Rutil — tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Rutil
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
TiO₂
Strunz təsnifatı IV/D.02[1][2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya tetraqonal[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

redaktə

İlmenorutil (14-20% Nb2O5 və 11-14% Fe2O3); niqrin ( ~11% Fe); strüverit (15,44 % Ta2O5 və 8,64 % Nb2O5).

Xassələri

redaktə

Rəng – qırmızı, qırmızımtıl - qəhvəyi, qırmızımtıl-qonur, qonur, qonuru-sarı, qara, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – sarıdan açıq qəhvəyiyədək, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal, almaz; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf, nazik qırıntıları işıq keçirir; Sıxlıq – 4,2-4,3; Sərtlik – 6,0-6,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: vertikal cizgili, tetraqonal-prizmatik, sütun - və iynəvari; İkiləşmə: xarakterik dirsəkvari; tez-tez iynəvari rutilin saqenit adlanan yastı şəbəkəli ikiləşmə bitişikləri qeyd edilir; bəzən təmas üçləşmələri və həlqəşəkilli altılaşmalar; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, şəffaf kvarsda nazik tükəbənzər rutil kristallarının dəstəşəkilli əmələgəlmələri.

Mənşəyi və yayılması

redaktə

Genetik cəhətdən müxtəlif olan rutil yataqlarından ən mühumləri amfibolitlər, ekloqitlər, qneyslər, kvarsitlər, fillitlər, mikalı şistlər və b. içərisində yerləşən metamorfik yataqlardır. Mineralın tükcükvari və yaxşı təraşlanmış kristalları çox vaxt alp tipli kvars damarlarında qeyd edilir. Aksessor mineral kimi müxtəlif intruziv süxurlarda müşahidə olunur. Az miqdarda peqmatitlərdə, hidrotermal filiz damarlarında, çökmə süxurlarda, nadir hallarda sulfid yataqlarının oksidləşmə zonasında, ay süxurlarında qeyd edilir. Mineralın ən iri yığınları sahilyanı dəniz səpintiləri ilə – «qara qumlar»la əlaqədardır. Birlikdə rast gəldiyi minerallar: kvars, anataz, brukit, hematit, ilmenit, maqnetit, korund, adulyar, turmalin, qranat və b. Mineralın tapıldığı yerlər: Kraqere, Evye, Tvedestrand (Norveç); İsveç; Binnental, Sen-Qotard (İsveçrə); Baçeno, Kraveca (İtaliya); Uraltau, İlmen və Vişnovıye dağları (Rusiya); Semiz-Buğu (Qazaxıstan); Ampanqabe (Madaqaskar adası); Maunt - Perri (Avstraliya); Virciniya və Florida şt. (ABŞ) və b. Azərbaycanda mineralın toplandığı əsas yer Paraqaçay (Ordubad rayonu) rutil təzahürüdür. Ona bəzən dəmir filizi, kolçedan yataqlarında və b. (Daşkəsən, Çıraqdərə, Ağdərə, Ağduzdağ, Katsdağ) rast gəlinir.

Tətbiqi

redaktə

Mühüm titan filizidir, bəzən bu filizdən həm də niobium və tantal alınır.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

redaktə
  NODES