Sargon Akkadlı, Böyük Sarqon və ya Qədim Sarqon[3] (e. ə. XXIV əsr[1]e. ə. XXIII əsr[1], Akkad; akkadca Šarru-kīnu) — e.ə. 2300-cü ildə böyük Akkad padşahlığının yaradan hökmdar. O, hakimiyyətə gəldikdən sonra Akkad şəhərini saldırmış və onu paytaxt etmişdir. Akkad dövlətinin adı bu şəhərin adından götürülmüşdür. Sarqonun apardığı müharibələr nəticəsində Akkadın ərazisi xeyli genişlənmişdi. Onun dövründə Akkad nəinki İkiçayarasının, eləcə də Ön Asiyanın yeganə qüdrətli dövlətinə çevrilmişdi.[4]

Sarqon Akkadlı
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. XXIV əsr[1]
Vəfat tarixi e. ə. XXIII əsr[1]
Vəfat yeri
Fəaliyyəti suveren[d]
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Sarqon mənşəyi etibarilə alt sosial təbəqəyə mənsub olmuşdur. Hələ qədimdə onun adı ilə bağlı əfsanələr yaranmışdı. Əfsanəyə görə o, Kiş hökmdarının sarayında nökər kimi işləmişdir.

Nisbətən dəqiq məlumat Sarqonun öz yazısında əks olunmuşdur: həmin mənbə qeyd edir ki, Sarqonun anası rəiyyət təbəqəsindən idi. Sarqon atasını görməmiş, əmisi isə dağ sakini olmuşdur. Anası onu gizli doğmuş, qamışdan hörülmüş səbətə qoyub çaya atmışdır. Səbət suçu Akkinin bağına axmış, o, uşağı götürüb öz övladı kimi saxlamış və ona bağban peşəsini öyrətmişdi. İlahə İştar nəvaziş göstərərək hakimiyyəti ona tapşırmışdı. Öz mənşəyi və hakimiyyətə gəlməsi barədə Sarqon belə məlumat vermişdir.

Hakimiyyəti

redaktə

Sarqon dövləti möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirmişdi. Mərkəzləşmiş vahid ŞumerAkkad dövləti bərqərar olduqdan sonra o, yeni kanallar çəkdirdi. Şumerdə ümumi suvarma sistemi yaratdı. Bütün dövlət üçün vahid ölçü və çəki sistemi müəyyənləşdirdi. Bunun nəticəsində su və quru ticarəti genişləndi, ölkədə əmtəə-pul münasibətləri inkişaf etdi. Ölkənin hərbi qüdrətini qaldırmaq üçün o, daimi ordu yaratdı. Ordunun yenidən təşkili bir sıra uğurlu müharibələrin aparılmasına imkan verdi. Sarqon şimal və şimal-qərb istsqamətində geniş müharibələr aparmağa başladı. Qaynaqlarda qeyd olunur ki, o, “Yuxarı ölkənin”, Mari, Elba, Yarmuti şəhərlərini tutmuş, “Sidr meşələrinə və nəcib metallar dağına” kimi çatmışdı. Adətən ehtimal edilir ki, Sidr meşələri və nəcib metallar Aman və Tavr dağlarında yerləşirdi. “Yuxarı ölkə” anlayışı, yəqin ki, İkiçayarasının şimalında şərqdən qərbə uzanan vilayətləri nəzərdə tuturdu. Bu ərazidə kuti və subarlar yaşayırdılar. Sarqon “Aşağı dəniz” və “Yuxarı dəniz” arasında yerləşən əraziyə sahib oldu və “Ölkələr hökmdarı” rütbəsini qəbul etdi. Bu işğallar nəticəsində FələstinəSuriyaya yol açdı. Geriyə qayıdarkən Sarqon öz vətənində əkmək üçün ağac nümunələri, o cümlədən üzüm tənəyi, qızıl gül gətirmişdi. Sarqon şimalda Subartuya qarşı yürüş təşkil etdi, ələ keçən qəniməti Akkada göndərdi.

Şimal-şərqdə Sarqonun diqqətini elamlılar cəlb edirdilər. Bu qonşu tayfalar daim İkiçayarasına basqınlar edirdilər. Sarqon Elama hərbi yürüş təşkil edib bir sıra vilayətləri talan etdi.

Sarqon Akkadlı nəinki bütün İkiçayarasını vahid dövlət şəklində birləşdirdi, eyni zamanda Ön Asiyanın yeganə hegemonuna çevrildi. Mərkəzləşmiş dövlətin yaradılması işğalçılıq siyasətini həyata keçirmək üçün geniş imkanlar yaratdı. İkiçayarasının iqtisadi ehtiyatları birləşdirildi.

Akkad dövlətində vahid hakimiyyət Sarqonun əlində cəmləşdi. Hökmdar hakimiyyətinin sosial dayağı olan qulluq əyanları, məmurlar, kahinlər təbəqəsi formalaşdı. İcma həyatında mülki bərabərsizlik sürətləndi. Varlı icmaçılar yerlərdə idarə orqanlarının fəaliyyətinə rəhbərlik edirdilər. Yoxsul və torpaqsız icmaçılar muzdlu əməklə məşğul olmağa başlayırdılar. Uğurlu müharibələr ölkəyə çoxlu əsirlərin gətirilməsinə səbəb olurdu. Əsirlər qul halına salınırdı. Onların əməyi hökmdar, məbəd və xüsusi təsərrüfatda tətbiq olunurdu.

Sarqonun uğurlu xarici və daxili siyasəti ölkədə müstəbid idarə qaydalarının bərqərar olmasına şərait yaratdı. Akkad dövlətinin siyasi yüksəlişi və qüdrətinin artması ölkənin daxilində olan ziddiyyətləri ləğv etmədi. Ölkədə üsyanlar baş verdi. Sarqona qarşı müxalifət yarandı, 55 il hökmranlıqdan sonra Akkadı qüdrətli dövlətə çevirmiş Sarqon sui-qəsd nəticəsində öldürüldü.

Sarqonun oğlu və varisi Rimuş ölkədə baş vermiş üsyanları yatırmaq üçün qəti tədbirlər gördü. Şumer şəhərlərinin üsyanı amansız yatırıldı. Elam İkiçayarasına müdaxilələri davam etdirirdi. Rimuş Elama iki hərbi yürüş təşkil etdi. Lakin daxili ziddiyyətlərə son qoyulmamışdı. Rimuş kahinlər təbəqəsinə arxalanaraq öz siyasi mövqeyini möhkəmləndirmək niyyətində idi. O, buna müyəssər ola bilmədi. Rimuş sui-qəsd nəticəsində həlak oldu. Onun qardaşı Maniştusu hakimiyyətə gəldi. O da ölkədəki həyəcanları yatırmağa və Elamı itaət altına almağa çalışdı. Maniştusu da kahinlərə arxalanırdı. Lakin onun da aqibəti pis oldu, atası və qardaşı kimi öldürüldü.

Mənbə

redaktə
  • Anabritannika Ensiklopediası  (türk.)

Ədəbiyyat

redaktə
  • Yusif Yusifov, “Qədim Şərq Tarixi”, B., 1993
  • Mehdixan Yerevanski, “Qədim Dünya tarixi”
  • Tofiq Mustafazadə, “Ümumi tarix” (dörd cilddə, I cild) B.,1995
  • “Azərbaycan Sovet Ensiklopediyası” (II cild) B., 1981
  • Mürşüd Behbudov, “Ümumi Tarix”, B., 2006

İstinadlar

redaktə
  1. 1 2 3 4 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. https://cdli.ucla.edu/search/archival_view.php?ObjectID=P217331.
  3. Аккад // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 200.
  4. Ana Britannica
  NODES