Polivinil xlorid (PVX) hazırda istehsal həcminə və tətbiq sahələrinə görə geniş yayılmış sintetik polimerlər sırasına daxildir. Ondan süni dəri, örtük və kabel-izolyasiya materialları, liflər və s. istehsal olunur. PVX əsasən, vinilxloridin emulsiyada və suspenziyada perosid inisiatorları iştirakı ilə 4-12 MPa təzyiqdə və 30-700-də polimerləşdirilməsi yolu ilə alınır. Alınan polimer "baş-ayaq" birləşməyə uyğun quruluşa malik olur.

PVX narın toz halındadır. Nisbətən aşağı molekul kütləli PVX asetonda, mürəkkəb efirlərdə, xlorlaşmış karbohidrogenlərdə həll olur. Daha yüksək molekul kütləli PVX isə tsikloheksanda, dimetilformamiddə, tetrahidrofuranda, dioksanda yaxşı həll olur.

İstehsalatda istifadəsi

redaktə

Polivinil xlorid polietilendən sonra məişətdə ən geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s. hazırlanır. Ərzaq qablamada PVX-dən istifadə olunması məsləhət görülmür. PVX-dən hazırlanmış məmulatların zibilyandıran zavodlarda yandırılması xüsusilə təhlükəlidir, çünki bu zaman onun tərkibində olan dioksinlər, hidrogen-xlorid, ağır metalların uçucu birləşmələri atmosferə atılır. PVX məmulatlarını həyətdə, bağda yandırmaq da təhlükəli sayılır. Almaniyada PVX-dən istifadə olunması artıq dayandırılmışdır.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES