Südləyən
Südləyən (lat. Euphorbia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Südləyən | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Südləyən |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ağaclar kollar və ya ot bitkiləri olub, sadə və ya mürəkkəb, çox hallarda yarpaqaltlıqları olan yarpaqlara malikdirlər. Çiçəkləri bircinslidir, çox az hallarda ikicinslidir, adətən ləçəksizdir, nadirən ikiqat çiçəkyanlıqdır və ya tamamilə çiçəkyanlığı yoxdur. Erkəkciklər sərbəstdir və ya az və ya çox dərəcədə sapları ilə bitişmişlər.
Ginesey adətən 3 meyvəyarpaqcığından əmələ gəlmişdir, yumurtalıq adətən üstdür. Meyvələri qutucuqdur, nadir hallarda giləmeyvə və ya çəyirdəkmeyvədir. Sıraya 4 fəsilə aiddir ki, onlardan da südləyən fəsiləsi tibbi əhəmiyyətə malikdir.
Südləyən fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir. Ağac kol və lianlarla yanaşı kaktuslara bənzəyən gövdəli sukkulentlər, su bitkiləri və otlar da təsadüf edilirlər. Fəsilənin nümayəndələrinin təqribən 1/3-də bəzən zəhərli olan südəbənzər şirə (lateks) vardır. Yarpaqlar növbəlidir, bəzən qarşılıqlı və ya topa şəklində yerləşmişlər, sadədirlər, nadirən mürəkkəb olub, yarpaqaltlığına malikdirlər, bəzən də tikanlara çevrilmişlər. Çiçəklər ayrıcinslidir, aktinomorfdur, çətirşəkilli süpürgəyəbənzər və ya sünbülşəkilli çiçəkqrupunda toplanmışlar. Birevli və ya ikievli bitkilərdir. Çiçəkyanlığı zəif inkişaf etmişdir, əksərən kasacığabənzərdir, nadirən ikiqatdır, beşüzvlüdür. Erkək çiçəklərdə erkəkciklərin sayı birdən qeyri-müəyyən saya qədərdir. Dişi çiçəyin gineseyi bitişmiş 3 ədəd meyvə yarpağından təşkil olunmuşdur, sütuncuqlar sərbəstdir və ya əsasında bitişmişlər, əksərən ikidilimlidirlər, hər sütüncuqda 1 neçə dişicikağızı ola bilər. Meyvəsi senokarpdır. Toxumlar xeyli iridir, zəngin endospermə və düzquruluşlu rüşeymə malikdirlər.
Fəsilənin nümayəndələrindən Braziliya heveyasını (lat. Hevea brasiliensis) və südləyənin (lat. Euphorbia) çox sayda növlərini göstərmək olar. Braziliya heveyasının südəbənzər şirəsindən kauçuk alırlar, südləyənin növləri isə bəzək bitkisi kimi bəzən becərilirlər. Gənəgərçək və sekurineqa bitkiləri tibbi əhəmiyyətə malikdirlər.
Adi gənəgərçək (lat. Ricinus comunis) öz vətənində (Afrikada) ağac bitkisidir. Azərbaycanda iri birillik ot bitkisi kimi becərilir. Budaqlı göyümtül və ya qırmızımtıl rəngli, dirsəkli, içərisi boş gövdələri və növəli düzülmüş barmaqvari yarılmış uzunsaplaqlı yarpaqları vardır.
Çiçəkqrupu salxımşəkillidir. Çiçəkləri bircinsli, birevlidir, erkək çiçəkləri salxımın aşağısında dişi çiçəkləri isə yuxarısında yerləşmişdir. Çiçəkyanlığı sadədir, 3-5 ədəd yaşılımtıl yarpaqcıqlardan ibarətdir. Meyvəsi üzəri tikanlarla örtülmüş üçtaylı, üçtoxumlu qutucuqdan ibarətdir. Toxumları zəhərlidir, onların tərkibində işlədici vasitə kimi tətbiq edilən gənəgərçək yağı vardır. Gənəgərçək yağının nisbətən pis çeşidləri motorların yağlanmasında surtkü yağları kimi, sabun və əlif istehsalında, toxumların cecesi isə azotlu gübrə kimi və kley hazırlanmasında istifadə olunur
Sinonimləri
redaktə- Chamaesyce
- Elaeophorbia
- Endadenium
- Monadenium
- Synadenium
- Pedilanthus
Növləri
redaktə- Euphorbia abdelkuri
- Euphorbia adenopoda
- Euphorbia albomarginata
- Euphorbia alcicornis
- Euphorbia alfredii
- Euphorbia alluaudii
- Euphorbia ambarivatoensis
- Euphorbia ambovombensis
- Euphorbia ammak
- Euphorbia amygdaloides
- Euphorbia analalavensis
- Euphorbia angrae
- Euphorbia ankaranae
- Euphorbia ankarensis
- Euphorbia ankazobensis
- Euphorbia antiquorum
- Euphorbia antisyphilitica
- Euphorbia antso
- Euphorbia aprica
- Euphorbia apurimacensis
- Euphorbia arahaka
- Euphorbia arbuscula
- Euphorbia atropurpurea
- Euphorbia aureoviridiflora
- Euphorbia baioensis
- Euphorbia balsamifera
- Euphorbia banae
- Euphorbia beharensis
- Euphorbia bemarahaensis
- Euphorbia benoistii
- Euphorbia berorohae
- Euphorbia biaculeata
- Euphorbia boinensis
- Euphorbia boissieri
- Euphorbia boiteaui
- Euphorbia boivinii
- Euphorbia bongolavensis
- Euphorbia bosseri
- Euphorbia brachyphylla
- Euphorbia bulbispina
- Euphorbia bwambensis
- Euphorbia canariensis
- Euphorbia candelabrum
- Euphorbia cap-saintemariensis
- Euphorbia capmanambatoensis
- Euphorbia capuronii
- Euphorbia caput-aureum
- Euphorbia caput-medusae
- Euphorbia cedrorum
- Euphorbia celastroides
- Euphorbia chamaesyce
- Euphorbia characias
- Euphorbia corollata
- Euphorbia cremersii
- Euphorbia crenulata
- Euphorbia croizatii
- Euphorbia cussonioides
- Euphorbia cylindrifolia
- Sərv südləyəni (Euphorbia cyparissias L.)
- Euphorbia decaryi
- Euphorbia decidua
- Euphorbia decorsei
- Euphorbia delphinensis
- Euphorbia dendroides
- Euphorbia denisiana
- Euphorbia denisii
- Euphorbia dentata
- Euphorbia didiereoides
- Euphorbia doloensis
- Euphorbia duranii
- Euphorbia elastica
- Euphorbia elliotii
- Euphorbia emirnensis
- Euphorbia ensifolia
- Euphorbia enterophora
- Euphorbia epiphylloides
- Euphorbia epithymoides
- Euphorbia eriantha
- Euphorbia erythroxyloides
- Acı südləyən (Euphorbia esula L.)
- Euphorbia famatamboay
- Euphorbia fendleri
- Euphorbia fianarantsoae
- Euphorbia fiherenensis
- Fişer südləyəni (Euphorbia fischeriana Steud.)
- Euphorbia franckiana
- Euphorbia francoisii
- Euphorbia friedrichiae
- Euphorbia geroldii
- Euphorbia glauca
- Euphorbia gottlebei
- Euphorbia grandidieri
- Euphorbia grantii
- Euphorbia griffithii
- Euphorbia guillauminiana
- Euphorbia haeleeleana
- Euphorbia hamaderoensis
- Euphorbia hedyotoides
- Euphorbia hexadenia
- Günəbaxan südləyən (Euphorbia helioscopia L.)
- Euphorbia herman-schwartzii
- Euphorbia heterochroma
- Euphorbia heterophylla
- Euphorbia hildebrandtii
- Euphorbia hirta
- Euphorbia hofstaetteri
- Euphorbia hooveri
- Euphorbia horombensis
- Euphorbia horrida
- Euphorbia humbertii
- Yatıq südləyən (Euphorbia humifusa Willd.)
- Euphorbia iharanae
- Euphorbia imerina
- Euphorbia inconstantia
- Euphorbia ingens
- Euphorbia intisy
- Euphorbia isaloensis
- Euphorbia itremensis
- Euphorbia jamesonii
- Euphorbia kamponii
- Euphorbia kaokoensis
- Euphorbia kischenensis
- Euphorbia kondoi
- Euphorbia kuriensis
- Euphorbia labatii
- Euphorbia lactea
- Güllücə südləyəni (Euphorbia lathyris L.)
- Euphorbia lavrani
- Euphorbia leistneri
- Euphorbia leptoclada
- Euphorbia leuconeura
- Euphorbia lividiflora
- Euphorbia lophogona
- Euphorbia lurida
- İrimeyvəli südləyən (Euphorbia macrocarpa Boiss. & Buhse)
- Xallı südləyən (Euphorbia maculata L.)
- Euphorbia mahabobokensis
- Euphorbia mahafalensis
- Euphorbia mainty
- Euphorbia mammillaris
- Euphorbia mananarensis
- Euphorbia mandravioky
- Euphorbia mangelsdorffii
- Euphorbia mangokyensis
- Euphorbia mangorensis
- Euphorbia margalidiana
- Euphorbia marginata
- Euphorbia maritae
- Marşal südləyəni (Euphorbia marschalliana Boiss.)
- Euphorbia martinae
- Euphorbia melanadenia
- Euphorbia melanocarpa
- Euphorbia mellifera
- Euphorbia meuleniana
- Euphorbia micromera
- Euphorbia millotii
- Euphorbia misera
- Euphorbia moratii
- Euphorbia myrsinites
- Euphorbia namibensis
- Euphorbia namuskluftensis
- Euphorbia neobosseri
- Euphorbia neohumbertii
- Euphorbia nigrispinoides
- Euphorbia noxia
- Euphorbia nutans
- Euphorbia obcordata
- Euphorbia obesa
- Uzunsovyarpaq südləyən (Euphorbia oblongifolia K.Koch)
- Euphorbia oblongata
- Euphorbia occidentaustralica
- Euphorbia ocellata
- Euphorbia origanoides
- Euphorbia orthoclada
- Euphorbia otjipembana
- Euphorbia pachypodioides
- Euphorbia pachysantha
- Bataqlıq südləyəni (Euphorbia palustris L.)
- Euphorbia paralias
- Euphorbia parishii
- Euphorbia parvicyathophora
- Euphorbia paulianii
- Euphorbia pekinensis
- Euphorbia pentagona
- Dirrik südləyəni (Euphorbia peplus L.)
- Euphorbia perrieri
- Euphorbia physoclada
- Euphorbia plagiantha
- Euphorbia platyclada
- Euphorbia poissonii
- Euphorbia polycarpa
- Qətranlı südləyən (Euphorbia resinifera O.Berg)
- Zibold südləyəni (Euphorbia sieboldiana C.Morren & Decne.)
- Cunqar südləyəni (Euphorbia soongarica Boiss.)
- Üçtikan südləyən (Euphorbia triaculeata Forssk.)
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 208. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 450.