Rusiya Hərbi Hava Qüvvələri

Rusiya Hərbi Hava Qüvvələri (rusca: Военно-воздушные cилы России) Rusiya Federasiyasının hava məkanını mühafizə edən, Rusiya Aerokosmik Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Müasir Rusiya HHQ 7 may 1992-ci ildə Boris Yeltsinin Müdafiə Nazirliyinin əsasını qoymasından sonra yaradılmışdır.

Rusiya Hərbi Hava Qüvvələri
Военно-воздушные cилы России
Voyenno-vozdushnye sily Rossii
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 12 avqust 1992 - günümüzə
Ölkə Rusiya Rusiya
Tabedir Rusiya Silahlı Qüvvələri
Daxildir Hava Hücumundan Müdafiə Qoşunları
Vəzifəsi Rusiyanın ərazi bütövlüyünü havadan müdafiə
Sayı 148,000 nəfər şəxsi heyət (2017)[1]
Qərargah Moskva, Rusiya Federasiyası
Marşı "Aviamarş" (rusca: Авиамарш)[2][3]
Müharibələr Birinci çeçen müharibəsi
İkinci çeçen müharibəsi
Rusiya-Gürcüstan müharibəsi
Suriya müharibəsi[4]
Döyüşlər
Fərqlənmə nişanları
Komandanlıq
Komandir General-leytenant Andrey Yudin
structure.mil.ru/structu…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhbərlik

redaktə
Rusiya Hərbi Hava Qüvvələri komandanı Xidmət illəri
General Pyotr Denyekin (1991 – 1998)
General Anatoli Kornukov (1998 – 2002)
General Vladimir Mixaylov (2002 – 2007)
General-polkovnik Aleksandr Zelin (2007 – 2012)
General-polkovnik Viktor Bondarev (2012 – 2015)
General-leytenant Andrey Yudin (2015 – hazırda)

1 avqust 2015-ci il tarixində Rusiya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Müdafiə Qüvvələri birləşdikdən sonra yeni yaradılan Rusiya Aerokosmik Qüvvələrinin komandanı ən yüksək rütbə hesab olunur.[5]

Rusiya Aviakosmik Qüvvələrinin komandanı Xidmət illəri
General-polkovnik Viktor Bondarev (1 avqust 2015 – hazırda)

Strukturu

redaktə
 
Rusiya Hərbi Hava Qüvvələrinin struktur sxemi 2009-cu ildə.
  • Aerokosmik Müdafiə Strateji Əməliyyatlar Komandanlığı (Moskva)
    • 4-cü Aerokosmik Müdafiə briqadası (Moskva vilayəti)
    • 5-ci Aerokosmik Müdafiə briqadası (Petrovski, Moskva vilayəti)
    • 6-cı Aerokosmik Müdafiə briqadası (Rjev, Tver vilayəti)
    • 6963-cü aviasiya bazası (MiQ-29SMT/UBT)
    • 6968-ci aviasiya bazası (Su-27, MiQ-31B, MiQ-31BM)
  • 6-cı Hava və HHM Ordusu (Voronej, Qərb Hərbi Dairəsi)
  • 2-ci Hava və HHMQ Komandanlığı (Yekaterinburq) (Mərkəz Hərbi Dairəsi)
    • 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq)
    • 9-cu Aerokosmik Müdafiə briqadası (Novosibirsk)
    • 10-cu Aerokosmik Müdafiə briqadası (Çita)
    • 6977-ci aviasiya bazası (MiQ-31BM)
    • 6979-cu aviasiya bazası (MiQ-31BM)
    • 6980-ci aviasiya bazası (Su-24M)
    • 6982-ci aviasiya bazası (MiQ-29, Su-30SM)
  • 3-cü Hava və HHMQ Komandanlığı (Xabarovsk) (Şərq Hərbi Dairəsi)
    • 11-ci Aerokosmik Müdafiə briqadası (Komsomolsk-na-Amur)
    • 12-ci Aerokosmik Müdafiə briqadası (Vladivostok)
    • 6983-cü aviasiya bazası (Su-27SM, Su-30M2, Su-35S, Su-34)
    • 6988-ci aviasiya bazası (Su-24M, Su-24M2, Su-24MR)
    • 6989-cu aviasiya bazası (Su-27SM)
    • 265-ci nəqliyyat aviasiyası bazası (Xabarovsk)
  • 4-cü Hava və HHMQ Komandanlığı (Cənub Hərbi Dairəsi)
    • 7-ci Aerokosmik Müdafiə briqadası (Rostov-na-Don)
    • 8-ci Aerokosmik Müdafiə briqadası (Yekaterinburq)
    • 6970-ci aviasiya bazası (Su-24M, Su-34)
    • 6971-ci aviasiya bazası (Su-25SM, Mi-8AMTSh, Mi-24V, Mi-28N)
    • 6972-ci aviasiya bazası (Su-27, Mi-8, Mi-24P, Mi-28N, Ka-27)
    • 6974-cü aviasiya bazası (Mi-8MTV-5, Mi-24V, Mi-35M, Mi-28N)
    • 999-cu aviasiya bazası (Su-25, Su-27, Mi-8T)
    • 229-cu aviasiya bazası (Mi-26, Mi-8)
  • Hərbi Nəqliyyat Aviasiyası Komandanlığı (Moskva)
    • 6955-ci aviasiya bazası (İl-76MD)
    • 6956-cı aviasiya bazası (İl-76MD)
    • 6958-ci aviasiya bazası (İl-76MD)
    • 6985-ci aviasiya bazası (İl-76MF)
  • Uzun mənzilli aviasiya Komandanlığı (Moskva)
    • 6950-ci aviasiya bazası (Tu-22 M3, Tu-95 MS6, Tu-160)
    • 6952-ci aviasiya bazası (Tu-95 MS16)
    • 6953-cü aviasiya bazası (Tu-22 M3)

Suriya vətəndaş müharibəsi

redaktə

Rusiya Hərbi Hava Qüvvələri Suriyada son illərdə aparılan kampaniya ərzində çox saydı dəyərli dərslər öyrəndi. Bu kampaniya Rusiya AQ-nin müxtəlif hava bölmələri tərəfindən həyata keçirilmiş müasir hava əməliyyatlarının ilk təcrübəsi idi. Rusiyanın həmin hava kampaniyaları həm də geniş tərkibdə həssas idarəolunan mərmilərin iştirakı ilə yadda qalıb. Peyklə idarəolunan KAB-500 bombalarının Suriyada istifadəsinə baxmayaraq, həm də sərbəst düşən dəmir bombalara da yer verilib. Kiçik sayda hava-yer raket sistemləri, Kh-29, Kh-25M-lər istifadə olunub.[6]

Təchizatı

redaktə

Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının verdiyi məlumata əsasən, Rusiyanın hazırda 2100-dən çox xidmətdə olan PUA-sı var. Hazırkı müdafiə planına əsasən isə 2019-cu ildən etibarən Rusiya ordusu hər il 300 ədəd qısamənzilli PUA satın alacaq. Rusiya hərbi dronlarının bir çoxu ucuz, qısamənzilli, yüngül və silahsız dronlardır. Onlar arasında əsas yeri (təxminən yarıya qədərini) yerli istehsal edilmiş 120 km mənzilli "Orlan-10" tutur. Rusiyanın ən uzaqmənzilli PUA-sı isə 250 km mənzilə malik "Forpost"dur.[7]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət" (PDF). 2017-07-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-22.
  2. Norwegian Baron. "Russian Federation (1991-****) Military March "Авиамарш"". 25 iyul 2016. 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22 – YouTube vasitəsilə.
  3. La Banda Militare: Italian and International Military Music. "Авиамарш (Марш Авиаторов) 2". 22 sentyabr 2013. 2015-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-22 – YouTube vasitəsilə.
  4. "US Confirms Russian Airstrikes in Syria" Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine, sentyabr 2015.
  5. Russia creates new Aerospace Force service branch Arxivləşdirilib 2015-12-27 at the Wayback Machine, janes.com, 4 avqust 2015
  6. "National Interest": Rusiya HHQ məhz buna görə hər zamankından daha təhlükəlidir[ölü keçid]
  7. Rusiyanın döyüş xəbərdarlığı və informasiya dominantlığı – Təkmilləşdirilmiş qabiliyyətlər[ölü keçid]

Xarici keçidlər

redaktə
  NODES
INTERN 1