Prezervativ
Prezervativ(fr. préservatif, lat. praeservo — "qorunuram"), bəzən kondom (fr. condom) — hamiləlik və ya cinsi yolla ötürülən infeksiya ehtimalını azaltmaq üçün cinsi əlaqə zamanı istifadə olunan elastik boru.[1] Dünyada həm erkəklər, həm də qadınlar üçün prezervativlər mövcuddur.[2] Prezervativlər qonoreya, xlamidiya, trixomoniaz, hepatit B və QİÇS-in risklərini xeyli azaldır.[1] Prezervativ az olsa da, genital herpes, insan papilloma virusu və sifilisin risklərini azaldır.[1]
Zöhrəvi xəstəliklərin qarşısını alınması üçün istifadə olan prezervativlər 1564-cü ildən bəri istifadə olunur.[1] Kauçuk prezervativlər 1855-ci ildə, lateks prezervativlər isə 1920-ci illərdən satılır.[3][4] Hər il dünyada təxminən 9 milyard prezervativ satılır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Hatcher, Robert Anthony; M.D, Anita L. Nelson. Contraceptive Technology (ingilis). Ardent Media. 2007. 297–311. ISBN 9781597080019. 2017-09-18 tarixində arxivləşdirilib.
- ↑ World Health Organization. Stuart MC, Kouimtzi M, Hill SR (redaktorlar ). WHO Model Formulary 2008. World Health Organization. 2009. səh. 372. hdl:10665/44053. ISBN 9789241547659.
- ↑ Allen, Michael J. The Anthem Anthology of Victorian Sonnets (ingilis). Anthem Press. 2011. səh. 51. ISBN 9781843318484.
- ↑ McKibbin, Ross. Classes and Cultures: England 1918–1951 (ingilis). Oxford University Press. 2000. səh. 305. ISBN 9780198208556.
- ↑ Hermann, Henry R. Dominance and Aggression in Humans and Other Animals: The Great Game of Life (ingilis). Academic Press. 2016. ISBN 9780128092958.