Radiasiya ekologiyası

Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür.

Radiasiya qəzası

redaktə

Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması.

Radiasiya sussesiyası

redaktə

Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır.

Radiasiya təhlükəsizliyi

redaktə

Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər.

Radiasiya yükü

redaktə

Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür.

Radiasiyadan mühafizə

redaktə

Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir. KG.- nin örtüyü və onun avadanlığı öz-özlüyündə Radiasiyadan mühafizə funksiyasını daşıyır. Böyük intensivliyə malik kosmik-şüalanmadan (məs. Günəş partlayışları zamanı) mühafizə üçün KG-nin heyəti yerləşən bölməsinin avtonom mühafizə variantı əlverişlidir. Nüvə reaktoru şüalanmalarından mühafizə vasitələri yalnız reaktorla KG bölmələri arasında yerləşdirilir.

Radiasiyaya həssas növ

redaktə

Şüalanmanın kiçik dozalarından asan zədələnən növ.

Radiaktiv çirklənmə

redaktə

Mühitdə radioaktiv maddələrin təbii səviyyəsini ötüb keçməsilə əlaqədar fiziki çirklənmə forması.

  NODES