Rəssam emalatxanası (Kurbe)

Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi (fr. L’Atelier du peintre. Allégorie Réelle déterminant une phase de sept années de ma vie artistique (et morale)) — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hal-hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir.

“Rəssam emalatxanası”
fr. L'Atelier du peintre
“Rəssam emalatxanası”, Qüstav Kurbe
“Rəssam emalatxanası”, Qüstav Kurbe
Rəssam Qüstav Kurbe
Tarixi 1855
Üslubu Realizm
Texnikası Yağlı boya, kətan
Ölçüləri 361 sm[1] × 598 sm[1]
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Orsay muzeyi
Saytı wga.hu/html_m/c/courbet/…
musee-orsay.fr/en/node/1…
musee-orsay.fr/fr/oeuvre…
İnventar nömrəsi RF 2257
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və süjeti

redaktə

Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi:

“Dünya mənim atelyemə özlərini çəkdirməkçün gəlir”.

— Kurbe rəsm haqqında

Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur. Sağ tərəfdə isə aralarında Jorj Sand, Şarl Bodler, Şanflyori, Piyer-Jozef Prudon və kolleksiyaçı Alfred Bruyasın da yer aldığı rəssamın dostları və tərəfdaşları təsvir edilmişdir.

İstinadlar

redaktə
  1. 1 2 3 4 http://www.musee-orsay.fr/fr/collections/catalogue-des-oeuvres/notice.html?nnumid=927.
  2. "Gustave Courbet Das Atelier des Malers". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.

Mənbələr

redaktə


Mənbələr

redaktə
  NODES