Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi.

Ümumi məlumat

redaktə

Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir.

S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir. El arasında 5 qarış 1 m-ə bərabər (5x20 sm=100 sm=1 m) götürülür.

Bir çox qaynaqlarda qarışın tərifi və ölçüsü düzgün verilmişdir. Sadəcə olaraq bir sıra ədəbiyyatlarda qarışın 20 sm yox, 22–25 sm olduğu göstərilir. Bədii ədəbiyyatda və folklorda qarış məcazlaşmışdır və çox az miqdarda torpaq mənasında işlənir.

Mənbə

redaktə

Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 455. ISBN 978-9952-34-152-2

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES