Səədi sultanlığı

Mərakeşin hakim sülaləsi (1549-1659)


Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər.

Tarixi dövlət
Səədi sultanlığı
1549 — 1659

Dilləri ərəb dili[1]
Rəsmi dilləri
İdarəetmə forması knyazlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
Saadilər dövlətinin xəritəsi (ən geniş əraziyə malik olduğu vaxt)

Mənşələri

redaktə

Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur [2]. Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar [3]. Saadilər Məğribdə sufizmi yayırdılar.

Hakimiyyətə gəlmələri

redaktə

Vattasid sülaləsi dərin böhran içində idi, hökmdarın nüfuzu təmamilə düşmüşdü. Onlar ölkəni portuqalların istilasından qorumaq iqtidarında deyildi. Bu zaman Saadilər dini qardaşlıqların və marabutların qaldırdığı üsyanın başında dayandılar. İlk Saadi şərifi Əbu Abdulla əl-Qaim (1509-1517) üsyanın lideri oldu və Cənubi Mərakeş ərazisini istiladan qorumağı bacardı. Saadilər portuqalların Aqadir şəhərini ələ keçirməyə müvəffəq oldular və 1549-cu ildə Vattasid dövlət başçısı Bu Hassunu devirməyə müvəffəq oldular. 1549-cu il bu sülalənin Mərakeşdə hakimiyyətinin başlanğıcı hesab olunur.

İdarəetmə xüsusiyyətləri

redaktə

Saadi sülaləsinin ən məşhur şerifi Mərakeşi idarə edən Əhməd əl-Mansur idi (1578-1603-cü illərdə hökmranlıq etmişdir). O, portuqalları Mərakeşdən qovmağı bacardı. Sonqai imperiyasını öz təsir dairəsinə daxil etdi və onların paytaxtı Timbuktunu fəth etdi. Eyni zamanda Əhməd əl-Mansur ölkəni Osmanlı istilasından qorudu.

Saadilərin paytaxtı əvvəlcə Tarudant, sonra isə Mərakeş oldu. Mərakeş şəhərində Saadilərin məzar türbələri hələ də qorunub saxlanmaqdadır.

Saadilərin hakimiyyəti dövründə dəniz quldurları Sale şəhər limanında bir növ muxtar respublika yaratdılar. Mərakeş tədricən Qərbi Afrikadakı qızıl mədənlərinə nəzarəti itirdi. XVII əsrin ortalarında Mərakeşə nəzarət ölkədə hələ də hakimiyyətdə olan Alauitlər sülaləsinə keçdi.

Hökmdarlar

redaktə

Cənubi Mərakeşin hökmdarları (1509-1544)

redaktə
  • Əbu Abdulla əl-Qaim (1509-1517-ci illərdə hakimiyyətdə olmuşdur)
  • I Əhməd əl-Araj (1517-1544-cü illərdə hakimiyyətdə olmuşdur)
  • II Məhəmməd Əl-Şeyx (1544-1557-ci illərdə hökmranlıq etmişdir, 1554-cü ildən bütün Mərakeşin hökmdarı olmuşdur)

Mərakeş hökmdarları (1544-1603)

redaktə
  • Məhəmməd Əl Şeyx
  • I Abdulla əl-Qalib (1557-1574-cü illərdə hökmranlıq etmişdir)
  • II Əbu Abdulla Məhəmməd (1574-1576-cı illərdə hökmranlıq etmişdir)
  • I Əbu Mərvan Əbdül Malik (1576-1578-ci illərdə hökmranlıq etmişdir)
  • II Əhməd əl-Mənsur (1578-1603-cü illərdə hökmranlıq etmişdir)
  • Əbu Fares Abdullah (1564-cü ildə anadan olmuşdur) (Mərakeşin bir hissəsini 1603-1608-ci illərdə idarə etmişdir)

Mərakeş şəhərinin hökmdarları (1603-1659)

redaktə
  • Zidane Abu Maali (1603-1627-ci illərdə hökmranlıq etmişdir)
  • II Əbu Mərvan Əbdül Malik (1627-1631-ci illərdə hökmranlıq etmişdir)
  • Əl-Valid ibn Zidan (1631-1636-cı illərdə hökmranlıq etmişdir)
  • Məhəmməd əl-Şeyx Əs-Seqir (1636-1655-ci illərdə hökmranlıq etmişdir)
  • III Əhməd Əl-Abbas (1655-1659-cu illərdə hökmranlıq etmişdir)

Fesin hökmdarları (1603-1627)

redaktə
  • Məhəmməd əl-Şeyx Əl-Mamun (1560-cı ildə anadan olmuşdur, 1604-1613-cü illərdə hökmranlıq etmişdir)
  • II Abdulla (1613-1623-cü illərdə hökmranlıq etmişdir)
  • III Abd əl-Malik (1623-1627-ci illərdə hökmranlıq etmişdir)

Mənbələr

redaktə
  • Ирмияева Т. Ю. История мусульманского мира от Халифата до Блистательной Порты
  • Rosander, E. Evers and Westerlund, David (1997). African Islam and Islam in Africa: Encounters Between Sufis and Islamists. C. Hurst & Co. Publishers. ISBN 1-85065-282-1
  • History of Morocco[4]
  • Morocco in the Sixteenth Century. Problems and Patterns in African Foreign Policy by Dahiru Yahya, Canadian Journal of African Studies / Revue Canadienne des Études Africaines, Vol. 18, No. 1 (1984), pp. 252–253

İstinadlar

redaktə
  1. 1 2 https://www.google.co.uk/books/edition/The_Western_Sahara_and_the_Frontiers_of/jyw6QbFX7HcC?hl=en&gbpv=1&bsq=The+name+Alaouite+comes+from+the+Ali&pg=PA47&printsec=frontcover.
  2. Султан Саади Мохаммед эш-Шейх эс-Сегир в письме алавитскому шерифу Мулаю Мухаммеду улд Мулаю): «Мы из Тидси, одного из ксуров на реке Дра» (Nozhet el Hadi, с. 15). Координаты Тидзи: широта 30° 59' 52 N, долгота 7° 24' 49 W.
  3. The use of Analogy and the Role of the Sufi Shaykh in Post-Marinid Morocco, Vincent Cornell, International Journal of Middle East Studies, vol. 15, no. 1 (feb, 1983), pp.67-93)
  4. https://web.archive.org/web/20070329073127/http://www.mincom.gov.ma/english/generalities/history/history.htmlhttps://web.archive.org/web/20070329073127/http://www.mincom.gov.ma/english/generalities/history/history.html
  NODES
INTERN 1