Səyyar universitet

Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.[1].

Keçmiş Azad polyak universitetinin binasında xatirə lövhəsi, Varşava, Stefan Banax küç., 2. Lövhədə "Səyyar universitet" qeyd olunur.

Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırmaruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi [2][3][4].

Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.

Polşa Xalq Respublikası illərində gizli təhsil müəssisəsində oxumağın əsas motivi tədris prosesinə dövlət senzurası və nəzarəti çərçivələrindən kənarda təhsil almaq imkanı idi.

Səyyar universitet (1885—1905)

redaktə

1882-ci ildə Varşavada gizli mənzillərdə o zamanlar rəsmi ali təhsil müəssisələrində təhsil almaları qadağan olan qadınlar üçün gizli kurslar təşkil olunmuşdu[5]. 1882/1883-cü tədris ilini bir neçə dinləyici qrupu üçün professrolar Yuzef Semaşko, Stanislav Norblin, Pyotr XmelyovskiVladislav Smolenski aparırdılar. 1885-ci ildə bu qadın kursları qeyri-rəsmi “Səyyar universitet” adı almış gizli ali məktəbə çevrildilər. 1885-ci ildə müdavimlərdən biri – Yadviqa Şavinskaya-Davidova pərakəndə qruplar üçün ümumi tədris proqramı yazaraq onları bir strukturda birləşdirdi [6]. Aylıq tədris haqqı müəyyən edildi (2-4 manat). Yığılan mələğlər müəllimlərin haqlarının ödənilməsinə və gizli elmi kitabxananın təşkilinə yönəldilirdi. Səyyar universitetdə təhsil altı il dava edirdi və elmi fənlərin dörd blokunun tədrisini əhatə edirdi: ictimai, tarixi-filoloji, pedaqoji və riyazi-təbii elmlər. Həftə ərzində tələbələr 8-11 saat ərzində mühazirələr dinləyirdilər. Mühazirəçilər arasında tarixçi Vladislav SmolenskiTadeuş Korjon, ədəbiyyatşünas Bronislav Xlebovski, İqnatsi Xşanovski, Pyotr XmelyovskiManfred Kridl, filosof Adam Marburq, sosioloq Lüdvik Kşivitski və bioloq Yuzef Nussbaum-Hilaroviç kimi polşalı alimlər var idi [7].

Hesab olunur ki, Səyyar universitetin mövcud olduğu illərdə onu beş minə yaxın adam bitirmişdir [8]. Universitetin ən məşhur məzunu Nobel mükafatı laureatı olmuş Mariya Sklodovskaya-Küri olmuşdur [2],[9]. Başqa məşhur tələbələrdən Sofya Nalkovskaya və Yanuş Korçakı qeyd etmək olar [10].

1905-ci ildən Səyyar universitet gizli fəaliyyətdən çıxaraq “Elmi kursları cəmiyyəti” kimi qeydiyyata alnmışdır[11]. Öz fəaliyyətini qanuni təşkilat kimi davam etdirən Elmi kurslar cəmiyyəti 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmişdir.

Səyyar universitet (1977—1979)

redaktə

1977-ci ildə bəzi müxalifət nümayəndələri şəxsi mənzillərdə gizli kurslar təşkil edərək bu kurslara Polşa Çarlığında fəaliyyət göstərmiş tarixi gizli təhsil müəssisəsi ilə analogiyaya görə Səyyar universitet adı verdilər. Bu kurslarda humanitar və ictimai elmlər tədris olunurdu. Bu gizli qrup 1979-cu ildə kommunist hökuməti tərəfindən qismən dağıdıldı.

Elmi kurslar cəmiyyəti (1978—1981)

redaktə

1978-ci ildə siyasi dissidentlərin bir qrupu gizli kurslar təşkil edərək onlara 1905-1918-ci illərdə Polşada qanuni fəaliyyət göstərmiş Elmi kurslar cəmiyyəti ilə analoji ad verdilər. Gizli təhsil müəssisəsnin yaradılmasının məqsədi insanlara dövlət senzurasından azad təhsilin verilməsi idi. Mühazirələr şəxsi mənzillərdə və katolik kilsələlərində keçirilirdi. Tədris proqrammını Stefan Amsterdamski, Andjey Tselinski, Bogdan Tsıvinski, Aldona Yavlovskaya, Yan Kelyanovski, Andjey Kiyovski, Tadeuş MazovetskiVoysex Ostrovski hazırlamışdılar. 1978-ci ildən Səyyar universitet üzərində hamiliyi də Elmi kurslar cəmiyyəti həyata keçirirdi. 1981-ci ildə ölkədə hərbi vəziyyət elan olunduqdan sonra Elmi kurslar cəmiyyətinin fəaliyyəti dayandırılır.

İstinadlar

redaktə
  1. Betty Jean Lifton, The King of Children: The Life and Death of Janusz Korczak, p. 35, St. Martin’s Press, 1997 Arxivləşdirilib 2019-02-14 at the Wayback Machine ISBN 0-312-15560-3
  2. 1 2 David Palfreyman (ed.), Ted Tapperm, Understanding Mass Higher Education, Routledge (UK), 2004, ISBN 0-415-35491-9, Google Print, pp. 141—142 Arxivləşdirilib 2021-03-09 at the Wayback Machine.
  3. Abraham Ascher, The Revolution of 1905: A Short History, Stanford University Press, 2004, ISBN 0-8047-5028-9 Google Print, p. 47 Arxivləşdirilib 2012-11-06 at the Wayback Machine.
  4. Peter Brock, John Stanley, Piotr J. Wróbel, Nation And History, University of Toronto Press, 2006, ISBN 0-8020-9036-2, Google Print, p. 7 Arxivləşdirilib 2012-11-06 at the Wayback Machine.
  5. "Margarita Diaz-Andreu, Excavating Women: A History of Women in European Archaeology, Routledge (UK), 1998, ISBN 0-415-15760-9 Google Print, p. 88". 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  6. Betty Jean Lifton, The King of Children: The Life and Death of Janusz Korczak, p. 35 — 40 Arxivləşdirilib 2021-06-04 at the Wayback Machine, St. Martin’s Press, 1997, ISBN 0-312-15560-3
  7. Davies, God’s Playground: A History of Poland, Columbia University Press, 1982 Arxivləşdirilib 2019-02-14 at the Wayback Machine ISBN 0-231-05352-5
  8. God’s Playground: A History of Poland, Columbia University Press, 1982, p. 235 Arxivləşdirilib 2019-02-14 at the Wayback Machine ISBN 0-231-05352-5
  9. "Davies, God's Playground: A History of Poland, Columbia University Press, 1982, ISBN 0-231-05352-5, Google Print, p. 235". 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  10. Betty Jean Lifton, The King of Children: The Life and Death of Janusz Korczak, p. 35 Arxivləşdirilib 2021-06-04 at the Wayback Machine, St. Martin’s Press, 1997, ISBN 0-312-15560-3
  11. Norman Davies, God’s Playground: A History of Poland, Columbia University Press, 1982, ISBN 0-231-05352-5, Google Print, p. 235.
  NODES
mac 8
os 4