Rockstar Games
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir.
Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar.
Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb.[2]
Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur.[3]
Rockstar Games | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Korporasiya |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulları | Grand Theft Auto |
Təsis tarixi | dekabr 1998 |
Baş qərargahın yeri | |
Struktur | |
Tərəfdaşlar | Rockstar Lincoln, Rockstar San Diego, Rockstar Toronto |
Rəhbərlik | |
Təsisçilər | |
rockstargames.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Rockstar studiyaları
redaktəLoqo | Adı | İlləri (Rockstar stduiyaları) |
Qeydlər |
---|---|---|---|
Rockstar Leeds | 2004 – bu günə kimi | Əvvəllər Mobius Entertainment kimi məlum olan studiya. Lids şəhərində yerləşir. Studiyanın əsas işi Grand Theft Auto seriyasından olan oyunların portlaşdırılmasıdır. | |
Rockstar Lincoln | 1999 – bu günə kimi | Linkoln, İngiltərədə yerləşən lokalizasiya studiyası. Əvvəllər Tarantula Studios kimi məlum olub. | |
Rockstar London | 2005 – bu günə kimi | 2005-ci ilin noyabrında təsis edilib. Manhunt 2 oyununun yaradıcılarıdır. Videooyunu yaratdıqdan sonra Rockstar Vienna-nın arxasınca bağlanıldı. Sonradan yenidən açılaraq Midnight Club: Los Angeles oyununun portlaşdırılması ilə məşğul idi. | |
Rockstar New England | 2008 – bu günə kimi | Əvvəllər Mad Doc Software kimi məlum olub. Mərkəzi Andover, Massaçusets ştatında yerləşir. 2008-ci il, Aprelin 4-ü əldə edilib.[4] | |
Rockstar North | 1999 – bu günə kimi | Edinburq, Şotlandiyada yerləşir. Ən məşhur Rockstar Games studiyasıdır. Əvvəllər DMA Design kimi məlub olub. Bu studiya Grand Theft Auto və Manhunt seriyalarının yaradıcısıdır. | |
Rockstar San Diego | 2003 – bu günə kimi | Əvvəllər Angel Studios kimi məlum olub. Midnight Club və Red Dead Revolver kimi oyunların müəllifidir. Hal-hazırda RAGE mühərrikinə cavabdehlik edir. | |
Rockstar Toronto | 1999 – bu günə kimi | Əvvəlllər Rockstar Canada kimi məlum olan, Take Two studiyasıdır. Onların ən məşhur oyunu – The Warriors-in film adaptasiyasıdır. | |
Rockstar Vancouver | 2002 – bu günə kimi | Əvvəllər Barking Dog Studios kimi məlum olub. Bully oyununun yaradıcılarıdır. Hal-hazırda Max Payne seriyasından olan Max Payne 3 üzərində işləyirlər. | |
Rockstar Vienna | 2003 – 2006 | Əvvəllər neo Software kimi məlub olub. 2006-cı il, May ayının 11-i qapadılıb.[5]. Max Payne seriyalarını konsola portlaşdırılması ilə məşğul olub. Manhunt 2 oyununun müəllifi olublar. |
Rockstar üçün çalışan digər şirkətlər
redaktə- Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
- Capcom, Rockstar San Diego adı altında Red Dead Revolver oyunu hazırlamışdır. Capcom həmçinin Yaponiyada Grand Theft Auto seriyalarının nərşçisidir.
- Dubtitled və Mik Nyumann Grand Theft Auto seriyaları və State of Emergency üzərində işləyiblər.
- Digital Eclipse Software, Rockstar North ilə əməkdaşlıqla Grand Theft Auto Advance üzərində işləyiblər.
- Edge of Reality studiyası Monster Truck Madness 64 oyunu üzərində çalışıblar.
- Opus, ASCII Entertainment ilə əməkdaşlıq edərək Surfing H3O oyununu hazırlayıblar.
- Pixelogic The Italian Job üzərində işləyiblər.
- Remedy Entertainment, Max Payne və Max Payne 2 oyunlarını hazırlayıblar.
- Team Bondi, Rockstar Games üçün L.A. Noire oyununu hazırlayıblar.
- VIS Entertainment разрабатывали State of Emergency.
- Z-Axis, Rockstar Games üçün Thrasher presents Skate and Destroy oyununu hazırlayıblar.
Oyunlar
redaktə
Filmlər
redaktəPopulyar oyunlardan əlavə Rockstar həmçinin bir neçə filmin müəllifidir.
Filmlər1 | Buraxılış | Format | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
The Football Factory | 2004 | DVD-ROM | ||||||||
Sunday Driver | 2005 | DVD-ROM | ||||||||
Qeydlər
|
Texnologiyalar
redaktəRockstar Advanced Game Engine (RAGE), Rockstar Games tərəfindən yaradılmış oyun mühərrikidir. Rockstar tərəfindən Xbox 360, PlayStation 3, Microsoft Windows, və Wii üçün oyunların hazırlanmasında istifadə edilir.
Rockstar Social Club – yeni oyunlar üçün Rockstar tərəfindən hazırlanmış xüsusi veb-saytdır.
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20160927090953/http://design.designmuseum.org/design/rockstar-games.html.
- ↑ ""Rockstar Games". 2009-03-31. Retrieved 2009-03-31". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-08.
- ↑ "RockstarWatch.net. Retrieved 2007-08-1". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-08.
- ↑ Rockstar Acquires Mad Doc Software Arxivləşdirilib 2008-04-08 at the Wayback Machine at RockstarWatch. URL accessed on April 4, 2008
- ↑ "Intelligent Artifice. Retrieved 2007-04-21". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-08.