Pollyusiya (pollutio — çirkləndirmə) — oğlanlardakişilərdə qeyri-iradi (bəzən cinsi oyanma obyekti olan yuxularla müşayiət olunan) boşalma. Adətən 14–16 yaş arası müşahidə olunur[1]. Yetkinlərdə cinsi çəkinmə (abstinensiya) zamanı baş verə bilər. Pollyusiya cinsi yetkinliyin təzahürlərindən biridir. Pollyusiyanın tezliyi hər bir insan üçün fərdidir. Bəzi hallarda pollyusiya hər gecə, hətta gecə ərzində bir neçə dəfə baş verə bilər[2]. Abstinensiya zamanı pollyusiyalar oyaq ikən də baş verir. Onların görünüşü adətən həftədə 1–2 dəfədən ayda 2–3 dəfəyə qədər hesab olunur[3]. Bir kişi masturbasiya etmirsə və ya cinsi əlaqəyə girmirsə, pollyusiya daha tez-tez baş verir. Bu mənada kifayət qədər tez-tez cinsi fəaliyyət pollyusiyanın baş verməsinin qarşısını alır[3]. Bununla belə, uzunmüddətli cinsi abstinensiya (bir neçə ay və ya il) pollyusiyaların tezliyinin azalmasına səbəb olur, baxmayaraq ki, onlar yalnız 50–60 yaşda bir sıra kişilərdə tamamilə aradan qalxır[3] .

İstinadlar

redaktə
  1. "Поллюции | Медицинский справочник". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  2. Дерягин Г. Б. Криминальная сексология. Курс лекций для юридических факультетов. М., 2008. С. 74. ISBN 978-5-93004-274-0.
  3. 1 2 3 "Пособие для врачей и среднего медицинского персонала" (PDF). 2010-01-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-01-17.
  NODES