Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir.
1. Saitlər iki yerə ayrılır:
Qalın — a, ı, o, u
İncə — e, ə, i, ö, ü
2. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər: o, u, ö, ü.
Dodaqlanmayan saitlər: a, e, ə, ı, i.
3. Alt çənənin vəziyyətinə görə:
Açıq saitlər: a, e, ə, o, ö.
Qapalı saitlər: ı, i, u, ü.
Saitlərin uzun tələffüz olunması
redaktəDilimizdə [ı] və [ü] saitlərindən başqa, bütün saitlər uzun tələffüz olunur. Mövsümi və üfüqi sözlərində istisna olaraq ikinci hecadakı [ü] saiti uzun tələffüz olunur. Uzun tələffüz olunan saitlərin iştirak etdiyi sözlər, əsasən, ərəb mənşəli sözlərdir. Uzun tələffüz olunan səslər sözün bütün hecalarında işlənə bilər.
Uzun tələffüzünə görə mənası dəyişən sözlər: nərə (balıq, qışqırmaq), əyan (bəlli, aristokrat), bəzən (bəzənmək, hərdən), dava (dərman, savaşmaq).
Heca və vurğu
redaktəHeca əmələ gətirən əsas amil saitdir. Sözdə neçə sait varsa, o qədər də heca var. Samitlər vurğu qəbul etmir, vurğu qəbul edən hərflər saitlərdir.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |