Randals (ing. Randalls Island) — 1.11 km² sahəyə malik və Nyu-Yorkun bir hissəsi olan ada. O, Manhetten, BronksKuins rayonları arasında, Harlem çayının İst-River boğazına töküldüyü yerdə yerləşir. Bronks Kill boğazı adanı Bronksdan ayırır. Randals adası bir vaxtlar ayrı olan Uords adası ilə birləşdirilib.

Randals
Ümumi məlumatlar
Sahəsi
  • 1,11 km²
Yerləşməsi
40°47′48″ şm. e. 73°55′19″ q. u.HGYO
Ölkə
Akvatoriya
Randals xəritədə
Randals
Randals
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropalıların gəlişindən əvvəl Randals adasının adı hindu dilində Minnehanok (ing. Minnehanonck) idi. 1637-ci ildə adalar Yeni Niderland qubernatoru Vuter van Tvillerin mülkiyyətinə keçdi. Burada məskən salmış fermer Barent Yansenin şərəfinə adanın adı Kleyne Barent oldu, O illərdə adaların əraziləri əsasən əkin sahələri üçün istifadə olunurdu. Randals adasında belə sahələr 50 hektar təşkil edirdi.[2] 17-ci əsrin sonunda adada 1698-ci ildə ucaldılmış ilk Üç Üqnum Kilsəsi üçün daşlar çıxarılırdı.[3]

Sonradan adaların adları bir dəfədən çox dəyişdirildi. Belə ki, 1772-ci ildə Britaniya mühəndisi Con Montrezor Randals adasını satın aldı və ona öz adını verdi.[4] Lakin cəmi 12 il sonra adanı Conatan Rendall və Bartolomyu Uord adlı fermerlər aldılar. Adalar hələ də onların adını daşıyırlar. Rendall 1830-cu ildə ölümünə qədər adanın ərazisini becərirdi. 1835-ci ildə Rendallın nəsil davamçıları adanı Nyu-York səlahiyyətlilərinə 60.000 dollara satdılar (2012-ci il məzənnəsi ilə təxminən 1.300.000 dollar).

1930-cu illərdə Uords adasında MTA şirkətinin Körpü və Tünel Agentliyinin mərkəzi qərargahı quruldu. Onun rəhbərliyi altında adalar ümumi uzunluğu təxminən 27 km olan kompleks körpü sistemi ilə əhatə olundu. Elə həmin illərdə adalar arasındakı axarlar torpaqla dolduruldu və bu da adalarda bir neçə böyük açıq idman kompleksi tikməyə şərait yaratdı. Onlar arasında 22.000 yerlik Con Dauninq futbol stadionu yer alır. O, 2002-ci ildə söküldü və 2005-ci ildə onun yerinə Karl Aykan adına stadion inşa edildi. 2009-cu ildə adada 20 kortu ehtiva edən böyük tennis mərkəzi açıldı.[5]

İstinadlar

redaktə
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Eugene L. Armbruster. Long Island: its early days and development. 29. 1914. 42–43.
  3. Jennifer Keeney. WHAT'S HAPPENING AT RANDALL'S ISLAND? // The Daily Plant . XVII. № 3675. New York City Department of Parks & Recreation. 2012.
  4. "GNIS Detail - Randalls Island" (ingilis). USGS. İstifadə tarixi: 2014-02-24.[ölü keçid]
  5. Norval White, Elliot Willensky, Fran Leadon. Randall's Island Tennis Center // AIA Guide to New York City (5). Oxford University Press. 2010. ISBN 0199758646.

Ədəbiyyat

redaktə
  • Gerard R. Wolfe. Randalls Island // The Encyclopedia of New York City (2). Yale University Press. Kenneth T. Jackson, Lisa Keller, Nancy Flood. 2010. 1084. ISBN 0300182570.
  • Sharon Seits, Stuart Miller. The Other Islands of New York City: A History and Guide (3). Countryman Press. 2011. ISBN 1581578865.

Xarici keçidlər

redaktə
  NODES
dada 2
dada 2
Done 1
eth 1
Story 1