Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı.
Tarixi dövlət | |||||
Qərbi Berlin | |||||
---|---|---|---|---|---|
ing. West Berlin fr. Berlin-Ouest alm. West-Berlin | |||||
|
|||||
|
|||||
Dilləri | Alman dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Xristian (Evangelist, Katolik), İslam, İudaizm | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
• 1948–1953 (ilk) | Ernst Reuter | ||||
• 1989–1990 (son) | Valter Momper | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir:
- Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru).
- Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru).
- Veddinq, Raini-kendorf (fransa sektoru)
Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi. Bu sərhədin 44 km-i küçələrdən, evlərdən, Şpree çayından, kanallardan və s. keçirdi. 1958–1961-ci illər arasında SSRİ ilə ABŞ-arasında olan soyuq münasibətlərin nəticəsində 1961-ci il 13 avqustunda Berlin divarlarının tikintisinə başlanıldı.
Berlin divarı
redaktə1961-ci ildə ADR-ın hərbi qüvvələri öncə 46 km əraziyə tikanlı məftil çəkdilər. İlin sonuna yaxın 3 km-lik divar artıq çəkilmiş idi. Tədricən bu divarın uzunluğu 43.1 km çatdırıldı. Divar beton piltələrdən çəkilmiş və hündürlüyü 2–3.6 m idi. Divarların tikintisi 1975-ci ilə kimi davam etdi və yekunlaşdı. 1961-ci ildən 1989-cu ilə kimi Şərqi Berlindən Qərbi Berlinə 5000-nə yaxın qanunsuz qaçış qeydə alınmışdır.[2]
Sərhədlərin açılması
redaktə3 oktyabr 1990-cı il həm ADR və AFR-ın, həm də Qərbi və Şərqi Berlinin rəsmən birləşməsi tarixi hesab olunur. 40 illik Berlin divarlarıda tədricən söküldü. Buna baxmayaraq hələ də Berlin divarlarının kiçik bir hissəsi saxlanılmış və burada "Yaddaş pəncərəsi" adında memorial kompleks var.