Qlikolipidmolekullarının tərkibində karbohidrat qalıqları (çox vaxt D-qalaktozalar) olan, onlarda fosfat turşusu olmayan birləşmələr. Bioloji membranların fəaliyyətində onlar əhəmiyyətli rol oynayırlar. Əsasən beyin toxumalarında olurlar, lakin həm də qanın hüceyrələrində və digər toxumalardad da vardır.

Heyvan hüceyrələrinin qlikolipidləri də sfinqomielin kimi sfinqozinin törəməlidir. Sfinqozinin amin qrupu sfinqomielində olduğu kimi yağ turşusu ilə asilləşmişdir. Qlikolipidlərin sfinqomielindən fərqi sfinqozin skeletinin birli hidroksilinə birləşmiş komponentin təbiətindəndir. Qlikolipidlərdə bu vəziyyətdə buir və ya bir neçə şəkər qalıqları.

Sadə qlikolipid - yalnız bir şəkər qalığına (qlükoza və ya qalaktoza) malik serebroziddirş Bu cür qlikolipidlər böyük miqdarda əsəb hüceyrələrinin membranlarında vardır. Nisbətən mürəkkəb qlikolipidlərdə, məs., qanqliozidlərdə, bir neçə şəkər qalığından ibarət şaxələnmiş zəncir vardır (hətta yeddiyə qədər).

Ədəbiyyat

redaktə
  • S.F. Qarayev, P.Ş. Məmmədova, A.Q. Həbibova. "Biokimyanın əsasları" 2002. s 359
  NODES
os 2