Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü.

Sığın
Elmi təsnifat
Beynəlxalq elmi adı

Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur. Avropanın Polşadan şərqdə olan meşə zonasında və Asiyada yayılmışdır. Tək-tək, yaxud 5-8, yaxud 20-dək fərddən ibarət qrup halında yaşayır. Qışda söyüd, ağcaqovaq, quşarmudu, şam və s. ağacların qabığını, yayda isə ot yeyir. May-iyunda 1-2 bala doğur. Qiymatli ov heyvanıdır. Əti, dərisi istifadə edilir.

İstinadlar

redaktə
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

redaktə
  NODES