Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır.[1][2]

Növləri

redaktə

Səhmin iki növü vardır:[3]

  • Adi səhm
  • İmtiyazlı səhm

Adi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir.

İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir.

Buraxılma halları

redaktə

Səhmlər aşağıdakı hallarda buraxılır:

  • Səhmdar cəmiyyətlə yaradıldıqda
  • Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı
  • Nizamnamə kapitalının artırılması zamanı

Xüsusiyyətləri

redaktə

Səhmlərin bir neçə xüsusiyyəti var:

  • Səhm — mülkiyyət tituludur
  • Səhmin "mövcudluğu" müddəti yoxdur
  • Səhmlərə bilinməzlik xasdır
  • Səhmlərə məhdud məsuliyyət xasdır
  • Səhmlər bölünə və birləşə bilərlər

İstinadlar

redaktə
  1. "Shares Definition". Investopedia. 4 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  2. Hoang, Paul. 1.4 Stakeholders // Business and Management. Victoria: IBID Press. 2007. 71. ISBN 1-876659-63-7.
  3. "How to Buy Shares". ShareWorld. 29 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2012.

Xarici keçidlər

redaktə

Səhm nədir və necə alınır? Arxivləşdirilib 2018-08-18 at the Wayback Machine

  NODES
mac 1
os 1