Riki Martin
Enrike Martin Morales (isp. Enrique Martín Morales; 24 dekabr 1971[1], San-Xuan, Puerto Riko, ABŞ), daha çox Riki Martin adı ilə tanınır. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlamışdır. 1991-ci ildə solo-kariyeraya başlamışdır. Riki 8 studiya albomu buraxmışdır ki, bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçmişdir. Həmçinin Riki Martin xeyri məqsədləri üçün "Riki Martin fondu"nu (ispan: Fundacion Ricky Martin) yaratmışdır.
Riki Martin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Enrique José Martín Morales |
Ləqəbi | Ricky Martin |
Doğum tarixi | 24 dekabr 1971[1] (53 yaş) |
Doğum yeri | |
Uşağı | 4[2] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, teatr aktyoru, bəstəkar, model[d], televiziya aktyoru, yazıçı |
Fəaliyyət illəri | 1984-cü ildən |
Janrlar | pop musiqisi, pop-rok, latın-pop[d], müasir R&B[d], dans-pop, reqqi, reggeton[d], Latın Amerikası musiqisi[d][3] |
Albom şirkətləri | Sony Music[d], Columbia Records, Sony Music |
rickymartinmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRiki Martin 24 dekabr 1971-ci ildə Puerto – Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və buxqalter Nereydi Moralesin ailəsində doğulmuşdur. Valideynləri onun iki yaşı olanda ayrılmışdılar. Rikinin doğma Erik və Daniel Martin adlı iki qardaşı, Vanessa Martin adlı bir bacısı, ögey Fernando və Anhel Fernandez adlı iki qardaşı var. Riki katolik ailəsində böyümüşdü və çox sakit və sözə qulaq asan uşaq idi, amma Menuda qrupuna qoşulana qədər…
Musiqi fəaliyyətinin başlanması
redaktəRiki (o zaman Enrike) musiqi fəaliyyətinə 13 yaşında, 1984-cü ildə məşhur latınamerikan qrupu Menuda ilə başladı. Riki bu qrupun 6 il üzvü oldu, lakin 6 il sonra solo – karyeraya başlamağı qərara aldı və 1990-cı ildə boy-bendin tərkibindən çıxdı. Məktəbi bitirdikdən sonra Riki San – Xuandan Nyu – Yorka köçdü. Orda ona uğur gülümsədi və o, meksika serialı olan "Alcanzar Una Estrella" serialında Pablo roluna dəvət aldı, 1991-ci ildə serialın davamı "Alcanzar Una Estrella — 2" çəkildi. Seriala çəkildikdən sonra o, özünə Riki Martin (ispan: Ricky Martin) ləqəbini götürdü və "Sony Discos" musiqi şirkəri ilə müqavilə bağladı. Riki 1991-ci ildə ispan dilində ilk studiya albomunu – "Ricky Martin"i buraxdı. Bu albomda Argentinada və Puerto – Rikoda qızıla çevrilən "Fuega Contra Fuega" – "Alov alova qarşı" mahnısı buraxıldı. Alboma dəstək üçün Riki Cənubi Amerika turnesinə çıxdı – "Ricky Martin Tour".
1993-cü ildə Riki "Me Amaras" – "Sən Məni sevəcəksən" adlı ikinci studiya albomunu buraxdı. Albom üçün Riki Laura Braniqanın "Self Control" – " Que dia es hoy" mahnısının kaver – versiyasını hazırladı. Albom çox qısa müddət ərzində təxmini 1 milyon nüsxə ilə bütün dünyada satıldı. Sonra, 1994-cü ildə Riki amerikan serialı olan "Əsas hospital" serialının çəkildiyi Kaliforniyaya gəlir. Riki serialda barmen və müğənni Migel Mores rolunu canlandırır.
Avropada uğurları
redaktə1995-ci ildə "A Medio Vevir" – "Həyatın yarısı" adlı albomunu çıxarmaqla Riki latınamerika musiqisinə baxışı dəyişdi. "Maria" sinqlı ilə Riki latınamerika musiqisinin təkcə balladadan ibarət olmadığını sübut etdi. Bu sinqlla Riki Avropada məşhur oldu, amma nəyin ki, rəqs ritimli mahnılar Rikiyə uğur gətirdi, həmçinin "Te Extrano, Te Olvido, Te Amo" balladaları da Avropada çox uğurlu oldu.
"A Midio Vivir Tour" dünya turnesini başa vurduqdan sonra Riki Nyu – Yorka qayıdır. Orada "Tərkedilmişlər" tamaşasında iştirak edir. O, əsas rollardan biri olan Marius Portmers obrazını canlandırır. Çıxışlar Brodveydə keçirilirdi.
Seriallara çəkildikdən sonra Riki yenidən studiyaya qayıdır və dördüncü albomu olan "Vuelve" ni ispanca buraxır. RİAA albomu platin albom olaraq qiymətləndirmişdi. Albom qısa müddət ərzində 8 milyon nüsxə ilə satılmışdı. Həmçinin həmin il Riki 1998-ci ildə Fransada keçiriləcək futbol üzrə dünya çempionatının himnini yazmaq üçün seçilmişdi. Himn üçün yazılan mahnı "The Cup of Life" – "La Copa de la Vida" – "Həyat kuboku" oldu.
Ricky Martin 1999:
redaktəİspandilli ölkələrdəki uğurlarından sonra Riki qərara aldı ki, ingiliscə albom çıxarsın – "Ricky Martin". Albom 1999-cu ildə bir neçə sponsorun köməyi ilə buraxıldı. Həmçinin albomda Madonna ilə duet "Cuidada Con Mİ Corazon" — "Mənim qəlbimlə ehtiyatlı ol" və isveçli müğənni Meeylə olan duet "Private Emotion" – "Gizli hisslər" yerləşdirilmişdi. Riki Türkiyədə çox məşhur olduğu an o, "Private Emotion" mahnısını Sertab Erenerlə duet olaraq ifadə etdi. Bu mahnı türk bonus – trekinə daxil oldu.
İlk ən kommersial və məşhur, uğurlu sinql "Livin la Vida Loca" – "Dəli həyatı yaşamaq" Birləşmiş Ştatlar, Böyük Britaniya, Avstraliya, Argentina, Braziliya, Fransa, Yunanıstan, İsrail, Hindistan, İtaliya, Yaponiya, Qvatamela, Meksika, Rusiya, Azərbaycan, Türkiyə, Cənubi Afrika və s. kimi ölkələrdə birinci yerə sahib oldu. Bundan sonra Billboard Hot 100`də ikinci yeri tutan "She is All İ Ever Had" – "O, mənim hər şeyimdir" sinqlı bu uğuru təkrarladı. Albom 1999-cu ilin ən çox satılmış albomlarından biri oldu. Yeddi dəfə platin albom olaraq sertifikatlaşdırılan albom 22 milyon nüsxə ilə satıldı.
Sound Loaded 2000:
redaktəİlk ingilisdilli albomun uğur qazanmasından sonra Riki 2000-ci il noyabrda buraxılmış "Sound Loaded" albomunu hazırlamağı qərara aldı, amma albom ABŞ-də yalnız 3-cü yeri tuta bildi. Albomda üç uğurlu sinql oldu: birinci "She Bangs" – "Onun zarafatları", ikinci Kristina Aqileriya ilə duet olan "Nobady wants to be lonely" – "Heç kim tək olmaq istəmir". Hər iki sinql ABŞ çarxlarında birinci yeri tuta bildi. Albomun əsas sinqlı olan "Loaded" – "Yüklənilmiş" sinqlı isə yalnız 97-ci yerdə qərarlaşa bildi. Albom ABŞ-də 2 milyon nüsxə tirajı ilə satıldı. "La Historia" və "The Best of Ricky Martin" 2001 – 2003 2001-ci ilin başlanğıcında Riki ABŞ-nin latınamerikan çarxlarında birinci pilləyə qədər yüksəlmiş və 5 həftə ərzində bu yeri saxlaya bilmiş ispan dilində mahnıları tərkibində birləşdirən "La Historia" albomunu buraxdı. Bu alboma həmçinin Martinin 2 köhnə mahnısı "Fuego Contra Fuego" və "El Amor de Mi Vida" yeni aranjımanda daxil edilmişdi. İlin sonunda Riki ingilis dilində olan mahnılarından ibarət olan "The Best of Ricky Martin" albomunu buraxdı. Albom yalnız 1 milyon tirajla satıldı. Alboma yeni mahnı daxil edilməmişdi, yalnız "Amor" sinqlına 2 remiks edilmişdi. Sinql və remikslər Avropanın bir neçə radiostansiyasında yayımlandı.
"Almas Del Silencio" ilə köklərinə qayıtma
redaktə2003-cü ildə Riki ispanca "Almas Del Silencio" – "Ruhun sakitliyi" albomunu buraxdı. Yeni albom haqqında Riki deyir: "Mən özümə, keçmişimə qayıtmaq istədim. Mən öz dərinliyimdə bir neçə il əvvəl yaşadığım həmin emosiyaları, həmin adrenalini axtarırdım." Albom Bilboard 200-də 20-ci yerlə debüt etdi. Bir neçə həftə sonra birinci yerə sahib oldu və 6 həftə ərzində bu yeri qoruyub saxlaya bildi. Albomda 5 sinql var idi. Onlardan üçü "Tal Vez", "Jaleo", "Y Todo Quede En Nada" ABŞ-nin latınamerikan çartlarında liderlik edirdilər. Albom 3 milyon nüsxə tirajı ilə satılmışdı.
Life Riki 11 noyabr, 2005-ci ildə ingiliscə "Life" albomunu çıxardı. Alboma daxil olan mahnıların çoxunu Riki özü bəstələmişdi. Albom haqqında Riki demişdi: "Mən öz emosiyalarımı birləşdirdim. Mən düşünürəm ki, bu albom həyat kimi özündə çox səsləri birləşdirir. Onda kədərdən, sevincdən, hisslərdən danışılır. Mənim hisslərim bu albomun bir hissəsidir." Albom Bilboard 200-də 6-cı olaraq debüt etdi. Yeni sinql "İ don`t care" – "Mənim vecimə deyil" Ameri və Fat Joe ilə birgə yazılmışdı.
İkinci sinql "Drop it on Me" olmalı idi, amma bu efirdə və radiostansiyalarda yayımlanmadı. Bundan sonra Riki "Life" albomuna dəstək üçün "Una Noche con Ricky Martin/One night with Ricky Martin" – "Riki Martinlə bir gecə" adlı növbəti dünya turnesinə çıxdı. Turne 15 noyabrda Latın Amerikasında – Meksikada başladı. Latın Amerikası və ABŞ-ni əhatə edən biu turne başa çatdıqdan sonra Riki "İt`s Allright" adlı yeni sinqlını təqdim etdi. Sonra Riki bu sinqlı fransız müğənni Muretto Pakoro ilə duet şəklində təqdim etdi. Fransada sinql 4-cü pilləyə qədər yüksəldi. Riki 2006-cı ildə Turen şəhərində keçirilmiş Qış Olimpiya oyunlarının bağlanış mərasimində çıxış etdi. Bir neçə gün sonra Riki dünya turunun davam edəcəyini bildirdi. Bu turne Avropa və Afrikanı əhatə edən "Una Noche Con Ricky Martin" – "Riki Marinlə bir gecə" turnesi idi. Turne 21 aprel Mançestr, Böyük Britaniyada başlayıb, 3 iyul Təl – Əviv, İsraildə bitdi. 2007-ci ildə Martinin "Blanco y Negro" – "Ağ və qara" adlı yeni turnesi təşkil edildi. Tur San – Xuan, Puerto – Rikoda başlayıb, 14 oktyabr Medison – Skver – Qarden idman kompleksində Nyu – York, ABŞ-də başa çatdı.
Həmin il Riki italyan müğənni Eros Ramazotti ilə birgə "Non Siamo Soli" mahnısını ifa etdi. Mahnıya klip də çəkildi.
Musiqi səhnəsinə qayıdış
redaktə2006-cı il noyabrda "Only One Night" şousunda səhnə arxasında baş verən maraqlı, gülməli və digər anları əhatə edən "MTV Gündəlik: Riki Martin" realiti – şousu start götürdü. Elə bu vaxtlarda növbəti albom "MTV unplugged" buraxıldı. Disk 7 noyabrda CD və DVD .əklində buraxıldı, daha sonra 2007-ci ildə isə özündə CD və DVD- ni birləşdirən boks şəklində buraxıldı. Albomun ilk sinqlı "Tu Recuerodo" ispan müğənni La Mari ilə birgə yazılmışdı, sinql ABŞ-nin bütün latınamerikan çartlarında birinci oldu. Albom Latın Amerikasında liderlik edirdi. Bilboard 200-də isə 39-cu yerdə qərarlaşdı. 18 noyabr 2008-ci ildə Riki "Ricky Martin 17" adlı bir neçə mahnısını əhatə edən yığma albomu buraxdı.
Doqquzuncu studiya albomu və ilk kitab
redaktə2009-cu ilin iyun ayında Riki yeni studiya albomu üzərində çalışdığını və albomun 2010-cu ilin yazında hazır olacağını bildirdi. Albomda olan mahnılar həm ispan, həm də ingilis dilində idi. Həmçinin Riki 2010-cu ildə yeni sinql çıxaracağını söz verdi. Bu Martinin 9-cu studiya albomu idi. Həmçinin Riki həyatı haqqında kitab yazacağını söz vermişdi. "Me" – "Mən" adlanan kitab 2012-ci ildə Riki heyranlarına təqdim edildi.
Şəxsi həyatı
redaktəRiki Martin 2000 və 2006-cı illərdə "People" jurnalının araşdırmaları və sorğularına görə "Dünyanın 50 ən yaraşıqlı insanından biri" kimi qiymətləndirilmişdir. Riki Martin meksikalı aparıcı Rebeka De Alba ilə sevgi münasibəti yaşamışdır. 14 illik ayrılıqdan sonra onlar yenidən birlikdə olmağı və qısa müddət ərzində evlənməyi qərara aldılar, lakin "Life" albomunun təqdim edilməsindən sonra ayrıldılar. 1999-cu il "Ricky Martin" albomundan sonra Rikinin seksual oriyentasiyası ilə bağlı şayiələr yayıldı və Rikiyə onun seksual oriyentasiyası ilə bağlı suallar verməyə başladılar. Riki bu suallara cavab verməkdən qaçmadı və "Plus 7 Days" jurnalına müsahibəsində dedi: "Mən müasir insanam, yaşayıram və üzərimdə heç bir günah görmürəm. Müasir dövrdə hər şey etmək olar, amma təbii ki, istsna hallar mövcuddur. Əgər mən geyəmsə, niyə bu haqda açıq danışmayım? Xeyr, mən qadınları və seksi sevən normal bir kişiyəm. Bəli, mən qaynar puerto-rikolu ovçuyam, amma kişilər məni maraqlandırmır." 2008-ci ilin avqust ayında Riki suraqat ana vasitəsilə dünyaya gələn əkiz oğlan uşaqları atası oldu. 10 dekabrda Riki "People" jurnalına müsahibəsində oğlanlarının adlarının Valentino və Matteo olduğunu bildirdi. Əkizlərin doğulmasından sonra Martinin meneceri bildirdi: "Riki çox xoşbəxtdir, uşaqlarının dünyaya gəlməsi onun həyatında yeni bir başlanğıc oldu. O, cəmiyyətin diqqətindən kənarda qalacaq və 1 il ərzində öz vaxtını yalnız uşaqları ilə keçirəcək" 2009-cu il iyunda Riki ispan telekompaniyası Tv Aqui-nin jurnalına müsahibə verdi. Öz cavablarında o, biseksual olduğunu bildirdi. O dedi ki, onun ürəyi qadına aid olduğu kimi kişiyə də aid ola bilər, lakin Riki jurnala belə bir müsahibə verdiyini qəbul etmədi və bildirdi ki, bu jurnalın piar məqsədli layihəsidir. Riki Martin: "Ha, Riki Martinin qəlbi! Demək, iş bunda imiş! Eşidin, siz kişilər və ya qadınlar, mən heç vaxt bu mövzuda danışmamışam!!!" Xeyriyyəçilik fəaliyyəti. Riki Martin fondu Martin xeyriyyə işləri ilə məşğul olan Riki Martin fondunun banisidir. Riki kasıblar üçün düşərgələr açır, uşaqlarla özü şəxsən maraqlanır. Fond xeyriyyə əməllərinə görə bir neçə mötəbər mükafata layiq görülmüşdür: Bilboard, ALMA Award, GLAAD, Beynəlxalq Humanitar Mükafat, Kəlküttədə 2 suriyalı qızı xilas etdiyi üçün İspan təşəkkürü və s. Həmçinin Riki müasir quldarlığa qarşı çıxdığına və böyük uğur qazandığına görə ABŞ Dövlət Depatamenti tərəfindən "Müasir Quldarlığın bitməsinin Qəhrəmanı" mükafatını almışdır.
Siyasi baxışları
redaktəRiki 2001-ci ildə Corc Buşun andiçmə mərasiminə dəvət edilmişdi. Çıxışı zamanı Buşu səhnəyə rəqs etməyə dəvət edir. Bu, bütün dünyanın kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrildi. Riki Buşa olan münasibətini "Asignature Pendiente" mahnısında bildirmişdir. Sonra o, ABŞ prezidentinə olan münasibətini Puerto –Rikoda konsert zamanı "Asignature Pendiente" mahnısını ifa edərkən Buşla şəkil ekrana gəldiyi zaman ona orta barmağını göstərir. Bu zalda və mətbuatda böyük səs-küy yaratdı. Özünü müdafiə üçün Riki dedi: "Mən həmişə müharibəni və onu aparanları mühakimə edəcəyəm" Riki Puerto – Rikoda demokratik seçkilərdə qalib gəlmiş Hilari Klintonu dəstəkləyirdi.
Diskoqrafiya
redaktəİspanca studiya albomları
redaktə1. Ricky Martin – 1991 2. Me Amoras – 1993 3. A Medio Viver – 1995 4. Vuelve – 1998 5. Almas del Silencio – 2003
İngiliscə studiya albomları
redaktə1. Ricky Martin – 1999 2. Sound Loaded – 2000 3. Life – 2005 4. Music+Soul+Sex/Musica+Alma+Sexo – 2011 Konsert albomları 1. MTV unplugged – 2006 2. Black&White Tour – 2007 Kompulyarsiyalar 1. La Historia – 2001 (ispan) 2. The Best of Ricky Martin – 2001 (ispan) 3. Ricky Martin 17 – 2008 (qarışıq) Dünya turları 1. Ricky Martin Tour – 1992 2. Me Amaras Tour – 1993 −1994 3. A Medio Vivir tour – 1995 – 1997 4. Vuelve World Tour – 1998 5. Livin la Vida Loca World Tour – 1999 – 2000 6. Una Noche Con Ricky Martin World Tour – 2005–2006 7. Black&White World Tour — 2007 8. Musica+Alma+Sexo – 2011 Mükafatlar 1. Lo Nuestro (10 qələbə) 2. World Music Awards (8 qələbə, 2 nominasiya) 3. Latin Billboard Music Awards (7 qələbə, 10 naminasiya) 4. MTV Video Music Awards (5 qələbə, 6 nominasiya) 5. ALMA Awards (5 qələbə) 6. Latınamerikan musiqisi üzrə Qremmi (4 qələbə, 6 nominasiya) 7. Ritmo latin Music Awards (3 qələbə, 2 nominasiya) 8. Premius Juventod (3 qələbə, 10 nominasiya) 9. Blockbuster Entertainment Awards (3 qələbə, 2 nominasiya) 10. Billboard Music Awards (3 qələbə) 11. American Music Awards (2 qələbə, 2 nominasiya) 12. MTV Asia — Best Male Artist (2000 – 2006) 13. International Dance Music Awards (2 qələbə) 14. Gremmy (1 qələbə, 7 nominasiya) 15. MTV Europe Music Awards Ən yaxşı ifaçı (2000, nominasiya 1998, 1998, 2001), ən yaxşı pop – müğənni (nominasiya 1999) 16. People's Choice Awards (1 qələbə, 3 nominasiya) 17. American Latino Medio Arts (1 qələbə) 18. BMI Latin Award — Song of the Year – Livin la Vida Loca (2000) 19. Ios Premios Telehit (1 qələbə) 20. Teen Choice Awards (1qələbə) 21. Brit Awards (2 nominasiya)
Filmoqrafiya
redaktə1. Həmişəlik dostlar (serial, 1987) – Riki rolunda 2. Ulduzlara çatmaq (serial, 1990) – Pablo Loredo rolunda 3. Ulduzlara çatmaq – 2 (serial, 1991) 4. Ulduza çatmaq əvəzinə (1992) – Enrike rolunda 5. Sudan quru çıxan (1993) – Martin rolunda 6. Əsas hospital (1995) – Migel Mores rolunda 7. Cənnəti ayaqlayın (1996) – Sandoval rolunda 8. Riki Marin: Şəxsi həyat (2003) – Riki Martin rolunda 9. Glee (2012, 3 sezon, 12 seriya) – David Martines rolunda
İstinadlar
redaktə- ↑ 1 2 Enrique José Martín Morales // Internet Broadway Database (ing.). 2000.
- ↑ Ricky Martin and Husband Jwan Yosef Announce the Birth of Their Fourth Child, Son Renn. 2019.
- ↑ Montreux Jazz Festival Database.