Riçard Trevitik ingilis ixtiraçısı və maşınqayırma mühəndisi olmuşdur. O praktikada tətbiq oluna biləcək ilk buxar lokomotivin düzəldilməsi üzrə çalışan pionerlərdən olmuşdur.

Riçard Trevitik
ing. Richard Trevithick
Doğum tarixi
Doğum yeri Kornval, İngiltərə
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Dartford, İngiltərə
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], ixtiraçı, mədən mühəndisi, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlığı

redaktə

Trevitikin atası mədən işçisi idi. O 5 bacının bir qardaşı kimi dünyaya gəlir. Kemricde mektebe gedir. Uşaqlıqdan idmana daha çox meyl göstərir. Uşaqkən o mədənlərdə tətbiq olunan su nasoslarını işlədən buxar maşınlarına baxarmış. Uzun müddət buxar maşınını düzəltmiş Vilyam Murdox onun qonşusu olmuşdur.

Trevitikin ilk iş yeri dağ mədəni olur. Tezliklə o məsləhətçi vəzifəsinə qədər yüksəlir. O Vatta lizens üçün pul ödəməmək üçün buxar maşınlarının təkmilləşdirilməsi və qurulması ilə məşğul olur. 1797-ci ildə o Ceni Heyli ilə evlənir. Onların altı uşağı olur.

Fəaliyyəti

redaktə

Trevitik buxar maşınları üzərində işləyərək onların ölçüsünün kiçilməsinə və buxar qazanının gücünün artırılmaısna nail olur. yüksək təzyiqə malik buxar qazanının ixtirası onun ən vacib ixtirası sayılır.

1797-ci ildə Trevitik özünün ilk buxar maşınını düzəldir. Buxarın alınması üçün o közərmiş dəmir parçası götürür və onu alov borusuna daxil edir. 1801-ci ildə Kambornedə təkərlər üzərində hərkət edə bilən maşın düzəldir. Bu küçə buxar lokomotivi o dövrdə məlum olan Kunoun buxar avtomobili ilə yanaşı özü hərkət edən maşın sayılırdı. Bu maşının sürəti 8 km/saat idi.

Trevitikin bu maşında etdiyi yenilikdən biri də yanacaqadn əmələ gələn tüstünün xüsusi boru vasitəsilə xaric edilməsi idi. Bu boru daha çox enerji əldə etməyə imkan verirdi. 1803-cü ildə Trevitik maşınını təkmilləşdirərək özü hərkət edən nəqliyyat vasitəsi düzəldir. "London Steam Carriage" adlanan bu buxar maşınında sərnişinlərin əyləşməsi üçün yer nəzərdə tutulmuşdur. Bu maşın ictimaiyyətin böyük marağına səbəb olsa da, baha başa gəlməsi onun geniş yayılmaısna maneçilik törədirdi.

 
London Steam Carriage

Trevitik düzəltdiyi lokomotivi bir dəmir istehsal edən zavoda satır. O öz yüksək təzyiqə malik buxar maşınını hərkətli gövdəyə birləşdirərərk lokomotiv düzəldir. Bu lokomotiv 10 t dəmiri 15,7 km məsafəyə dartma qabiliyyətinə malik idi.

Bu lokomotivin işləməsinə baxmayaraq o böyük uğur qazana bilmir. Çünki böyük ağırlığa malik olan bu lokomotiv at arabası üçün düəldilmiş dəmir yoluna uyğunlaşdırılmışdır. Beş aydan sonra bu lokomotivin fəaliyyəti dayandırılır. Maşın stasionar olaraq istifadə edilir.

Mənbə

redaktə
  • Anthony Burton: Richard Trevithick — Giant of Steam. Aurum Press, London 2000. ISBN 1-85410-878-6
  • Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
  NODES
Done 1