Qaranquşlar

Quş növü

Qaranquşlar (lat. Hirundinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Qaranquşlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Qaranquşlar
Beynəlxalq elmi adı

Köçəri quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünür.Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. İldə 2–3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma (balaçıxarma yatışı) müddəti 13–19 gündür. 19 gün müddətinə tüklənir.Büzdüm və alt tərəfi ağ olan quş yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır. Kiçik, incə quruluşlu, qısaboyludurlar. Çox sürətli uçuş qabiliyyətləri var. Həyatının çoxunu havada keçirir. Quyruqları haçalıdır. Dimdikləri qısa və genişdir. Qanadları uzun və itidir, quyruğu isə iki hissəyə haçalanmış formadadır. Demək olar ki, bütün qaranquşların xarici görünüşü eynidir.Qaranquşları həm də "yazın müjdəçisi" adlandırırlar.

Qidalanması

redaktə

Həm şəhər, həm də kənd qaranquşları yalnız həşəratlarla qidalanır. Demək olar ki, ömürlərini havada – uçaraq keçirir. Qaranquş yay fəslində yarım milyondan bir milyona qədər mığmığa, ağcaqanad və mənənə ovlayır.

Yaşayış arealı

redaktə

Avropa, Asiya, Afrikanın şimalında və demək olar ki, bütün Şimali Amerikada məskunlaşıb. Avropa qaranquşları Ekvatorial və Cənubi Afrikada, Asiya qaranquşları Hindistandan Filippinə qədər ərazilərdə, Şimali Amerika qaranquşları Cənubi Amerikanın şimalında qışlayır. Avropa qaranquşları mart-aprel aylarında yuva qurmaq üçün geri qayıdır.[3]

Şəkillər

redaktə

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Qaranquşlar" (az.). https://portal.azertag.az/. 01.06.2017. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.

Həmçinin bax

redaktə
  NODES