Saçaqlı pendir, çeçil pendir və ya tel pendiri - Azərbaycan, Türkiyə, ErmənistanGürcüstan mətbəxlərində hazırlanan pendir növü.[1]

Türkiyədə satılan saçaqlı pendirlər.

Coğrafiyası

redaktə

Saçaqlı pendir Ermənistan yaylasında hazırlanan pendir növlərindən biridir və husats adlandırılır. 1915-ci ildə Suriyaya köçən ermənilər bu pendir növünü buraya da gətirmişdirlər.[2] Türkiyədə saçaqlı pendir əsasən ƏrdəhanƏrzurumda istehsal olunur.[3] Türkiyədə çeçil adı ilə tanınır.

Hazırlanması

redaktə

Saçaqlı pendirin tərkibi yağsız inək südündən, turşumuş süddən və pendir mayasından ibarətdir. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur.[4]

Saçaqlı pendiri hazırlamaq üçün yağsız inək südünə turşumuş süd əlavə edilir və 10-18 saat gözlədilir. Bu müddətdən sonra südə maya əlavə edilərək isidilir. Südün üzərində yığılan şəffaf maye götürüldükdən sonra alınmış dələmə 0,5-1 saat gözlədilir və üzərinə duz əlavə olunur.

İstifadəsi

redaktə

Saçaqlı pendir əsasən səhər yeməyində yeyilir. Tərkibində kalisum və B2 vitamini olduğu üçün inkişaf etməkdə uşaqlar üçün faydalı hesab olunur.[4]

İstinadlar

redaktə
  1. Batello, Caterina. GARDENS of BIODIVERSITY: Conservation of genetic resources and their use in traditional food production systems by small farmers of the Southern Caucasus (ingilis). Food and Agriculture Organization. 2018. səh. 235. ISBN 978-92-5-106613-3. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01. In both Armenia and Georgia, chechil is a very popular stringy cheese
  2. Petrosian., I. and Underwood., D. (2006). Armenian Food: Fact, Fiction and Folklore. Yerkir Publishing, Bloomington, Indiana, USA.
  3. "Civil Peyniri". Yemek.com. 2015-11-26. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
  4. 1 2 "Tel (Çeçil) peynirinin faydaları nelerdir?". Haber 7 (türkcə). 2020-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2022.
  NODES