Portal:Xristianlıq

Xristianlıq portalına
xoş gəlmisiniz!
redaktə  

Bilirsinizmi

redaktə  

Sitat

"
“"Luka, 8:16-18"
“Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq.
"
redaktə  

Seçilmiş məqalə

[[Fayl:|left|150px]] Milad bayramı — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.

Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda, lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.

Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır.Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.

(Davamı...)

redaktə  

Seçilmiş şəkil

redaktə  

Şəxsiyyət

Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدانYuhanna Al-Ma'madan, arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim erm. Յովհաննէս Մկրտիչ Yovhannēs Mkrtičʿ, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), BəhailikMandayizmdə əsas dini obrazlarından biridir. İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər.

İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir.Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …
Xristianlıq Vikixəbərdə  Xristianlıq Vikisitatda  Xristianlıq Vikikitabda  Xristianlıq Vikimənbədə  Xristianlıq Vikilüğətdə  Xristianlıq Vikiversitetdə  Xristianlıq Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
  NODES
Done 1