Sıxıntı və ya darıxma — mənfi çalarlı emosiya və ya əhvali-ruhiyyənin bir növü olub, aktivliyin azalması, hər hansı bir fəaliyyətə, ətrafımızdakı dünyaya və digər insanlara marağın olmaması ilə xarakterizə olunan passiv psixi vəziyyət. Sıxıntı, apatiyadan fərqli olaraq, əsəbilik və narahatlıqla müşayiət olunur.

V. Vasnetsov, "Şahzadə Nesmeyana"

Səbəbləri

redaktə

Sıxıntı vəziyyəti həm xarici səbəblərdən (monoton iş, gözləntilər, ünsiyyətin olmaması, sensor məhrumiyyət), həm də daxili boşluq, sevincə səbəb olan emosional təcrübələr keçirə bilməmək, həyatda məqsəd və mənanın olmaması hissi ilə yarana bilər.

Təsnifatı

redaktə

Ekzistensial psixologiya ekzistensial sıxıntı və nevrotik sıxıntı arasında fərq qoyur. Psixoanalitik yanaşmada sıxıntıya münaqişə və nəzarət problemləri prizmasından baxılır. Belə ki, Feniçel hesab edirdi ki, sıxıntı "bizə etmək istədiyimizi etməyə icazə verilməyəndə və ya etdiyimiz istəmədiyimiz şeyi etmək məcburiyyətində olduqda yaranır."

Fiziologiyası

redaktə

Sıxıntı biləvasitə fizioloji vəziyyətdəki dəyişikliklərdən asılı deyil. Bir insan darıxanda, onun beyin qabığında tormozlanma prosesləri üstünlük təşkil edir, lakin eyni zamanda monoton işi yerinə yetirmək və ya onun tamamlanmasını gözləmək ilə əlaqəli kiçik bir həyəcan sahəsi var. Sıxılan və ya darıxan insanlar diqqəti yayındırmağa, səbirsizlik və narazılıq hissini yaşamağa, aktiv fəaliyyət göstərməyi qeyri-mümkün edən şərtlərdən qaçmaq istəyinə meyillidirlər.

Klinik sınaqlar göstərir ki, süni şəkildə yaranan sıxıntı vəziyyətində, subyektlərin qanında kortizol səviyyəsi yüksəlir, stress hormonu, artan səviyyəsi hipotalamo-hipofiz-adrenal oxun (HPA) həddindən artıq aktivliyini göstərir. Xroniki yüksək kortizol səviyyələrinin insult, ürək xəstəliyi və diabet kimi bir sıra stresslə əlaqəli xəstəliklərlə əlaqəli olduğu bilinir.

Nəticələri

redaktə

Bir çox görkəmli psixoloqlar, məsələn, E. FrommV. Frankl hesab edir ki, müasir cəmiyyətdə sıxıntı problemi getdikcə daha da kəskinləşir. Franklın fikrincə, "bu gün sıxıntı bizim üçün – həm xəstələr, həm də psixiatrlar üçün arzulardan və hətta sözdə cinsi istəklərdən daha çox problem yaradır". Tədqiqatlar göstərir ki, sıxıntı yeniyetmələr arasında alkoqol və narkomaniyaya gətirib çıxaran əsas səbəblərdən biridir.

İşdə sıxıntı

redaktə

Çox vaxt iş o qədər darıxdırıcı olur ki, tamamilə mənasız görünməyə başlayır. Bu xronoki darıxma sindromu adlanır. Finlandiyadakı 87 təşkilatda 11 mindən çox işçinin iştirak etdiyi araşdırmaya görə, xroniki darıxma sindromu iş dövriyyəsi və erkən pensiyaya çıxma ehtimalını, həmçinin sağlamlığln pisləşməsini və stessi artırır[1].

24 il ərzində 7000 britaniyalı dövlət qulluqçusunu izləyən araşdırmanın nəticələrinə görə, vaxtından əvvəl vəfat edənlər arasında öz işini maraqlı hesab edənlər deyil, iş yerində darıxanlar daha çox olub[2] .

İstinadlar

redaktə
  1. "Не только выгорание: к каким последствиям приводит хроническая скука на работе". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-18.
  2. "Чем грозит скука на работе?". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-18.
  NODES