Saxa ədəbiyyatı

Saxa ədəbiyyatı — Saxa türklərinin ana dilində yaratdığı ədəbiyyat.

Saxa ədəbiyyatı tarixi

redaktə

Orta əsrlər dövrü

redaktə

1632-ci ildə Saha türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də Olonho dastanı və ona bağlı xalq ədəbiyyatı örnəkləridir. Bu örnəklər unikal bir ənənəyə malikdir və bir çox fərqli hekayədən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə çağırılır və onların olonhohut adlı xüsusi rəvayətçiləri var. Olonhohutlar tarixi ənənəyə riayət edərək qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcaz və metafor ilə bəzəyir, Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonhohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və Olonhonun həlqəsində yığılır. İndiyə qədər tərtib edilə bilən ən əhəmiyyətli olonholar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl) qavrayış (alqış, ilahi), iria (nəğmə, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur. Ruslar bu əlifbadan xristianlığı yaymaq və folklor materialları tərtib etmək üçün istifadə etmişlər.

XIX əsr dövrü

redaktə

İndiyədək Rusiya və Saxa Respublikası istisna olmaqla, nüasir Saxaca adlandırıla bilən dilin ilk yazılı nümunəsi Nikolaas Witsen adlı səyyahın 1692-ci ildə Amsterdamda nəşr etdirdiyi "Noord en Oost Tartarye" (ŞimalŞərq tatarcası) kitabındakı parçalar hesab olunur. Bu kitabın ilk nəşrinə 35 söz və 29 yer adı Saxaca və onların hollandca ekvivalentləri daxil edilmişdir. Sözlər həm kiril, həm də latın əlifbasında göstərilmişdir. 1705-ci ilin ikinci nəşrində “Atamız” adlı saxaca dua yer almışdır. Bu kitab 1785-ci ildə yenidən çap olunaraq Saxaca tərcümə edilmişdir. Saxa yazılı ədəbiyyatının inkişafında həlledici rolu O.H.Bötlinqkanın “Yakut dili haqqında” (1851) kitabı oynamışdır. Bu kitabda Saxa ədəbiyyatının ilk yazılı örnəyi A.Y.Uvarovskayın (1800-1861) “Ахтыылар” ("Xatirələr") əsəri işıq üzü görmüşdür.

XX əsr dövrü

redaktə

XX əsrin əvvəllərində 1905-ci il rus inqilabının gətirdiyi yumşalma mühiti ilə “Saxa soyuha” (Saxaların Birliyi) və “Saxa Olonho” (1908-1909, Saxa həyatı), “Saha doyduta” (1907-1908, Saxa ölkəsi), Saxa sanata (1912-1915, "Saxaların səsi" dərgilərin və rusca-saxaca “Yakutskiy kray” adlı qəzetin nəşr edilməsi ilə saxa ədəbi dili yayğınlaşmağa başlamışdır. Saxa türklərinin ilk klassik yazarları Aleksey Yeliseyeviç Kulakovski (1877-1926), A.İ.Sofanov (1886-1935), N.D.Neustroyev (1894-1926) ədəbiyyat tarixi və antologiyalara daxil edilmişdir. A.Y.Kulakovskinin 1900-cü ildə yazdığı «Байанай алгыһа» (“Bayanın xeyir-duası”) adlı şeiri Saxa dilində ilk ədəbi əsər sayılır. 1912-ci ildə onun “Oyun Tüle” (Şamanın yuxusu), “Saxa Cahtalın Metiriettere” (Saxa qadınlarının portretləri) adlı şeirləri “Yakutskie intelliqetsii” tərəfindən qəbul edilmiş, bəyənilmiş, ancaq bu yazı yasaqlanmış və yalnız 1992-ci ildə nəşr olunmuşdur.

A.Y.Kulakovski 1926-ci ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda iştirak etmiş və geri döndükdə, 6 iyun 1926-cı ildə naməlum xəstəlik səbəbiylə Moskvada öldüyü elan edilmişdir.

A.İ. Sofanovun “İye Doydu” (Ana yurd) şeiri və “Cadanı Çakıp” (Zavallı Yakub) adlı dram əsəri bu gün də dəyərini itirməmişdir. A.İ.Sofanov 1928-ci ildə etdiyi bir nitqə görə beş illik sürgünə göndərilmişdir. Sürgündə olarkən xəstələnən yazar 1935-ci ildə vəfat etmişdir. N.D.Neustroev Saxa türklərinin ilk komediya yazarı müəllifidir və müasir Saxa teatrının banisi hesab olunur. N.D.Neustroyevin “Dikaya jizn” (Vəhşi həyat), “Timir Con Oğoloro” (Dəmir millətin uşaqları), “Kuhağan Tıın” (Bəd ruh), “Tieteybit” (Tələskən) kimi əsərləri bu gün də ədəbi təsirini saxlamaqdadır.. Onun əsərləri 1930-cu ildən sonra qadağan edilmiş, ancaq 1950-ci ildən sonra qismən nəşr olunmuşdur.

27 aprel 1922-ci ildə Yakutiya Muxtar Respublikasının qurulması ilə bölgədə əhəmiyyətli siyasi dəyişikliklər baş verdi və Sovet siyasi rejimi yeni iqtisadi və mədəni siyasət yaymaq üçün ədəbiyyatı ideoloji vasitə olaraq görürdü. Bu dönəmdə P.A.Oyunski, S.A.Novqorodov, N.D.Neustroyev, A.A.İvanov kimi bəzi Saxa ziyalıları rejimi dəstəklədikləri halda, V.Leontyev, P.V.Ksenofontov kimi aydınlar rejimə qarşı müxalif mövqe tutmuşlar. Yakutiya Muxtar Sovet Sosialist Respublikasının ilk prezidenti olan Plato Alekseyeviç Oyunski uzun müddət millətçilikdə ittiham olunmuş, 1937-ci ildə həbsxanada vəfat etmişdir. Yazıçı Könül İriata “Azadlıq mahnisi” şeirində və “Kıhııl Oyun” (Qızıl şaman) mənzum dramında folklor materialından məharətlə istifadə etmişdir. Bundan əlavə, uşaqlıqdan dastan ədəbiyyatından faydalanaraq yazdığı 36 min misralı, doqquz hissəli qəhrəmanlıq dastanı Culuruyar Nurgun Bootur (Əngəl tanımaz Nurgün Bootur) bu gün Saxa türklərinin qüruru sayılır. Uzun illər qadağan olmasına baxmayaraq, müəllifin külliyyatı 1958-1969-cu illər arasında Saha dilində 7 cilddə çap edilmişdir.

Oyunski ilə başlayan Saxa sovet ədəbiyyatı, 1920-ci illərdə P.N. Çernih-Yakutski, Aleksey Andreyeviç İvonov-Künde, Arhip Georgieviç Kudrin-Abağıınıskay, Nikaloy Yeqoroviç Mordinov-Amma Aççigiaya, Stepan Afanasevic Savvin-Kün Ciribine, Gerasim Dmitriyeviç Byastinov kimi müəlliflər tərəfindən təmsil olunmuşdur. 1930-cu illərin yazıçıları isə Borogonskay, Beriyak və Çağılmış kimi sözün həqiqi mənasında bədii baxımdan zəif yazıçılar idi. Bu dövrdə öz izlərini qoymuş müəlliflər Semen Stepanovic Yakovlev-Erilik Eristiin və Stepan Pavloviç Efremovdur. İkinci Dünya müharibəsi illərində. P.Yakovleviç-Tulaahınan, V.A.Protodyakov-Kulantay və D. S.Fedorov-Taas kimi müəlliflər tanınmış oldular. Müharibədən sonra S.R.Kulaçikov-Elleya, D.K.Sivtsev-Suorun Omollon, B.Habırııs və İ. Ertyukov mühüm əsərlər yazmışlar.

İndiyə qədər ölkədə təxminən 700.000-ə yaxın Saxa dilində kitab nəşr edilmişdir. Bu gün Rusca-saxaca 3 jurnal və 28 qəzet nəşr olunur. Bundan başqa, bir çox radio və televiziya verilişləri Saxa dilində yayınlanır.

Saxa yazarları

redaktə
  • Danilov Semyon Petroviç (1917-1978)
  • Danilov Sofron Petroviç (1923-1993)
  • Erilik Eristiin (1892-1942)
  • Xarlampieva, Natalya İvanovna
  • İvanov Aleksey Andreyeviç [sah] (1898-1934)
  • Qoqolev İvan Mixayloviç (1930-1998)
  • Kulakovski, Aleksey Yeliseyeviç (1877-1926) – təxəllüsü Алексей Ексекюлях
  • Kulaçikov Serafim Romanoviç (1904-1976) – təxəllüsü Ellay
  • Makarov Gavriil İvanoviç (1914-1956) – təxəllüsü Dyuon Dyaҥyly
  • Moisey Dmitriyeviç Yefimov - (1927-2010)
  • Mordinov Nikolay Egoroviç (1906-1994) – təxəllüsü Amma Aççıqya
  • Neustroev Nikolay Denisoviç (1895-1929)
  • Neustroyeva Anna Denisovna (1903-1947)
  • Novikov Vladimir Mixayloviç (1907-1990) – təxəllüsü Кюннюк Урастыров
  • Pavlov Nikolay Nikolaeviç
  • Popov Leonid Andreeviç (1919-1990)
  • Rufov, Semyon Titoviç (1927)
  • Savvin Stepan Afanaseviç (1903-1970) – təxəllüsü Күн Дьирибинэ
  • Sedalişev Nikifor Kirikoviç (1913-1944) – təxəllüsü Дьүөгэ Ааныстыырап
  • Sivtsev Dmitri Kononoviç (1906-2005) – təxəllüsü Suorun Omolloon
  • Sivtsev Efrem Stepanoviç (1909-1989)
  • Sleptsov İvan Yeqoroviç (1913-1943) – təxəllüsü İvan Arbita
  • Sleptsov Platon Alekseyeviç (1893-1939) – təxəllüsü Oyunski
  • Smetanin Timofey Yeqoroviç (1919-1947)
  • Solovyov Vasili Sergeyeviç (1915-1993) – təxəllüsü Bolot Botur
  • Sofronov Anempodist İvanoviç (1886-1935)
  • Sıromyatnikov Georgi Savviç (1926-1991)
  • Toburokov Nikolay Nikolayeviç (1934- .)
  • Toburokov Pyotr Nikolayeviç (1917-2001)
  • Tulasınov Panteleymon Yakovleviç (1916-1949)
  • Vinokurov İlya Dorofeyeviç (1914-1952) – təxəllüsü Çağılkan
  • Yakovlev Semyon Stepanoviç
  • Yermolaev Rafael Dmitrieviç (1931-2016) – təxəllüsü Rafael Bagataiskay
  • Yefimov Moisey Dmitriyeviç (1929-2010)
  • Zolotarev Nikolay Qavriloviç (1908-1995) –təxəllüsü Nikolay Yakutski

Xarici keçidlər

redaktə
  • M. Fatih Kirişçioğlu, Saha (Yakut) Grameri, Türk Dil Kurumu Yayınları, Ankara,1999.
  • M. Fatih Kirişçioğlu. "Olonkho Metinlerinin Toplanması ve Araştırılması", Türkiyat Araştırmaları Dergisi, Konya, 2003, S. 13, s. 227-233.
  • Nicolaes Witsen. Noord en Oost Tartarye, Amsterdam, 1692.
  • Предпосылки возникновения якутской книги. Память Якутии. 3 Kasım 2018 tarihinde Wayback Machine sitesinde arşivlendi. (Dil: Rusça, Son Erişim: 22/02/2020.)
  • Hayit Baymirza. "Yakut (Saha)'ların Menşe Meselesi", Sovyetler Birliği'ndeki Türklüğün ve İslam'ın Bazı Meseleleri, İstanbul, 1987, s. 47-49.
  • Klakovskaya, Lyudmila. Eksekyulyakh, Karadeniz Uluslararası Bilimsel Dergi, C. 1 , S. 19, s. 305-312, 2013.
  • Duranlı, Muvaffak. A. E. Kulakovskij, The Founder of Modern Sakha Poetry and His Critical Product is "Gifts of The River", Journal of Turkish World Studies, C. VII, S. 1, s. 55-65, İzmir, 2007.
  • Yuriy Vasilyev. "Yakutların Üç Klasiği" Türk Dünyası Anayurttan Atayurda, 2 (1), Ankara, 1993. s. 39-42.
  • Maksimova, P. V. Yakutska Literatura, Yakutsk, 1994.
  • Samir Kazımoğlu. "Saha (Yakut) Türklerinin Edebiyatı", Türk Toplulukları Edebiyatı, C. II, Ankara, 1997.

İstinadlar

redaktə
  NODES
see 1