Samuel Pati cinayəti
Sa mere la pute à ce bouffon Je lui baise sa mere Qətlin səbəbi Patinin söz azadlığı dərsində şagirdlərinə "Charlie Hebdo"nun İslam peyğəmbəri Məhəmmədin, birində çılpaq şəkildə olmaqla təsvir olunduğu[2] karikaturalarını göstərməsi idi.[3][4][5]
Samuel patinin qətli | |
---|---|
Ümumi məlumatlar | |
49°00′50″ şm. e. 2°06′55″ ş. u.HGYO | |
Yeri |
|
Tarix |
|
Ölü sayı |
|
Yaralı sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fransa Prezidenti Emmanüel Makron hadisənin "tipik İslamçı terror hücumu" olduğunu və "soydaşımızın uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldüyünü" söylədi. Cinayət son illərdə Fransada baş vermiş bir neçə islami terrorizm hadisəsindən biri idi və Fransa cəmiyyətində və siyasətində mübahisələrə səbəb oldu.
Arxaplan
redaktəQurban
redaktəSamuel Pati 1973-cü ildə anadan olub.[6] O, Parisin mərkəzindən 30 kilometr şimal-qərbindəki Konflan-Sen-Onorin kommunasında yerləşən "Bois-d'Aulne" adlı orta məktəbdə tarix, coğrafiya və vətəndaş təhsili müəllimi idi.[7][8] Məktəbdən on dəqiqə məsafədə olan kiçik Eranyi qəsəbəsində yaşayırdı.[9] Evli idi və beş yaşında oğlu vardı.[9][10][11]
Qətlə yol açan hadisələr
redaktəPati Fransa milli tədris proqramına uyğun olaraq, ifadə azadlığı mövzusunda 2020-ci ilin oktyabr ayının əvvəlində əxlaqi və vətəndaş təhsili kursu tədris edirdi.[12] Dərs əsnasında bəzi yeniyetmə tələbələrinə söz azadlığı ilə bağlı sinif müzakirəsi zamanı satirik jurnal olan "Charlie Hebdo"dan Məhəmmədin karikaturasını göstərdi.[3][4][5] Pati karikaturanı göstərmədən əvvəl müsəlman şagirdlərinə əgər istəsələr sinifdən çıxmağa dəvət etdi.[5] Bir şagirdə görə, əvvəllər bu karikaturaları 2015-ci ildə Charlie Hebdo qətliamından bəri hər il müzakirə çərçivəsində göstərmişdi.[13] Bir çox müsəlman üçün Məhəmmədin hər hansı bir təsviri dinin təhqiri hesab olunur.[3] Bəzi mənbələrə görə, Pati şagirdlərinə Məhəmmədin iki karikaturasını göstərdi, bunlardan birində Məhəmməd cinsiyət orqanı açıq vəziyyətdə[14] çılpaq təsvir edilmişdi,[15] baxmayaraq təsvirlər sinifdə təqdim olunanlarla dəqiq fərqlilik göstərirdi.[16] Bir qız şagirdin atası, Brahim Çnina,[17] Patini şagirdlərə pornoqrafiya yaymaqda günahlandırdı və polisə şikayət etdi.[18][19] Patı ona böhtan atıldığı barədə şikayət verməklə cavab verdi.[18] Çnina YouTube və Facebookda Patinin Məhəmmədin çılpaq şəklini nümayiş etdirdiyini iddia etdi: Patinin adını çəkdi və məktəbin ünvanını dedi.[20][21] Digər valideynləri ona qoşulmağa və "quldur" olaraq xarakterizə etdiyi müəllimə qarşı səfərbər olmağa təşviq etdi.[5][22][23] Pantin Böyük Məscidi qətldən bir həftə əvvəl Facebook səhifəsində Patiyə qarşı təhdid kontentində video yayımladı. Məscidin imamı Abdelhakim Sefriuyi müəllimin karikaturaları nümayiş etdirdiyinə və məktəb müdiri ilə görüşməyi tələb etdiyinə görə məktəbin qarşısında müəllimə etdiyi etirazda valideyni müşayiət etdi.[24] Sefriuyi bir videoda müəllimə "quldur" dedi, eyni zamanda məktəbin rəhbərliyini pislədi. Rəhbərlikdən müəllimin məktəbdən azad edilməsini istədi. "Quldur" ifadəsi valideyn Brahim Çnani tərəfindən dəfələrlə istifadə edilmişdi. Videolar qətldən bir neçə saat sonra çəkilmişdi.[25]
Çnina, həmçinin məktəbi də şikayət etdi və insanları məktəbdə etiraz etməyə təşviq etdi.[26] Baş müəllim, müəllim və təhsil orqanının rəsmisi arasında görüş keçirildi.[5] Çnina əlavə olaraq Patinin dərsi ilə əlaqədar qanuni şikayət verdi və müəllimin müdirin müşayiəti ilə yerli polis bölməsinə getməsinə səbəb oldu.[5] Pati karikaturaları nümayiş etdirdiyi gün Çninanın qızı sinifdə olmadığına görə şikayəti anlaya bilmədiyini söylədi.[5]
Cinayətkar
redaktəQətli törədən Abdullah Abouyedovicç Anzorov Moskvada anadan olmuş, Çeçen etnik mənşəli 18 yaşlı rus mühacir idi.[27][28] Anzorov Fransaya 12 il əvvəl mühacir statusu ilə gəldiyində altı yaşı var idi.[8][29] Cinayət yerindən təxminən 100 km məsafədə, Normandiya bölgəsinin Evrö şəhərinin Madölen qəsəbəsində yaşayırdı və müəllimlə və ya məktəblə heç bir əlaqəsi yox idi.[30][31]
Anzorovlar ailəsi Çeçenistanın Şalaci kəndindən gəlmişdilər. Abdoullahın atası Əbuyezid əvvəl Moskvaya, daha sonra Parisə köçmüşdü. Anzorovun ögey bacısı 2014-cü ildə Suriyada İŞİD-ə qoşulmuşdu.[32][33] 2020-ci ilin mart ayında ailə muhacir statusu və Fransada 10 illik yaşayış icazəsi kartı almışdı.[5][7] Əvvəllər Abdullah kiçik ittihamlarla məhkəmələrdə olmasına baxmayaraq, təhlükəsizlik orqanları tərəfindən sezilməmişdi.[26][34]
Anzorov hücumdan əvvəl Suriyada kimliyi qeyri-müəyyən, IP adresləri vasitəsilə ölkədəki son cihadçı qalası olan İdlibdə olduqları müəyyən edilən Həyat Təhrir əl-Şam təşkilatının nəzarəti altında olan,[35] hansı ki, hücumun məsuliyyətini inkar etdi,[36] rusca danışan da daxil olmaqla iki cihadçı ilə ünsiyyətdə idi. Anzorov hücumun məsuliyyətini dərhal sonra rusca "şəhid" olmağa hazır olduğunu söylədiyi səsli mesajında boynuna götürdü və "peyğəmbəri təhqiramiz şəkildə göstərən" Samuel Patini öldürərək "peyğəmbərin intiqamını aldığını" söylədi. İnstaqramda yayımlanan bir videoda, digərləri arasında, İŞİD-ə istinad edirdi.[37]
Qətl
redaktəPatinin söz azadlığı dərsindən yarım həftə sonra, 16 oktyabr 2020-ci ildə Anzorov Patinin məktəbinin qapılarının qarşısında gözlədi və bir neçə şagirddən müəllimi göstərmələrini istədi. Sonra Pati məktəbdən ayrılarkən onun ardınca getdi.[38][39] Anzorov 30 santimetr ölçüsündə bir bıçaqdan istifadə edərək Patini qətlə yetirdi və və Patinin dərs keçdiyi məktəbin yaxınlığındakı bir küçədə, təxminən saat 17: 00-da başını kəsdi.[5][39][40] Patinin başını kəsməklə yanaşı, Anzorov onun başına, qarnına və yuxarı əzalarına çoxsaylı xəsarət yetirdi.[5][41] Şahidlər polisə qatilin hücum əsnasında "allahu əkbər" deyə bağırdığını eşitdiklərini dedilər.[7][42]
Qətldən dərhal sonra
redaktəQətldən bir neçə dəqiqə sonra Terrorla Mübarizə Prokuroru Jan-Fransoa Riçard tərəfindən Abdoullah Anzorova aid olduğu təyin edilən "@Tchetchene_270" təxəllüsü profil "Twitter"də Patinin kəsilmiş başının şəklini yayımladı. Fotoşəkil bu mesajla birlikdə yerləşdirilmişdi: "Rəhimli və Mərhəmətli Allahın adı ilə,… kafirlərin lideri Makrona, Məhəmmədi təhqir etməyə cürət edən cəhənnəm itlərinizdən birini edam etdim, sizə sərt bir cəza verilməzdən əvvəl insanlarını sakinləştir."[5][16][43][44]
Dəqiqələr sonra Anzorov Konflan-Sen-Onorin yaxınlığında, Eranyidə hadisə yerindən təxminən 600 metr məsafədə polislə qarşılaşdı və polis onu həbs etməyə çalışdı.[7][40][43] Anzorov pnevmatik tüfənglə polisə atəş açdı və onları bıçaqla vurmağa çalışdı.[13] Polis cavab olaraq ona doqquz dəfə atəş açaraq öldürdü.[5][13] Onlar Azarovun telefonunda hadisənin məsuliyyətini boynuna alan bir mətn və Patinin cəsədinin fotoşəklini tapdılar.[7][43]
İstintaq və həbslər
redaktəDaha sonra istintaq üçün 16 nəfər[45] nəzarət altına alındı.[8][46][47] Onlar arasında Anzorovun nənə və babaları, valideynləri və onun 17 yaşlı qardaşı var idi.[8][47][48][49] Həmçinin fransız antiterror polisinin tanıdığı islamçı xadim Abdelhakim Sefriuyi,[13][50] Patiyə qarşı fətva verməkdə şübhəli bilinən Patinin şagirdinin atası Brahim Çnina[51][52] və müəllimin şəxsiyyətini müəyyənləşdirmək müqabilində qatildən pul almaqda şübhəli bilinən[53] dörd şagird də[45] həbs edildi.
Reaksiyalar
redaktəFransada
redaktəFransa Prezidenti Emmanüel Makron Patinin çalışdığı məktəbi ziyarət etdi və törədilmiş hadisənin "tipik İslamçı terror hücumu" olduğunu dedi.[4][54][55] Həmçinin "vətəndaşımız uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldü" dedi.[56] Fransa Təhsil Naziri Jan-Mişel Blanj qətli "bir bütün olaraq fransız millətinə hücum" olaraq adlandırdı.[57] Fransa antiterror prokuroru müəllimin "dərs keçdiyi üçün öldürüldüyünü" və hücumun ifadə azadlığı prinsipinə hücum olduğunu söylədi.
Charlie Hebdo "dəhşət və üsyanı"nı dilə gətirən bəyanat yayımladı və Patinin ailəsi və dostlarına dəstəyini ifadə etdi.[58] Fransadakı bir çox müsəlman və dini lider qətli qınadı.[59]
Fransa polisi cinayətkarı dəstəkləyən fransızlardan sosial şəbəkələrdə 80-dən çox mesaj olduğunu açıqladı.[60] Daxili İşlər Naziri Jeral Darmanen Pantin Böyük Məscidinin altı ay müddətinə bağlanmasını əmr etdi.[25]
Cinayətdən iki gün sonra müdafiə şurası təhlükəsizlik xidmətləri tərəfindən Fiche S qeydində bilinən 231 xarici vətəndaşın deportasiya edilməsinə qərar verdi. Bunlardan 180-i həbsdə, qalanları həbs olunacaqdı.[61]
Patinin ailəsi ilə məsləhətləşərək 21 oktyabrda vida mərasiminin keçirilməsi planlaşdırılırdı.[62] Sorbon Universitetində təşkil edilən mərasimdə Prezident Makron Patini "Fəxri Legion" ordeni ilə mükafatlandırdı və onu "səssiz qəhrəman" adalandırdı.[63]
İstinadlar
redaktə- ↑ Conflans-Sainte-Honorine: ce que le procureur antiterroriste a précisé sur l’attentat. 2020.
- ↑ "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'". 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020 – www.bbc.com vasitəsilə.
- ↑ 1 2 3 Anthony Paone. "For a teacher in France, a civics class was followed by a gruesome death". Reuters. 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ 1 2 3 Elaine Ganley. "French leader decries terrorist beheading of teacher". Associated Press. 17 October 2020. 16 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kim Willsher. "Teacher decapitated in Paris named as Samuel Paty, 47". The Guardian. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib.
- ↑ Ramdjan, Tahrim. "Onthoofde docent Samuel Paty (1973-2020) zocht juist altijd de nuance op". Het Parool (holland). 2020-10-18. İstifadə tarixi: 2020-10-21.
- ↑ 1 2 3 4 5 "France terror attack: Teacher decapitated in Paris suburb named as Samuel Paty". Sky News. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ 1 2 3 4 "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'". BBC News. 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020.
- ↑ 1 2 "Conflans attack: who was Samuel Paty, the martyr professor". AlKhaleej Today. 18 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020.
- ↑ "Teacher decapitated in Paris for showing cartoon of a nude Prophet Mohammad is pictured". Mirror. 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Crisp, James; Pujol-Mazzini, Anna. "Social media bosses summoned by French government after terrorist beheads teacher". The Daily Telegraph. 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020.
- ↑ Onishi, Norimitsu; Méheut, Constant. "Suspect Stalked French School Before Beheading Teacher, Officials Say". The New York Times. 17 October 2020. 30 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2020.
- ↑ 1 2 3 4 "Thousands rally in France in defiance and solidarity after teacher's beheading". France 24. 18 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2020.
- ↑ "Demonstrations Pay Homage to French Teacher Beheaded After Lesson on Charlie Hebdo". Wall Street Journal. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
According to a copy of the lesson plan described by Mr. Ricard, Mr. Paty showed the class two cartoons. One depicted a man on his hands and knees, with his genitals exposed and a star covering part of his backside. The cartoon’s caption read: “Muhammad, a star is born,” Mr. Ricard said.
- ↑ "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'". BBC News. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ 1 2 "Attentat de Conflans : hommage national à l'enseignant assassiné et point sur l'enquête, au lendemain du drame". Le Monde (fransız). 1 October 2020. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Steinbuch, Yaron. "Suspect in French teacher beheading messaged parent who wanted to fire him". New York Post (ingilis). 2020-10-20. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ 1 2 "Beheaded French teacher was threatened online for showing Mohammed cartoons". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
Ricard said the school received threats after the class in early October, which featured the controversial caricatures — one of the prophet naked — with the girl's father accusing Paty of disseminating “pornography”. The girl and her father lodged a criminal complaint against the teacher, who in turn filed a complaint of defamation, said Ricard.
- ↑ "Teacher decapitated in Paris named as Samuel Paty, 47". The Guardian. 2020-10-17. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ "Enthauptung eines Lehrers: Eine Hinrichtung mit Ansage". Frankfurter Allgemeine Zeitung (alman). 1 October 2020. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "French encouraged to take part in 'national cohesion' rallies following killing of teacher Samuel Paty". The Daily Telegraph. Agence France-Presse. 18 October 2020. 28 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2020.
- ↑ Causeur.fr; Oukili, Hala. "Samuel Paty, récit de la chasse à l'homme d'un hussard noir". Causeur (fransız). 1 October 2020. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "'We are not afraid': France rallies after beheading of teacher". Japan Times. 19 October 2020. 14 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2020.
- ↑ "Assassinat de Samuel Paty : que sait-on des sept suspects, dont deux mineurs, mis en examen ?" (fransız). Sud Ouest. 22 October 2020. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2020.
- ↑ 1 2 "Professeur décapité : Gérald Darmanin annonce la fermeture de la mosquée de Pantin". France 3 Paris Ile-de-France (fransız). 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
- ↑ 1 2 "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'" (ingilis). BBC. 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Match, Paris. "Prof d'histoire décapité: l'assaillant, Abdoullakh Anzorov, était un Russe tchétchène de 18 ans". Paris Match. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- ↑ "the 18-year-old killer, who was shot, was a refugee". Al Khaleej Today. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
- ↑ "France beheading suspect had no links with Russia". ewn.co.za. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ "French teacher's attacker 'posted photo of severed head on Twitter'". South China Morning Post. 18 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'". BBC News. 17 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Paris, Peter Conradi. "Parent's hate campaign 'led to beheading of French teacher'". The Times. 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ "France mourns decapitated teacher at rallies". The Independent. 18 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ WELT. "Paris: Täter lebte als Flüchtling in Frankreich". DIE WELT. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Agence-France-Presse. "Professeur décapité : le meurtrier était en contact avec un djihadiste russophone en Syrie". lefigaro.fr. 22 October 2020. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2020.
- ↑ Mathieu, Luc. "Le Hayat Tahrir al-Sham, parrain syrien d'Anzorov ?". Libération.fr. 22 October 2020. 29 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "L'assassin était en contact avec un djihadiste russe". lematin.ch. 22 October 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2020.
- ↑ "Terror in the Republic: the beheading of Samuel Paty". Spectator USA. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ 1 2 "France teacher attack: Suspect 'asked pupils to point Samuel Paty out'". BBC News (ingilis). 1 October 2020. 9 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ 1 2 "Conflans attack: A teacher at 'the very heart' of his profession". Yahoo! News. 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ Guenfoud, Ibtissem. "Suspect dead, 9 in custody following beheading of teacher in Paris suburb". ABC7 San Francisco. 16 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ Chazan, David; Jalil, Jannat; Samuel, Henry. "Teacher beheaded in Paris suburb after showing cartoons of Prophet Mohammed to class". The Daily Telegraph. 16 October 2020. 16 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ 1 2 3 Chiarello, Sybille de La Hamaide, Thierry. "Teenager asked pupils to identify French teacher before beheading him". Reuters. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "French authorities detain 11 in connection with teacher's beheading". Politico. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ 1 2 "France teacher attack: Pupil's father 'exchanged texts with killer'". BBC News. 20 October 2020. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "France teacher attack: Rallies held to support beheaded Samuel Paty". BBC. 18 October 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ 1 2 "Suspect in teacher's beheading in France was Chechen teen". AP News. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "The 18-year-old killer, who was shot, was a refugee | En24 World" (ingilis). 19 October 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "French police arrest nine after teacher beheaded in street". National Post. 1 October 2020. İstifadə tarixi: 17 October 2020.
Four relatives of the attacker, including a minor, were detained
- ↑ Mallet, Victor. "Islamist killing prompts French crackdown on militants". Financial Times. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
- ↑ "Beheaded France Teacher had been _target of Threats Since Father of Schoolgirl Posted on Social Media". News18. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-31.
- ↑ "Social media groups under fire in France over Islamist killing". www.ft.com. 20 October 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "France teacher attack: Seven people to attend court over Samuel Paty's death". BBC News. 21 October 2020. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2020.
- ↑ "France: Teacher beheaded in Paris; Macron calls it 'Islamist terrorist attack'". The Indian Express (ingilis). 1 October 2020. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ Willsher, Kim. "Macron speaks of 'existential' fight against terrorism after teacher killed in France". The Guardian (ingilis). 1 October 2020. ISSN 0261-3077. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "'Our compatriot was killed for teaching children freedom of speech': French president Macron over beheading of teacher". Free Press Journal (ingilis). 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Police detain nine people over beheading of French teacher in Paris suburb" (ingilis). France 24. 1 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Decapitated professor – The satirical magazine Charlie Hebdo expresses its feeling..." AlKhaleej Today (ərəb). 1 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Paris Beheading: Muslims in France condemn teacher's killing". Free Press Journal (ingilis). 17 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Professeur décapité : que sait-on des onze personnes en garde à vue ?". France Info (French). 18 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Mort de Samuel Paty : des opérations de police en cours et une cinquantaine d'associations contrôlées, annonce le ministre de l'Intérieur Gérald Darmanin". lindependant.fr (fransız). 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
- ↑ "France to bid farewell to murdered history teacher on Wednesday". Republic World. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ Henley, Jon. "Samuel Paty posthumously awarded French Légion d'honneur: Two teenage pupils charged with complicity in terrorist murder as slain teacher given France's highest civilian award". The Guardian. 21 October 2020. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2020.