Qazi Gümüştigin

Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar.

Qazi Gümüştigin
Əmir
Məlik
Qazi
1084 – 1104
ƏvvəlkiDanişmənd Qazi
SonrakıMəlik Qazi
Şəxsi məlumatlar
Vəfat tarixi 1104
Atası Danişmənd qazi
Uşağı

Həyatı

redaktə

Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir.

Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi.

1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir.[1]

Populyar mədəniyyətdə

redaktə

Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.[2]

İstinadlar

redaktə
  1. "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.
  2. "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". Milliyet (türk). 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  NODES
Done 1