Portal:Günəş sistemi


Redaktə Günəş sistemi Portalı

Günəş sistemiGünəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Kiçik göy cismləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.

Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur.

Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, UranNeptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi YunanRoma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cismdir. Erida məlum olan ən böyük cırtdan planetdir.

Keşi təmizlə və yenilənmiş son versiyanı gör
Redaktə Seçilmiş məqalə

MerkuriGünəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Daxili planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə hərəkət edən planetdir və dövrəsini 88 günə tamamlayır. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkurinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.

Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik -173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə -93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə sahibdir.

Redaktə Seçilmiş şəkil

AyYerin yeganə daimi təbii peykidir. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cismdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Redaktə Bilirsinizmi?
Redaktə Xəbərlər

2016

  • 3 oktyabr: 12 illik missiyadan sonra Rozetta kosmik gəmisi kometaya çırpılaraq missiyasını sonlandırdı.
  • 6 iyul: Çin FAST radio teleskopunun sonuncu panelini yerləşdirdi.
  • 6 iyul: NASA-nın Yuno kosmik gəmisi Yupiterin orbitinə daxil oldu.
  • 9 may: NASA Merkurinin ilk topoqrafik xəritəsini yaydı.

2015

Redaktə Videolar

Redaktə Əlaqəli Portallar
Portal:Astronomiya
Portal:Coğrafiya
Portal:Yupiter
Astronomiya Coğrafiya Yupiter
Redaktə Kateqoriyalar
Redaktə Əlaqəli VikiLayihələr
Redaktə Önəmli mövzular
Redaktə Digər Portallar
Qadın  • LGBT  • Talış  • Şahdağ xalqları  • İslam  • Təsəvvüf  • Xristianlıq  • Elm  • Arxeologiya  • Astronomiya  • Biologiya  • Coğrafiya  • Fizika  • Fəlsəfə  • Kimya  • Qədim Misir  • Qədim Roma  • Qədim Yunanıstan  • Qədim Şərq  • Qafqaz Albaniyası  • Şirvanşahlar dövləti  •Monarxiya  • İncəsənət  • Kino v Musiqi  • Klassik musiqi  • Balet  • Opera  • Memarlıq  • Mədəniyyət  • Rəssamlıq  • Teatr  • Tibb  • Ədəbiyyat  • Alatoran  • Harri Potter  • Seylor Mun  • Anime və manqa  • İdman  • Futbol  • Beşiktaş  • Trabzonspor  • Universitet  • Xəzər Universiteti  • Məhəmməd Füzuli  • Nizami Gəncəvi  • Maykl Cekson  • Video oyunlar  • ABŞ portalı  • Almaniya portalı  • Azərbaycan portalı  • Azərbaycan tarixi  • Azərbaycan kino sənəti  • Azərbaycan Silahlı Qüvvələri  • Cənubi Azərbaycan  • Qarabağ  • Böyük Britaniya  • Çexiya portalı  • Çili portalı  • Çin portalı  • Ermənistan portalı  • Gürcüstan portalı  • İran portalı  • İslandiya portalı  • İsrail portalı  • Kanada portalı  • İsveç portalı  • İtaliya portalı  • Fransa portalı  • Meksika portalı  • Monqolustan portalı  • Polşa portalı  • Rusiya portalı  • Türkiyə portalı  • SSRİ portalı  • Yaponiya portalı  • Ankara portalı  • Bakı portalı  • Berlin portalı  • Bern  • Paris portalı  • Praqa portalı  • Sankt-Peterburq portalı  • Milad  • Procter & Gamble  • Qorxu  • Antarktika  • Alyaska  • NBA  • Günəş sistemi  • Yupiter  • İslam  • Asiya
Redaktə Vikimedia


  NODES
os 9