Sabatina Ceyms
Sabatina Ceyms və ya Sabatina (tam adı: Sabatina Ceyms, alm. Sabatina James; 1982[1][2]) — Pakistanlı Avstriya yazıçısı. Onun əsərləri avtobioqrafik səciyyə daşıyır və islamdan xristian katolik dininə keçməsi ilə bağlı məsələlərdən bəhs edir.
Sabatina Ceyms | |
---|---|
alm. Sabatina James | |
Doğum tarixi | 1982[1][2] |
Fəaliyyəti | yazıçı |
sabatina-ev.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSabatina Ceyms Pakistanın Dhadar şəhərində müsəlman ailəsində anadan olmuşdur. On yaşında olarkən ailəsi ilə birlikdə Avstriyanın Linz şəhərinə köçmüşdür. Sabatina orada böyük istiqanlılıqla qəbul edilmişdi və hər kəs, xüsusilə də müəllimləri ailənin yeni mühitə inteqrasiyasını istəyirdilər.[3] Sabatina qısa müddət ərzində Avstriya cəmiyyətinə uyğunlaşır və assimilyasiya olunur. Valideynləri Avstriyada müvəqqəti məskunlaşmağı nəzərdə tutduqlarından bu vəziyyətdən xoşnud olmurlar. Qızlarına qarşı tətbiq etdikləri məhdudiyyətlər təsirli olmadığından ailə Sabatinanı Lahora göndərib əmisi oğlu ilə evləndirmək qərarına gəlir. Beləcə, valideynləri Sabatinanı Pakistanda qoyur və o, burada mədrəsəyə getməyə məcbur edilir. Sabatina əvvəlcə Avstriyaya qayıtmaq şərtilə əmisi oğlu ilə evlənməyə razılıq verir. Lakin Avstriyada evlənməkdən imtina edir. Ailəsi onu ölümlə hədələdiyindən Sabatina gizlənmək və yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində qalır.[4] Bu isə öz növbəsində ailəsi ilə ayrılmasına gətirib çıxardı.
Sabatina sığınacaqda yatmaqla və Linzdə kafelərin birində işləməklə həyatını qurtarır. Valideynləri onu hər yerdə təqib edir, incidir və nikaha məcbur edirdilər. Sabatina dostlarının köməyi ilə Vyanaya qaçır. O, burada yeni həyata başlayır: adını dəyişir və katolik dinini qəbul edir. Sabatina başına gələnlər barədə kitab yazır. Valideynləri ona qarşı diffamasiyaya görə iddia qaldırırlar, lakin məhkəmə Sabatinanın xeyrinə qərar qəbul edir. O, 2003-cü ildə kiçik Barokko kilsəsində kəndin keşişi tərəfindən vəftiz edilir və keşiş onun daxilən bu dinə keçməsindən tam əmin olur.[5]
Fəaliyyəti
redaktəSabatina Ceyms Terre des Femmes qadın hüquqları təşkilatının səfiridir. 2006-cı ildən bu təşkilat müsəlman qadınların bərabərliyi uğrunda mübarizə aparır.
Əsərləri
redaktə- Sabatina. İslamdan xristianlığa — ölüm cümləsi, 2003.
- Xoşbəxtliyin üçün öləcəksən. İki dünya arasında tutuldu, 2004.
- Toy gözyaşları, 2006.
- Əqidə və azadlıq uğrunda mübarizəm, 2010, ISBN 9781607477181.
- Yalnız həqiqət bizi azad edir: İslam və xristianlıq arasında qalmış həyatım, 12 sentyabr 2011, ISBN 3629023088.
İstinadlar
redaktə- ↑ 1 2 Sabatina James // Babelio (fr.). 2007.
- ↑ 1 2 Sabatina James // datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
- ↑ "Planet Wissen - Meine Flucht vor der Zwangsheirat". YouTube. 2014-02-02. İstifadə tarixi: 2016-02-19. ausführliches Interview mit Sabatina James Arxivləşdirilib 2021-08-19 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2021-08-19. İstifadə tarixi: 2019-05-31.
- ↑ James, Sabitha. "Why My Mother Wants Me Dead". The Daily Beast. May 5, 2012. December 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2013.
- ↑ "Das Model Gottes". Spiegel Online (German). December 17, 2011. April 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2013.
Xarici keçidlər
redaktə- Almaniya Milli Kitabxanası
- sabatina-ev.de — rəsmi saytı