Qəzəl

ədəbiyyat janrı

Qəzəl – klassik Şərq şeiri növüdür.[1]

Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. YaxınOrta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir. (Qeyd: Qazi Bürhanəddin qəzəllərində adını verməyib).

Qəzəllər, əsasən, məhəbbət mövzusunda olur. Bundan başqa əxlaqi, tərbiyəvi, ictimai-siyasi, fəlsəfi, təbiət mövzusunda ola bilər.

Klassik qəzəlxan şairlər

redaktə

Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli, Saib Təbrizi, Seyid Əzim Şirvani, Mir Möhsün Nəvvab, Natəvan, Həsənəli xan Qaradaği, Şah İsmayıl Xətai fars şairlərindən Sədi, Hafiz, Cami, özbək şairi Nəvai qəzəlin klassik nümunələrini yaratmışlar.

Müasir qəzəlxan şairlər

redaktə

Müasir Azərbaycan şeirində qəzəl ənənələrini, əsasən, Əliağa Vahid, Süleyman Rüstəm , Vüqar Biləcəri davam etdirmişdir.

Qərb ədəbiyyatında qəzəl

redaktə

Qərb ədəbiyyatı nümayəndələrindən Göte, Puşkin, Bryusov və b. Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişlər.

Quruluşu

redaktə

1-ci beyt: MƏTLƏ: Həmqafiyəli iki misra

redaktə
Fələyin bir belə dövrü olacağmış, nə bilim ?
Saralıb bağü gülüstan solacağmış, nə bilim

2-ci beyt: ikinci misrası həmqafiyəli

redaktə
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,
Gözümə qan sağılıb, yaş dolacağmış, nə bilim ?

3-cü beyt: ikinci misrası həmqafiyəli

redaktə
Bitirib, bağ salıb, bir neçə güllər yetirdim,
Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim ?

4-cü beyt: ikinci misrası həmqafiyəli

redaktə
Əl çəkib nakəsidən çərx elə nakəs imiş,
Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim ?

5-ci beyt: ikinci misrası həmqafiyəli

redaktə
Aşiqə naz eləmək adət olub mə’şuqə,
Bu qədər naz eləyib can alacağmış, nə bilim ?

6-ci beyt: ikinci misrası həmqafiyəli

redaktə
Bəslədim zülfü, dedim, başıma salsın sayə,
Dolanıb boyna ilantək çalacağmış, nə bilim ?

7-ci beyt: ikinci misrası həmqafiyəli

redaktə
Səltənət rütbəsini xar tutardım şah ikən,
Məni başdan ayağa qəm saracağmış, nə bilim ?

Sonuncu (8-ci) beyt: MƏQTƏ: şair təxəllüs və ya adını göstərir

redaktə
Ruzigarın dolanıb haləti bir özgə hala,
Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim ?

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.

Xarici keçidlər

redaktə
  NODES