Sabina Azema
Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[1][2][…], XV arondisman[4]) — Fransa aktrisası.
Sabina Azema | |
---|---|
fr. Sabine Azéma | |
Doğum adı | Sabine Florence Azéma[4] |
Doğum tarixi | 20 sentyabr 1949[1][2][…] (75 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, kinorejissor, kino aktrisası |
Fəaliyyət illəri | 1973-cü ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0044535 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen Rene və Bertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Sabine Azéma // filmportal.de. 2005.
- ↑ 1 2 Sabine Azema // GeneaStar.
- ↑ 1 2 Les Acteurs (fr.). Cours Florent.
- ↑ 1 2 3 doğum haqqında şəhadətnamə.
Xarici keçidlər
redaktə- Sabina Azema — IMDb səhifəsi