Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər.[3] XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər.

Sankt-Peterburq
rus. Санкт-Петербург
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
59°57′ şm. e. 30°19′ ş. u.HGYO
Ölkə
Başçı Aleksandr Beqlov[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 27 may 1703
Əvvəlki adları Petroqrad 1914–1924
Leninqrad 1924–1991
Sahəsi
  • 1.439 ± 0 km²
Mərkəzin hündürlüyü 3 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.597.763 nəf. (2024)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 812
Poçt indeksi 190000–199406
Nəqliyyat kodu 78, 98, 178, 198
Digər
gov.spb.ru
Sankt-Peterburq xəritədə
Sankt-Peterburq
Sankt-Peterburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir.

Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir.[4]

Adları

redaktə
  • 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎,[5] fin Pietari)
  • 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus. Петроград, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎)
  • 26 yanvar 1924-cü ildən 6 sentyabr 1991-ci ilədək Leninqrad (rus. Ленинград azərb. Leninqrad‎)
  • 6 sentyabr 1991-ci ildən Sankt-Peterburq (rus. Санкт-Петербург, fin Pietari)

Ayrıca, Çar Rusiyası vaxtında XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,[6] Cəlil Məmmədquluzadə,[7] Üzeyir Hacıbəyov[8] və s. yazıçıların əsərlərində də görünür.[9]

1712–1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.

Əsası 27 may 1703-cü ildə çar I Pyotr tərəfindən qoyulmuşdur.

Şəhərdə üç böyük inqilab baş vermişdir: 1905–1907-ci illər, 1917-ci il Burjua-Demokratik fevral inqilabı, 1917-ci ildə Böyük Oktyabr Sosialist inqilabı. 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə şəhər uzun müddət mühasirədə saxlanılmışdır. Bunun nəticəsində şəhərdə 1500000 nəfər insan ölmüşdür. 1965-ci ildə qəhrəman şəhər statusunu daşıyır. 1966-cı ildən başlayaraq şəhərin əhalisi də çoxalmağa başlamışdır. Şəhərdə yeni tikililər sürətlə artmağa başlamışdır. Böyük prospektlər-Yuri Qaqarin prospekti, Kosmonovatlar prospekti salınmışdır. 1967-ci il Okyabr İnqilabının yubileyində "Юбилейный" İdman Sarayı,"Октябрьский" Böyük Konsert zalı tikildi. 1979-cu ildə Fin körfəzinin sahilində bənd tikildi , hansı ki, şəhəri körfəzin suyundan müdafiə edirdi. 1982-ci ildə Vasilkoy adasında Dəniz Vağzalı tikdilər. 1988-ci ildə isə Sankt-Peterburq şəhərinin əhalisi 5 milyona çatdı. 1990-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Şəhərin bayram və xatirə günləri

redaktə

Sankt-Peterburqda ümumrusiya və beynəlxalq bayramlarla yanaşı, şəhərin bayram və xatirə günləri də qeyd olunur:[10]

  • 14 yanvar — Sankt-Peterburqun Nizamnaməsinin qəbul olunması günü; (1998-ci ildə qəbul olunub)
  • 18 yanvar — Leninqrad blokadasının yarılması günü; (1943-cü ildə)
  • 27 yanvar — Leninqradın faşist blokadasından tam azad olunması günü; (1944-cü ildə)
  • 10 fevral — Aleksandr Sergeyeviç Puşkinin anım günü; (şair 1837-ci ildə vəfat etmişdir)
  • 27 may — Sankt-Peterburq şəhərinin yaranma günü; (1703-cü ildə)
  • 5 iyun — Leninqrad dəniz mina blokadasının yarılması günü; (1946-cı ildə) 2006-cı ildən qeyd olunur
  • 9 iyun — Birinci Pyotrun doğum günü; (1672-ci ildə)
  • 14 iyun — Müqəddəs İoann Kronshtadtın xatirə günü;
  • 20 iyun — Sankt-Peterburq məktəblərində "Al yelkənlər" adlı məzunlar bayramı (1968-ci ildən 1979-cu ilə qədər və 2005-ci ildən qeyd olunur);
  • 1 İyul — Yenidənqurma günü (2006-cı ildən qeyd olunur);[11]
  • 12 iyul — Müqəddəs Pyotr və Pavel günü;
  • 8 sentyabr — Leninqrad qurbanlarının xatirə günü (1941-ci ildə Leninqradın mühasirəsinin əvvəli);
  • 10 sentyabr — Sankt-Peterburq Sənaye Günü (2016-cı ildən qeyd olunur);
  • 12 sentyabr — Müqəddəs Şahzadə Aleksandr Nevski'nin qalıqlarının Sankt-Peterburqa köçürülmə günü (1724) — Nistad Sülh günü (1721);
  • 30 oktyabr — Gəmi quruculuğu günü (2014-cü ildən qeyd olunur)

Coğrafiyası və iqlimi

redaktə

Şimala yaxın olmasına baxmayaraq yaz aylarında istilik 30 dərəcəyə çatmaqdadır, qışları isə soyuq keçər, kanallar bu sırada donar, bol yağış yağar.

Şəhərin yayıldığı bütün sahələr boyunca dəniz səviyyəsindən ən yüksək nöqtə 14–15 m ətrafındadır. İyunİyul arasında gündüzlər daha uzun olar və təxminən 2 həftə günəş haradasa heç batmaz. Bu vəziyyətə bəyaz gecələr adı verilmişdir.

Sankt-Peterburq şəhərinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 8,7 10,2 15,3 25,3 33,0 34,6 35,3 37,1 30,4 21,0 12,3 10,9 37,1
Maksimum orta, °C −3 −3 2,0 9,3 16,0 20,0 23,0 20,8 15,0 8,6 2,0 −1,5 9,1
Orta temperatur, °C −5,5 −5,8 −1,3 5,1 11,3 15,7 18,8 16,9 11,6 6,2 0,1 −3,7 5,8
Minimum orta, °C −8 −8,5 −4,2 1,5 7,0 11,7 15,0 13,4 8,8 4,0 −1,8 −6,1 2,7
Mütləq minimum, °C −35,9 −35,2 −29,9 −21,8 −6,6 0,1 4,9 1,3 −3,1 −12,9 −22,2 −34,4 −35,9
Yağıntı norması, mm 44 33 37 31 46 71 79 83 64 68 55 51 661
Mənbə: "Sankt-Peterburq şəhərinin iqlimi". Hava və iqlimi. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.; Sankt-Peterburqda 19 may 2014-cü il ərzində hava arxivi, Peterburqda temperatur rekordu qırıldı, mayın 20-də daha bir gözləyirlər


Sankt-Peterburqda doğulan tanınmış şəxsiyyətlər

redaktə

Qardaş şəhərlər

redaktə
alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, Mançester (1962)

alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}, Edinburq (1995)

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. https://lenta.ru/news/2018/10/03/poltavchenko/.
  2. 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
  3. "Закон Ленинградской области от 27 октября 1994 г. N 6-ОЗ". lenobl.ru. 2011-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.
  4. "UNESCO ümumdünya irsi siyahısı". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-04.
  5. https://vk.com/doc18066328_442700135 Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine Sultan Məcid Qənizadə, Rusca-Tatarca Sözlük: Петербургъ پطرسبورغ Петресбург
  6. http://calilbook.musigi-dunya.az/p/peterburg.html Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine Peterburq, Sankt-Peterburq… İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur.
  7. http://www.azerbaycandili.az/Synopsis/Download/3364/QULİYEVA%20ZÜLFİYYƏ%20BORİS%20QIZI.pdf Arxivləşdirilib 2019-08-19 at the Wayback Machine Ümumiyyətlə, C. Məmmədquluzadənin bədii əsərlərində və felyetonlarında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variantlarda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məskov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s.
  8. http://anl.az/el/h/h001/h001004/mm002.htm Arxivləşdirilib 2019-06-05 at the Wayback Machine Ax gözəl Fitilbörk. Ey yerin behişti. Qurtar bizi bu cəhənnəmdən.
  9. http://teref.az/arasdirma/73495-baki-milyonchusunun-rus-imperatoru-nikolayla-maraqli-serguzeshti-tarx.html Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine … Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində hərlənməyə.
  10. "SANKT-PETERBURQUN QANUNLARI «Sankt-Peterburqda bayram və əlamətdar günlərin keçirilməsi»(14 aprel 2017-ci il dəyişikliklərinə əsasən) (1 iyul 2017-ci ildən fəaliyyət göstərən redaksiyası)". 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
  11. "Yenidənqurma günü" (rus). «Sankt-Peterburqun Yenidənqurma ittifaqı». 2006-07-02. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.
  NODES