Qvineya-Bisau
Qvineya-Bisau — Afrikanın qərbində, Atlantik okeanı sahilində dövlət. Ölkə şimaldan Seneqal , şərqdən və cənub-şərqdən isə Qvineya ilə həmsərhəddir.
Qvineya-Bisau | |||||
---|---|---|---|---|---|
República da Guiné-Bissau | |||||
| |||||
port. "Unidade, Luta, Progresso" "Birlik, Mübarizə, İnkişaf" |
|||||
Himn: port. "Esta É a Nossa Pátria Bem Amada" "Bura bizim sevgili ülkəmizdir" |
|||||
Tarixi | |||||
• Portuqaliyadan müstəqilliyinin elanı | 23 sentyabr 1973 | ||||
• Tanınması | 10 sentyabr 1974 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Bisau | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Umaru Sisoku Embalo | ||||
Baş Nazir | Rui Duarte de Barros | ||||
Sahəsi | Dünyada 136-cı | ||||
• Ümumi | 36125 km² | ||||
• Su sahəsi (%) | 22.4 | ||||
Əhalisi | |||||
• Əhali | 1.726.170 nəfər (148-ci) | ||||
• Siyahıyaalma (2009) | 1.449.230 nəf. | ||||
• Sıxlıq | 46,9 nəf./km² (154-cü) | ||||
• Ümumi | 1.638.517.607 $[2], 1.633.559.092 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 1,720 milyard $ dollar | ||||
• Adambaşına | 1.068 $ dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2009) | 826 milyon $ dollar | ||||
• Adambaşına | 512 $ dollar | ||||
İİİ (2010) | 0.296 (artış; 164-cü) | ||||
İnternet domeni | .gw | ||||
ISO kodu | GW | ||||
BOK kodu | GBS | ||||
Telefon kodu | +245 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXV əsrdə portuqal səyyahı Nunu Triştanın başçılıq etdiyi ekspedisiya tərəfindən kəşf olunmuşdur.
1973-cü ildə Portuqaliyadan müstəqilliyini elan etmişdir.
Əhalisi
redaktəPaytaxtı Bisau şəhəridir- 473 min sakin (2014-cü il).
Qvineya-Bisau gənc əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 59,45%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,4%-i 65 yaş və yuxarıdır.
0-14 yaş: 39.28% (kişi 344,976 / qadın 346,102) 15-24 yaş: 20.17% (kişi 176,050 / qadın 178,842) 25-54 yaş: 32.53% (kişi 285,258 / qadın 286,955) 55-64 yaş: 4.62% (kişi 31,030 / qadın 50,215) 65 yaş və üzəri: 3.4% (kişi 22,121 / qadın 37,610)
Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 49,3% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,88% səviyyəsindədir.
Etnik qruplar
redaktəƏhalinin 99% -i Afrika mənşəli olub, Avropa mənşəlilər ölkə daxilində mövcudluğu 1% nisbətindədir. Ölkə daxilində fərqli dil, mədəniyyət və ictimai quruluşa sahib 25 ədəd etnik qrup yaşayır. Bu 25 fərqli etnik qrup ölkə əhalisinin 85%-lik hissəsi təşkil edir. Etnik qruplar içərisində çoxluk təşkil edənlər 28% ilə Balanta, 19% ilə Fulbe və 14% ilə Manjaco etnik qrupudur.
Dil
redaktəÖlkənin rəsmi dili Portuqalcadır. Məktəb çağından etibarən bütün dərslərin Portuqal dilində olmasına baxmayaraq ölkə daxilində bu dilidə hər hansı bir çətinlik çəkmədən danışa bilən hissəsi əhalinin 14%-ni təşkil edir. Hər bir etnik qrupun öz içərisində danışdığı o qrupa xas dilləri var. Bu dillər o qrupun əsas dili sayılır.Bundan başqa gündəlik həyatda Portuqal dili başda olmaq üzrə bir neçə dilin qarışığı olan Qvineya-Bisau Kreyol dili danışılmaqdadır. Ölkə daxilində bütün məktəblərdə Portuqalca olan tədris dilinin Qvineya Bisau Kreyol dili ilə əvəz edilməsi cəhdləri günümüzə qədər müvəffəqiyyətsiz olmuşdur. Hər nə qədər belə bir istək mövcud olsa da, tədris üçün lazımlı olan vəsaitləri bu dildə olmaması bu cəhdi müvəffəqiyyətsiz etməkdədir.
Din
redaktəÖlkə əhalisinin 50%-ni müsəlmanlar təşkil edir. Yerli dinlərə inananın nisbəti 40% olduğu halda, xristianlığa inanların sayı 10%-dir.
Siyasət
redaktə23.VI.2014 etibarən ölkənin prezidenti - Joze Mariu Vazdır.