik vəziyyətindən plastiklik vəziyyətinə keçid nöqtəsi axıcılıq həddi adlandırılır.

Şəkil 1. Əlvan metal əsaslı ərintilər üçün stress-nisbi deformasiya () əyrisi. 1. Həqiqi elastiklik həddi, 2. Mütənasiblik həddi, 3. Elastiklik həddi, 4. Axıcılıq həddindən sonra.


Bütöv mühit mexanikası
Diaqram Bernulli qanunundan istifadə etməklə bir çıxarısı göstərir
Diaqram Bernulli qanunundan istifadə etməklə bir çıxarısı göstərir
Tarixi

Plastik deformasiya bir çox materiallarda, xüsusilə də metal, torpaq, qaya, beton və başqalarında müşahidə edilir.[3][4][5][6] Ancaq, plastik deformasiyanın yaranmasına səbəb olan fiziki mexanizm fərqli ola bilər. Metallarda plastiklik kristal ölçü miqyasında dislokasiyaların hərəkətindən yaranır. Qaya, beton və ya sümük kimi tezsınan materiallarda isə plastik deformasiyanın əsas səbəbi mikrosınıqlarda sürüşmədir.




Qeydlər

redaktə
  1. Lubliner, J. Plasticity theory. Dover. 2008. ISBN 978-0-486-46290-5.
  2. Bigoni, D. Nonlinear Solid Mechanics: Bifurcation Theory and Material Instability. Cambridge University Press. 2012. ISBN 978-1-107-02541-7.
  3. Jirasek, M.; Bazant, Z. P. Inelastic analysis of structures. John Wiley and Sons. 2002. ISBN 0-471-98716-6.
  4. Chen, W.-F. Limit Analysis and Soil Plasticity. J. Ross Publishing. 2008. ISBN 978-1-932159-73-8.
  5. Yu, M.-H.; Ma, G.-W.; Qiang, H.-F.; Zhang, Y.-Q. Generalized Plasticity. Springer. 2006. ISBN 3-540-25127-8.
  6. Chen, W.-F. Plasticity in Reinforced Concrete. J. Ross Publishing. 2007. ISBN 978-1-932159-74-5.
  NODES