Rambutan (lat. Nephelium lappaceum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin nephelium cinsinə aid bitki növü.

Rambutan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi-şərqi Asiyada yetişir. Vətəni Tailanddır. Üst qabığı soyularaq tumu ilə birgə yeyilə bilir. Rambutanı kosmik meyvə adlandırırlar. Rəngi qırmızı içi ağ, tumu isə qara rəngdədir.

Meyvəsi qırmızı rənglidir və uzun saçaqları var. Ölçüsü böyük deyil: əsasən 3 sm, nadir hallarda 6 sm ölçüsündə olur. Çəyirdəyi isə meyvənin 1/3 hissəsini təşkil edir. Meyvənin xarici rəngi nadir hallarda narıncı və sarı ola bilər. Ətli hissəsi tüklərlə örtülmüşdür. Meyvənin şirin dadı olur. Qəhvəyi rəngli toxumu isə 1–1,3 sm ölçüsündədir.

Təsvir

redaktə

Ağac 15–24 metr hündürlüyündə ola, yarpaqları isə 14–30 sm uzunluğuna çata bilər. Çiçəklər kiçikdir və 2.5–5 mm ölçüsündə olan disk şəklindədir.

Becərmə

redaktə

22–30 °C bitki üçün ideal temperatur qəbul olunur. 10 °C-dən aşağı temperatura qarşı həssasdır. Ticarət məqsədilə 12–15 °C-də və dəniz səviyyəsindən 500 metr yüksəklikdə yetişdirilir. Qönçələmə yolu ilə çoxaldıqda 3 ildən bir meyvə verə bilər.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
Idea 2
idea 2