R-360 Neptun (ukr. Р-360 «Нептун») — Ukrayna tərəfindən istehsal olunmuş gəmi əleyhinə qanadlı raketdir. Çəkisi 870 kq olan bu raket 2014 və ya 2012-ci ildə yaradılmışdır. Raketin konstruksiyası, əhəmiyyətli miqyasda təkmilləşdirilmiş uçuş məsafəsi və elektronikası SSRİ istehsalı olan H-35 gəmi əleyhinə raketinə əsaslanır.[2] 150 kq döyüş başlığı daşıyan raket saatda 900 km sürətlə 300 km-lik mənzilə malikdir. Sistem suüstü döyüş gəmilərini və çəkisi 5000 tona qədər olan nəqliyyat gəmilərini, konvoy halında və ya tək formada vurmaq üçün hazırlanmışdır. Raket eyni zamanda çəkisi 12000 tona qədər olan gəmiləri də məhv etmək qabiliyyətinə malikdir.[3] Raketlər 3 platformadan işə salına bilər:

  • Havadan;
  • Qurudan;
  • Dənizdən.[4]
R-360 Neptun
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2021
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
Konstruksiya tarixi 2013
Xüsusiyyətləri
Ağırlığı 870 kq[1]
Uzunluğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2019-cu ildə raketin üzərində bəzi modifikasiylar aparılmışdır. Bu modifikasiylar nəticəsində raketin lazer başlığı dəyişdirilmiş, hündürlük ölçən sistemi, starteri, qanadları, giroskop və naviqasiya sistemləri yenilənmişdir. Bununla da raketin dəqiqlik qabiliyyəti artırılmışdır.[4]

Daha sonra raket Albe poliqonunda test edilmişdir. Bu zaman təhlükəsizliyi təmin etmək üçün 6500 km-lik məsafədə gəmi və təyyarələrin hərəkəti bir müddətlik dayandırılmışdır. Raketin döyüş başlığı yüksək partlayıcı xüsusiyyətə malikdir. Bu başlıq ya hədəfə dəydiyi zaman, ya da hədəfə müəyyən məsafədə sensorlar vasitəsilə işə düşür. Əsas mühərriki Motor Siç şirkətinin istehsalı olan MS400 turbofan olan raketin iki mühərriki vardır. Bir mühərrik raketi işə salır, digəri isə raketi hədəfinə aparır. Raketin sahib olduğu elektron sistemlər raketin radarlarda görünmə ehtimalını minimuma endirir.[5][6]

Neptun raket sistemi müstəqil hərəkət edən kreyserlər, destroyerlər, freqatlar, korvettalar, tank və personal-desant daşıyan gəmilər, nəqliyyat gəmilərinə qarşı müdafiə fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulmuş gəmi əleyhinə qanadlı raket sistemidir. Sistem, həmçinin əlverişsiz hava şəraitində və düşmənin radioelektron dalğaları qarışdırdı zaman da, fəaliyyət göstərə bilir və raketin elektron sistemi bundan təsirlənmir. Bir Neptun raket batareyasına 24 ədəd R-360 gəmi əleyhinə raket, hər birində 4 raket olmaqla 6 ədəd atış platforması, səyyar komanda mərkəzi, yükləməni həyata keçirən avtomobil və əlavə raket daşıyan avtomobil daxildir. Bu sistem dəniz sahilindən 25 km-ə qədər içəridə raketlərin atışını həyata keçirdə bilir.[4]

İstinadlar

redaktə
  1. 1 2 3 4 https://www.military-today.com/missiles/neptun.htm.
  2. Episkopos, Mark. "Ukraine Is Building Anti-Ship Missiles (In Part Thanks to Russia)". The National Interest. 2019-02-06. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.
  3. "Russian Navy Ship Moskva Sunk by Ukrainian Missiles, U.S. Confirms". The Wall Street Journal. 15 aprel 2022. İstifadə tarixi: 20 aprel 2022.
  4. 1 2 3 "Neptun Anti-Ship Cruise Missile". Military-Today.com. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  5. Нептун успішно вразив морську ціль [Neptune successfully hit a naval _target]. Ukrainian Military Portal, mil.in.ua (ukrayna). 2018-08-17. 2018-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  6. "LUCH, State Kyiv Design Bureau" (PDF). State Kyiv Design Bureau, LUCH. 5 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 November 2020.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES