Qnomlar (Orta Dünya)

Qnomlar (ing. Dwarves, tək h. Dwarf) — C. R. R. Tolkinin əsərlərində Orta Dünyanın azad xalqlarından biri, vala Aule tərəfindən yaradılmışdılar, doğuluşdan ən yaxşı mədənçi və filiz bələdləri, fanilər arasında ən bacarıqlı daş kəsənlər, zərgərlər və dəmirçilərdi. Sayları az idi və doğum sayına görə yavaş-yavaş artırdılar, elflər inanırdılar ki, öləndə qnomlar daşa çevrilirlər. Onların özləri isə inanırdılar ki, ölümdən sonra onların yaradıcısı Aule qnomlar üçün başqa bir tale hazırlayır.

Qnomların əmələ gəlmə tarixi

redaktə

Silmarilliona” əsasən, İlúvatar Övladlarının (elflər və insanlar) Aradaya gəlişini səbirsizliklə gözləyib dözə bilməyən Aule, daşdan yeni bir irq – qnomları yaratmağa cəsarət edir, lakin onlar azad iradəyə və ağıla malik deyildilər, Aule kimi torpağa, peşəyə məhəbbət bəsləyirdilər, Aule onlar üçün hətta dil icad edir. Lakin tezliklə Eru İluvatar peyda olur və Aulenin varlıqlarının azad iradəyə malik olmamasına diqqət edir, səbəb onların yalnız Onun, İlúvatarın bəxş edə biləcəyi bir ruhun olmamısıdır. Etdiyi əməlinə görə tövbə edən Aule məxluqlarını məhv etmək qərarına gələrək "uşaqlarının" üzərinə çəkic yellədir. Ancaq qnomların onun qarşısında diz çökərək rəhm diləməsinə təəccüblənir. Eru Auleyə rəhm edir, qnomlara ruh bəxş edir, bununla onlara iradə azadlığı verir, Aulenin təvazökarlığına və zəhmətinə görə bir mükafat olaraq onları övladları kimi qəbul edir və Ainur Musiqisinə əlavə edir. Lakin Erunun iradəsi ilə qnomlar, Ardada ilk xalqın - elflərin oyandığı günə qədər yatmalı idilər. Aule qnomların yeddi Ulu babasını müxtəlif mağaralarda yatırdır. Onlardan yeddi qnom klanı törədi, lakin Tolkinin əsərlərində, bir qayda olaraq, yalnız bir qnom klanı iştirak edir - Qundabadda oyanan Durin klanı.[1][2][3]

Aule Morqota müqavimət göstərə bilən canlılar yaratmağa çalışırdı, buna görə də qnomlar iri və möhkəm köklü, enlikürək idilər (boyları — 4,5 - 5 fut, yəni 1,4 - 1,5 m), çox böyük güc və yüksək dözümlülüyü ilə seçilirdilər.

Ədəbiyyat

redaktə

Tolkin, C. R. R. "Silmarillion". Allen & Unwin. 1977. ISBN 0-04-823139-8.

İstinadlar

redaktə
  1. Дж. Р. Толкиен. "Гундабад". 2016-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.
  2. Evans, Jonathan. Dwarves // Drout, Michael D. C. (redaktor). C. R. R. Tolkin ensiklopediyası. Routledge. 2013 [2007]. 134–135. ISBN 978-0-415-86511-1.
  3. "Silmarillion Creation Myth" Silmarillion, ch. 2 "Of Aulë and Yavanna"

Xarici keçidlər

redaktə
  NODES