Ron Mueckavstraliyalı hiperrealist heykəltaraş.

Ron Mueck
Doğum tarixi 9 may 1958(1958-05-09)[1] (66 yaş)
Doğum yeri
Fəaliyyəti kino aktyoru, heykəltaraş, vizual incəsənət rəssamı, aktyor, incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1958-ci ildə Avstraliyada alman əsilli bir ailədə anadan olmuşdur. Valideynləri oyuncaqların, xüsusilə kuklaların hazırlanması ilə məşğul idi. Ron gənclik illərində Melburnda uşaq kanallarının birində yaradıcı direktor kimi fəaliyyət göstərmişdir.

Ron Mueck ilk dəfə "Ölü ata" (Dead dad) adlı skulpturası ilə ictimaiyyətin diqqətini çəkmişdi. Bu işində o, qısa zaman əvvəl ölən atasını təsvir etmişdi. "Ölü ata" skulpturası 1997-ci ildə Londonda "Sensation" sərgisində təqdim olunan eksponatlar arasına daxil idi.

Ron Mueck ilk fərdi sərgisini 1998-ci ildə Londonda Anthony d’Offay qalereyasında gerçəkləşdirmişdir. 2000–2002-ci illər ərzində sənətkar London Milli Galereyasında fəaliyyət göstərir. 2 il ərzində o, "Ana və uşaq" (mother and child), "Hamilə qadın" (pregnant woman), "Qayıqdakı adam" (man in a boat), "Bələnmiş körpə" (Swaddled Baby) əsərlərini yaradır.

İşləri

redaktə

Mueck-in skulpturaları insan bədəninin kiçik detallarını özündə əks etdirir. O, hər bir skulpturanın hazırlanmasına bir ildən də artıq vaxt sərf edir. Ron Mueck-in əsərləri Kanada Milli Galereyası, Avstraliya Milli Galereyası, San Fransisko Müasir İncəsənət Muzeyi və bir çox məşhur sərgi salonlarında sərgilənməkdədir.

İstinadlar

redaktə
  NODES